Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu, Həmidzadə Təhmasib Məmməd oğlu, Abdurahmanov Anar Altay oğlu tərəfindən dövlət başçısına və digər direktiv orqanlara
“ Məhkum dələduz Əliyev Elvin Gündüz oğlu barəsində Yasamal Rayon Polis İdarəsində CM-nin 178.2.4 maddəsi üzrə 30 dekbar 2019-cu il tarixində yenidən başlanmış 190090379 N-li cinayət işinə əsasən onun yaşadığı Azadlıq pros., 185, mənzil 27-dən tapılaraq yenidən istintaqa cəlb edilməsi üçün Ədliyyə Nazirliyinin İcra və Probasiya Baş İdarəsinin, Nəsimi İcra və Probasiya şöbəsinin vəzifə səlahiyyətlərini icra etməməsilə bağlı təkrar müraciət etmişlər. Müraciətdən belə aydın olur ki, respublikanın əsas hüquq-mühafizə orqanı rəhbərlərinin tapşırıq və göstərişlərinə, islaholunmaz dələduz barəsindən yenidən açılmış cinayət işinə baxmayaraq, Ədliyyə Nazirliyinin Baş İcra və Probasiya idarəsi və onun tabeliyində olan Nəsimi rayon Probasiya İdarəsi məhkumun yaşadığı evdən müəyyən edilərək istintaqa təhvil veriməsi kimi vəzifə öhdəliklərini nədənsə yerinə yetirməkdə maraqlı görünmürlər. Yuxarı dövlət orqanlarının bir birilə olan belə əməkdaşlığı sadə insanlarda heyrət doğurur. Müraciətin geniş itimai auditoriya üçün maraq kəsb etdiyini nəzərə alaraq olduğu kimi təqdim edirik:
Biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ilin dekabrın 5-də CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il şərti cəza almış, “Röyal Print” MMC-nin qanuni təmsilçisi və işçisi Əliyev Elvin Gündüz oğlu bizə vədlər verməklə 32000 manat pulumuzu ələ keçirmişdir. Məsələ barəsində verdiyimiz şikayət ərizəsi əsasında Yasamal Rpi-nin 27-ci PB-də aparılan təhqiqat materialları İstintaq Şöbəsinə verilmişdir.
3 aylıq İstintaq araşdırması zamanı təqdim etdiyimiz çoxsaylı sübutedici sənədlər araşdırldıqdan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Firdövsi Nəsirov 27 dekabr 2019- cu il tarixində bizim göstərdiyimiz xüsusatlar təsdiqini tapdığına görə Elvin Əliyev barəsində AR CM-nin 178.2.4 maddəsi üzrə yenidən başlanmış 190090379 N-li cinayət işi icraata götürülmüşdür.
Lakin, dələduz E.Əliyevin atası Gündüz Əliyevin 07 dekabr 2019-cu ildə bizə etdiyi etirafdan da aydın olur ki, onlar hazırda da Binəqədi rayonu, Azadlıq pros,185, mən.27-də birlikdə yaşasalar da oğlunun dəlduzluq əməllərinin qarşısını almaqda acızdir, söz eşitmir və o bizi aldatdıqdan sonra son üç ay ərzində daha 12 nəfər şəxsə külli-miqdarda ziyan vurmuşdur.( səs yazısı istintaqa təqdim edilmişdir) Nəticəyə gəlirik ki, məhkum dələduz cəmiyyətimiz və dövlətimiz üçün cinayət əməllərini davam etdirməklə real təhlükəsini artırır. Məhkum olunmasına baxmayaraq o eyni əməlləri bizə və bizdən sonrakı şəxslərə qarşı törətməklə islaholunmaz olduğunu bir daha sübut etmişdir. Məlumdur ki, 8 nəfərin şikayəti əsasında vurulmuş 300000 dollar ziyanla bağlı törətdiyi dələduzluğa görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi üzrə 3 il müddətinə məhkum edilsə də,( hakimin maddi maraqları təmin olunaraq belə bir təhlükəli dələduz yenidən cəmiyyətə buraxılmışdır) o bundan nəticə çıxarmamış və bizə məxsus olan 32000 manat pulumuzu aldadaraq mənimsəmişdir. Hazırda Bakı şəhər Prokurorluğunun nəzarəti altında Yasamal RPİ-nin İstintaq Şöbəsində istintaq yekunlaşmaq üzrədir. Lakin dələduz E.G.Əliyev hazırda bir məhkum kimi ƏN-nin Nəsimi rayon İcra və Probasiya şöbəsində nəzarətində olsa da, onun tapılaraq istintaqa cəlb edilməsi nədənsə mümkün olmamışdır. Və peşəkar dələduz bu fürsətdən istifadə edərək cəmiyyətdə bizi kimi çoxsaylı insanara qarşı dələduzluq əməllərini ardıcıl törətməklə öz çirkin niyyətini davam etdirməkdədir. Bu cinayət əməllərinin dərhal və vaxtında qarşısının alınması üçün ƏN-ninİcra və Probasiya İdarəsi, Nəsimi rayon İcra və Probasiya Şöbəsi nədənsə müvafiq tədbirlər görmür və ya görmək istəmir. Baxmayaraq ki, Yasamal RPİ-nin İstintaq Şöbəsi rəisinin 26 dekabr 2019-cu il tarixində Nəsimi rayon İcra şöbəsinə göndərdiyi rəsmi məktubda dələduz E.Əliyevin saxlanılaraq istintaq şöbəsinə təhvil verilməsi xahiş edilmişdir. Digər tərəfdən Bakı şəhər prokurorunun imzaladığı, eyni məzmunlu 12 yanvar 2020-ci il tarixli rəsmi məktubla da Ən-nin İcra və Probasiya Baş İdarəsi rəhbərliyindən lazımi tədbirlər görülməsi xahiş edilmişdir. Lakin çox təəssüflər olsun ki, hər iki rəsmi məktuba cavab verilməmiş, dələduz E.Əliyev isə 7 yanvar 2020-ci il tarixində Nəsimi İcra Şöbəsinə dəvət edilərək yaşayış yerinin dəyişilməsilə bağlı izahat yazıb getmişdir. Bizə çox maraqlıdır ki, istər Baş Prokurorluğun Bakı şəhər Prokurorluğuna, istərsə də Daxili İşlər naziri cənab V.Eyvazovun Yasamal RPİ-nin rəisinə 2019-cu ilin dekabrın 26-da dələduz E.Əliyevlə bağlı lazımi tədbirlərin görülməsinə verdiyi tapşırıqlara baxmayaraq Ədliyyə Nazirliyinin strukturlarının nəzarətində olan dəlduz E.Əliyev istintaq orqanlarına təhvil verilmir.
Çoxhörmətli Prezident İlham Əliyev Sizdən çox xahiş edirk ki, bizim kimi günahsız insanlara qarşı dələduzluq əməllərini fasiləsiz davam etdirən məhkum dələduz Elvin Əliyevin yenidən istintaqa cəlb edilməsi üçün Ədliyyə Naziri cənab Fikrət Məmmədova lazımi göstərişlər verəsiniz. Sağ olun.
İfadetv.com saytı müraciətdə adları qeyd edilən şəxslərin və dövlət qurumları rəhbərlərinin də mövqeyini dərc etməyə hazırdır.