Milli Məclisin sabiq sədri, uzun müddətdən bəri ABŞ-da mühacirət həyatı yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.
Bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:
“Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv.metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”.
Xatırladaq ki, Quliyev Rəsul hələ Sovetlər dönəmindən uzun müddət Neftayırma zavodunda direktor vəzifəsində işləmişdir. İşlədiyi müddətdə özünün də etiraf etdiyi kimi SSRİ-yə ixrac olunan neft məhsullarının 40 %-ni çırpışdırmağa nail olubmuş. Nəticədə sürətlə əsassız varlalan cənab Quliyev müstəqilliyin ilk dövrlərində, yəni 1-ci Qarabağ Müharibəsinin qızğınvaxtında oğurladığı pullardan ruslardan 20 tank alıb hədiyyə etdiyinə görə ən hörmətli adam titulu qazanmış və yeni qurulan hökümətdə mühüm posta təyin olunmuşdur.
1996-cı ildən ABŞ-a mühacirət etmişdir. Doğrudur, vaxtilə işlədiyi neft sahəsində oğurladığı puların hamısını xaricə aparmağa imkan verilməsə də, ABŞ kimi bir dövlətdə 27 il ərzində yığdığı "çirkli pullar"ı yumaqla məşğul olmuş, biznes və bahalı malikanələr əldə etmişdir. Hazırda iqtisadi imkanları azaldığından villalarını satmaq qərarına gəlmişdir.
İfadetv.com
Gununsesi.info