Şəki Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin sədrliyi ilə 6 dekabrda keçirilməsi nəzərdə tutulmuş sonuncu məhkəmə prosesi 1 günlük təxirə salındığı məlum olmuşdur. Bu günə təyin olunmuş proses zamanı kimsənin gözləmədiyi hökm elan olunmuşdur. Belə ki, dəstənin rəhbəri Qəribov İlqara 8 il 6 ay, digər günahlandırılan şəxslərə isə 5 il 6 ay azadlıqdan məhrum edilməsi elan edilmişdir. Şahidlərin dediyinə görə hakimin gözlənilməz hökmündən İlqar şok keçirmişdir. Məlumatlı mənbənin verdiyi məlumatdan isə aydın olur ki, məhkəmə kollegiyası ilə İlqar Qəribov dəstəsinin gizli sövdələşməsinə rəğmən belə bir hökmün elan edilməsi Oğuz və Qəbələdə İlqar Qəribova yaxın olan hər kəsi şoka salmışdır. Çünki, əvvəlcədən elan edilmişdir ki, İlqar və mütəşəkkil dəstə üzvləri hamısı bəraət alaraq öz əvvəlki iş yerlərinə bərpa olunmalı, son 3 il ərzində onlara vurulan maddi ziyanlar ödənilməli və mənəvi ziyana görə Baş Prokurorluqla, Daxili İşlər Nazirliyinə qarşı yüksək məbləğli təzminat iddiası təmin olunmalı idi. Lakin hadisələr göstərdi ki, hər şey əksinə oldu. Bu arada Oğuzda və Qəbələdə İlqara yaxın olan restoran və kafelərdə insanlara 1 həftə yeyib içmək təşkil olunmalı idi. Məlumata görə hər kafeyə 1 öküz də göndərilmişdir.
Bir daha xatırladaq ki, 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişlər.
Qeyd edək ki, son dövrlər CM-nin yuxarıda göstərdiyimiz maddələri ilə həbs olunmuş dövlət məmurları çox olublar. Bəli, dövlət məmurlarının hamısı Cinayət Məcəlləsinin demək olar, eyni maddələri ilə ittiham olunsalar da, yəni hamısı vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəsələr də bunlardan yalnız İlqar Qəribov və dəstəsi azdlığa çıxa bilmişdir. Yəni bu da Azərbaycan məhkəmə tarixində ilk hadisə olmuşdur.
Əldə etdiyimiz məlumata görə məhkəmə prosesi zamanı dövlət ittihamçısı hakim Rafail Əliyevdən İlqar Qəribov və onun dəstə üzvlərinə ayrı-ayrılıqda 7 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin nə baş verib. İclasa sədrlik edən hakim, may ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmiş Rafail Əliyev bilərəkdən prosesi uzadır və qərar vermək üçün müşavirəyə gedib iki saatdan sonra qayıdır. Dövlət ittihamçısısnın istəyinin əksinə olaraq İlqar Qəribov və onun dəstə üzvlərini məhkəmə zalından azadlığa buraxlması barədə Azərbaycan Respublikası adından hökmü elan edilmişdir.
Lakin bu gün Şəki Apellyasiya Məhkəməsində elan edilən gözlənilməz hökm hər bir azərbaycanlını sözün əsl mənasında şoka salmışdır. Bəli, sonda hakim Mahir Əsədli ədalətli hökmü elan etmişdir. Və beləliklə Qəribov İlqarın bu günə dək vicdansız hakimlərə xərclədiyi milyonlar batmış hesab edilir. Və ən əsaı da Meşə quldurlarının Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə qarşı mənəvi ziyana görə tələb etdikləri 1.5 milyon manat vəsait də "Suya düşmüş" oldu.
İfadetv.com-un araşdırma qrupu