Əsli- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ cənab İLHAM ƏLİYEVƏ,
Surətləri- AZƏRBAYCAN RESPUBLİKASININ 1-ci VİTSE-PREZİDENTİ xanım M.ƏLİYEVAYA,
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab Əli ƏSƏDOVA,
AZƏRBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,
Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə,
AZƏRBAYCAN RESPUBLİKASININ Ədliyyə naziri cənab Fikrət Məmmədova,
AZƏRBAYCAN RESPUBLİKASININ Məhkəmə Hüquq Şurası sədrinə,
AZƏRBAYCAN RESPUBLİKASININ Daxili İşlər naziri cənab V. Eyvazova,
Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin rəisi cənab Nazim Rəcəbova,
AZƏRBAYCAN RESPUBLİKASININ İqtisadiyyat naziri cənab M.Cabbarova, KOB rəhbərliyinə,
AZƏRBAYCAN RESPUBLİKASININ İqtisadiyyat Nazirliyinin Vergiər Depertamentinə,
DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab R.Zeynalova,
Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş idarəsinin rəisi cənab İlqar Cəfərova,
DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab ƏLİ NAĞIYEVƏ,
OMBUDSMAN APARATININ sədri xanım Səbinə Əliyevaya,
DİN-nin Baş İstintaq və Təhqiqt İdarəsinin rəisinə,
Nərimanov rayon İcra Şöbəsinin rəisi cənab Zaur Abdullayevə,
Nəsimi Rayon İcra Şöbəsinin müdirinə,
Bakı şəhər Prokuroruna,
Bakı Baş Polis İdarəsinin rəisinə, Müstəqil mətbuat ORQANLARINA.
AR-nın KONSTİTUSİYA və Ali MƏHKƏMƏSİNİN hörmətli SƏDRLƏRİNƏ
İş üzrə zərərkəçmişlər: Şəmkir rayonun Sabirabad kəndində yaşayan Eyyubova Elsarə Elman qızı, Zəngilan rayonunda qeydiyyatda olan İbrahimova Çinarə İsrafil qızı və Bakı şəhəri, Nərimanv rayonu, Həsən Əliyev küçəsi 7- C “Premier Palace Baku, 4-cü mərtəbə qeydiyyatda olan, Elsarə və Çinarənin etibarnamə üzrə nümayəndəsi və zərəçəkmiş Xudiyeva Nurlanə Əli qızı tərəfindən
“İşçisi olduğumuz “Shamsaddin” MMC-nin direktoru və təsisçisi Əliyev Rüfət Əliövsət oğlunun Nərimanov rayon İcra Şöbəsi içraçılarıilə rüşvət müqabilində gizli sövdələşməsi nəticəsində bizlərə olan əməkhaqqları borclarının ödənilməsi barədə Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-5013/2021 saylı, 21.12.2021 tarixli və 2(005)-5006/2021 saylı, 11.11.2021-ci il tarixli qüvvəyə minmiş qətnamələrin qəsdən icra edilməməsindən”
Ş İ K A Y Ə T – təkrar 4- cü dəfə
Çoxhörmətli cənab Prezident İlham Əliyev!
Sizin məhkəmə islahatları barədə qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Azərbaycan Respublikasının adından verilən qətnamələrin şəxsi maddi maraqlarının təmin edilməsi nəticəsində aparılan uğurlu məhkəmə islahatlarına kölgə salmaq istəyənlər vardır. Belələrindən ən təhlükəliləri Bakı şəhəri, Nərimanov və Nəsimi İcra Şöbəsinin icra məmurlarıdır.
Bir daha xatırlatmaq istərdik ki, biz üç nəfər qadın 2019-cu ilin noyabrından “Shamsaddin” MMC-nin direktoru və təsisçisi Əliyev Rüfət Əliövsət oğlunun işçiləri olmuşuq və 2021-ci ilin sonuna qədər Rusiyadan gətirilən kosmetik məhsulların Bakının müxtəlif ünvanlarında yerləşən gözəllik salonlarına satmaqla məşğul olmuşuq. Bağladığımız əmək müqaviləsinə əsasən aylıq 500 manat və satılan məhsulun faizinə görə işləyirdik. Lakin əmək haqqı Rüfət tərəfindən müxtəlif bəhanələrlə aylarla verilmirdi. Biz, ondan 1 il yarımdan sonra Dövlət Əmək Müfəttişinə şikayətlər etdik. Çünki, bizə pul yoxdur desə də, tez tez ailəsilə Türkiyəyə istirahətlərə gedir, gen bol pul xərcləyirdi. Bakıda, Gənclik parkı yanında, Elmlər Akademiyası metrostansiyası yaxınlığında şəxsi mənzilləri vardı və hazırda yaşadığı Nərimanov rayonu, Təbriz küçəsi, ev 64, mən.2-də yaşayırdı. Əvvəllər Naxçivandan olduğuna görə Dövlət Gömrük Komitəsində inspektor vəzifəsində işləmişdir. Atası Əlövsət də DGK-də sürücü işləyir.
Cari ilin may ayının 9-dan bu günə məhkəmə qətnaməsinin icra olunması barədə dəfələrlə yuxarı aidiyyatı orqanlara göndərdiyimiz şikayət məktublarından yalnız Ombudsman Aparatı reaksiya vermiş və məsələnin araşdırılmasını 3 dəfə ƏN-nin Baş İcra və Probasiya İdarəsi qarşısında qaldırmışdır.
Ombdsman Aparatına verilən 31 avqust 2023-cü il tarixli cavabından isə məlum olur ki, Ədliyyə Nazirliyi İcra və Probasiya Baş İdarəsi bir dələduza, məhkum olunmuş naxçivanlıya Məhkəmə qətnaməsini hanısa maraqlar ucbatından icra etdirə BİLMİR və bunu etiraf edir. Və bürokratik cavab verməyi də unutmur ki, məsələ Nəsimi Rayon İcra Şöbəsində nəzarətdə saxlanılmaqdadır. Əgər srücülük hüququndan məhrum olan Əliyev Rüfət Əlövsət oğlu DGK-də işləyən iş yoldaşını ( ailənin yeganə övladını) sərxoş vəziyyətdə törətdiyi avtoqəza nəticəsində məhv edirsə və özünün qeyd etdiyinə görə aparılan istintaqdan törətdiyi ağır cinayətdən 60000 manat xərc çəkib 3 il şərti cəza almaqla canını qurtara bilirsə, deməli bu gün Rüfət kimi savadsız bir qoçunun Ədliyyə Nazirliyinə qarşı qoçuluq etməsinin, məhkəmə qətnaməsini saymamasının , nənəsinin nüfuzuna güvənərək qanunlarla hesablaşmamasının ən böyük günahı DİN-nin istintaqı aparan vicdansız müstəntiqlərindədir ki, belə qatili cəzalandırmaq əvəzinə azadlığa çıxmasına imkan veriblər.
Budur, Ombudsman Aparatının 31 avqust cavabında oxuyuruq: « Bakı Apellyasiya məhkəməsinin 14.11.2022-ci il tarixli icra sənədinə əsasən «Şəmsəddin» MMC-dən azad edilməyiniz barədə əmr ləğv edilməli, əvvəlki işə bərpa olunmalı, əmək haqqınız və məzuniyyət pulunuz hesablanaraq verilməlidir. İcra sənədi üzrə Nəsimi ( niyə Nərimanov rayonu yox?) icra qurumunda aparılmış icraat zamanı tələb borclu tərəfindən təmin edilməmiş, bir sıra məcburi icra tədbirləri görülməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Həmçinin bildiririk ki, icra sənədinin icrası Nəsimi Rayon İcra şöbıəsinin nəzarətindədir»
ƏN-nin Baş İcra və Probasiya şöbəsi həqiqətən gözəl bir cavab yazıb, amma nəticə “0»-dır. Çünki məhkəmə qətnaməsini icra etməyə bu qurumun Rüfətin nənəsinə görə cürətləri çatmır.Və yaxud maddi maraqları təmin olunduğuna görə utanmadan Ombudsman Aparatına hətta formal və əsassız cavab yazmağa da cürət edirlər. Bu ərköyün uşaq da Azərbaycanda heç bir dövlət qurumunu saymır. Belə olan halda hesab edirik ki, bu ölkədə yaşamağın adı yoxdur. Axı biz niyə məcbur olmalıyıq? Biz hüquqi dövlətdə yaşayırıq. Niyə məsləyə Ədliyyə naziri cənab Fikrət Məmmədovun İcra Baş idarəsinin gücü çatmır? Ölkədə nə baş verir?
Cənab Prezident biz görürük ki, dələduz və məhkum olmuş Əliyev Rüfət Əlövsət oğlu barəsində Məhkəmə qətnaməsini icra etdirməyi ƏN-nin Baş İcra və Probasiya İdarəsinin hansısa maraqların əmin olunması müqabilində “gücü” çatmır. Amma bir yetimi dərhal tutub ucqar dağ başından da olsa gətirilər ki, 24 saata alimenti ödə. Ödəməsə 30 sutka həbs cəzası verdirilər. Yəni, ƏN-nin İcra Baş İdarəsi insanlar arasında ayrıseçkilikkə məşğul olur. Bunun başqa adı olmur!
Ona görə şəxsən Sizdən xahiş edirik ki, bu seçki ərəfəsində cənab Ədliyyə naziri Fikrət Məmmədova şəxsən göstəriş verəsiniz ki, cəmiyyətdə parazit ünsür kimi fəaliyyət göstərən dələduz Rüfət Əliyev barəsində icra sənədini yerinə yetirlsin.
Dərin hörmətlə, iş üzrə zərəçəkmişlər - E.E.Eyyubovanın və Ç.İ.İbrahimovanın etibarnamə üzrə nümayəndəsi və zərəçəkmiş Nurlanə Xudiyeva
Qoşmalar: Məhkəmə və icra sənədləri 15 vərəqdə.Ombudsman Aparat;nın 25 avqust 2023 tarixli məktubu.
