2 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyası çağırılacaq.
İfadetv.com xəbər verir ki, bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.
Parlamentin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir.