VƏ YAXUD, KOR EŞŞƏYİN KOR NALBƏNDİ OLAR
Əvvəlki saylarımızda Ekologiya və Təbii Sərvətlr Nazirliyinin İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinə 2022-ci ildə nazir müavini cənab Vüqar Kərimlinin təqdimatı əsasında təqaüddə olan keçmiş "voenkom" Rəsul Quliyev müdir təyin edilmişdir. Bu adamın meşə təsərrüfatı barəsində elementar anlayışa, savada və iş təcrübəsinə malik olmasa da, hansısa bizə məlum olmayan kriteriyalar nəzərə alınaraq reputasiyası ləkəli olan birisinə bu boyda vəzifə etimad etmək əlbəttə ki,yalnız və yalnız başına at təpən rəhbərlik tərəfindən həyata keçirilə bilərdi.
Bəli, Şəkidə, Akstafada, Qazaxda və cəhdi zamanı Gəncədə hərbi komisar olmaq arzusu ürəyində qalan Quliev Rəsul bu vəzifə üçün Mətanət Məmmədova adlı bir dələduza Gəncəyə Hərbi Komisar vəzifəsinə təyinat almaq üçün verdiyi 150000 manat barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində şahid ifadəsi verərək verdiyi rüşvəti rəsmən etiraf da etmişdir. Bu hadisədən sonra yaş həddinə görə təqaüdə göndərilən Quliyev Rəsul arxalandığı general kirvəsinə və qaynına güvənərək ETSN-də vəzifə sahibi olmaq eşqinə düşmüdür. Onun bu arzusu reallığa çevrildikdən sonra adəti üzrə İsmayıllı rayonun meşə kənarlarında yerləşən kafelərdə kabab yemək hobbisini həyata keçirməyə başlamışdır.
Amma Şahfağ Milli Parkının İsmayıllı Bölməsində baş vermiş kütləvi ağackəsmə kampaniyası ifşa edildikdən sonra Quliyev Rəsul da "məşər ayağına" çəkilmişdir. Və təbii ki, meşələrin qorunması əsas vəzifəsi olan baş meşəbəyinin faktlara söykənən suallara cavab verə bilməməsi sonda onun vəzifəsilə vidalaşması ilə sonuclanmışdır. İsmayıllı meşələrinin yol kənarlarında günlərlə yedikləri kababların hamısı da mədəsinə çatmamış burnundan təkər təkər tökülmüşdür. Yəni, işdə yol verdiyi kobud səhvlərə görə yenə həmin naziri əmrilə vəzifəsindən azad edilmişdir. Bu dəfə isə ona nə dostu nazir müavini olan Vüqar Kərimovun, nə də general qohumlarının köməyi yetərsiz olmuşdur. Necə deyərlər, " Gəlmişdi kabab iyunə, gördü eşşək damğalanır".
P.S. İndi növbə ETSN 7 saylı Ekologiya Təhlükəsizlik İdarəsinin rəisi cənab Yusifov Namiqə çatmışdır. Və təbii ki, bu adam da Quliyev Rəsul kimi "Şahdağ" Milli Parkında vəhşicəsinə məhv edilmiş çoxsaylı ağacları qoruya bilməməsinə görə ən fərasətsiz ETSN yetkilisi kimi baş vermiş hadisəyə görə cavab verməlidir.
Bizi izləyin.
İfadetv.com