Və yaxud, Adil Kərimlini nə məcbur edir ki, direktor vəzifəsinə 65 yaşlı, dövlət vəsaitini külli-miqdarda mənimsəmə üstündə məhkum edilmiş birisini 5 il vəzifədə qalmaq şərtilə təyin edir???
Məlumat üçün bildirərk ki, 2010-cu ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində dövlət büdcəsinin və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə kassadan nağd pul vəsaitlərin əsassız olaraq silinməsi faktları aşkarlanaraq bu barədə Baş Prokurorluqdan məlumat verilmuişdi.
Araşdırmalar zamanı həmçinin ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxarılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq kassadan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun kassaya mədaxil olunmaması (ümumilikdə 1 milyon 481 min 840 manat) aşkar edilmişdi.
Bundan başqa, müxtəlif hüquqi və fıziki şəxslərdən büdcə vəsaiti hesabına alınması rəsmiləşdirilmiş inventar, avadanlıq və mal-material qiymətlilərinin mədaxil edilməməsi və həmin materialların faktiki varlığının müəyyən olunmaması səbəbindən 849 min 592 manat məbləğində çatışmazlıq, balansda olmayan nəqliyyat vasitələrinə, habelə şöbənin işçisi olmayan şəxslərin adına rəsmiləşdirilməklə 34 min 906 manat dəyərində yanacağın artıq silindiyi, elektrik enerjisi haqqının bir sıra mədəniyyət obyektləri üzrə sayğac göstəricilərinin çox göstərilməsi səbəbindən 54 min 228 manat artıq ödənildiyi və sair müəyyən olunmuşdu.
Göstərilənlərlə yanaşı, şöbə üzrə 2007-2009-cu illərdə müxtəlif müəssisələr tərəfindən yerinə yetirilməsi sənədləşdirilib 188 min 101 manat dəyərində cari və əsaslı təmir işlərindən 153 min 586 manat dəyərində təmir işlərinin sənədli və nəzarət-ölçü qaydasında auditi ilə icraçılar tərəfindən iş həcmlərinin 135 min 892 manat şişirdilməsi müəyyən edilmişdi.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və onlara etibar edilmiş külli miqdarda dövlət əmlakının mənimsəmə və israf etməklə talama cinayətlərinin əlamətləri olduğundan, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmış və sonda iş materialları Şəki Ağır Cinayətlər Məhkməsinə göndərilmişdi.
Şəki Ağır Cinayətlər Məhkəmə binası
Qeyd edilən məsələlərdə adı hallanan 12 nəfər mədəniyyət işçiləri dövlət vəsaitini mənimsəməkdə günahlandırılmışlar.
Şəki Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət və Turizm Nazirliyinin Şəki Mədəniyyət və Turizm şöbəsinin 14 əməkdaşının cinayət işi üzrə məhkəmə baxışı başa çatmaqdadır. 02 oktyabr 2012-ci ildə dövlət ittihamçısı məhkəmədən ittiham olunanlara 4 ildən 11 ilədək (ümumilikdə 100 ilə yaxın) azadlıqdan məhrumetmə cəzası istəmiş və əsa fiqur hasab edilən . Şöbənin müdiri Elmira xanıma 9 il, baş mühasib Sevinc xanım isə 8 il müddətinə azadklıqdan məhrum edilmişlər.
Xatırladaq ki, 2010-cu ildə Şəki Mədəniyyət və Turizm şöbəsinin işçilərinə qarşı Cinayət Məcəlləsinin 179.3.2 mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış cinayət işi üzrə onlar 2 milyon 200 min manat dövlət vəsaitini mənimsəməkdə günahlandırılmışlar.
Dövlət vəsaitini mənimsəməkdə günahlandırılanların 13 nəfəri, o cümlədən müdir Aydın İbrahimxəlilov hazırda da vəzifələrini həmin vaxt icra etsə də onun dövlətə 340000 manat , 4 saylı Şəki Uşaq Musiqi məktəbinin direktoru və sabiq Şəki Mədəniyyət Şöbəsinin əvvəlki müdiri olmuş İbrahim Rəsulov isə 54000 manat ziyan vurduğu məlum olmuşdur.
Bəli, Şəki Mədəniyyət Şöbəsinin sabiq müdirlərindən İbrahim Rəsulov və Aydın İbrahimxəlilov dövlətə vurduqları ziyanın bir hissəsini ödəməklə 7 il azadlıqdan məhrumetmə cəzaları yüngülləşdirilərək 5 il şərti cəza ilə əvəzlənmişdir. Lakin 2 milyona yaxın vəsaiti ödəmək imkanı olmayan sabiq müdir Elmira və onun baş mühasibi Sevinc xanım 2012-ci ildən 8 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzalarını çəkib evə buraxılmışlar. Lakin dövlətə dəymiş 2 milyon manat civarında pul bu gün də ödənilməmiş qalmışdır. Xüsusi araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, 2 milyon manat mənimsəməkdə ittiham olunmuş Elmira xanım işlədiyi dövrdə və indi də həmişə adi bir ziyalı kimi yaşamışdır. Bu adamın Şəkidə təmirsiz hazırda yaşadığı evdən başqa nə adına, nə də ailə üzvlərindən kiminsə adına elə bir xüsusi mülkiyyəti olmamışdır. Bəs o zaman onun mənimsədiyi pullar kimə qismət olmuşdur? Həmin pullar sabiq icra hakimiyyətinin başçısı Nazim Əsabəli oğlu tərəfindən mənimsənildiyi bildirilir.
Sabiq icra başçısı İbrahimov Nazim
İstintaq zamanı Elmira xanımın dövlət büdcəsindən talanan pulların kimə verilməsi barədə istintaqa ifadə verməməsi təkidlə xahiş olunmuş və həbs edilməyəcəyi barəd narahat olmaması vədi verilmişdir. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, sabiq icra başçısı vədinə xilaf çıxmış, dəymiş ziyanı Elmira xanımın adından dövlət büdcəsinə qaytarmadığına görə Şəki tarixində ilk dəfə iki ziyalı xanım göz görə görə həbsə atılmışlar.
Bəli, nəfsinin itiliyindən İbrahimov Nazim digər vəzifəli şəxsi də beləcə “tora salmışdır. Rabitə bank”ın Şəki filialının müdiri olan Natiq müəllim də Elmiranın aqibətini yaşamışdır. Belə ki, o da icra başçısına təxminən tələb olunan 3 milyon civarında nağd pul kütləsini verməyə məcbur olmuşdur. Bu qədər pulların bankın dövriyyəsindən çıxarması isə “Rabitə bankın” mərkəzi ofisində şübhələr yaratmış və Şəkiyə audit yoxlaması göndərilmişdir. Natiq müəllim yolun sonuna çatdığını hiss etmiş və yoxlama komissiyasını qarşılamamışdan əvvəl 3-cü və 5-ci sinifdə təhsil alan övladlarını son dəfə məktəbə şəxsən yola salmış və özünü asaraq intihar etmişdir. İntiharın səbəbini o yazıb cibinə qoyduğu kağız parçasında qeyd etmişdir. Lakin təəssüflər olsun ki, Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair şöbənin mühüm işlər üzrə boylu-buxunlu müstəntiqi işi araşdıran zaman cibdən çıxan kağız parçası müəmmalı şəkildə yoxa çıxmış, lakin bunun qarşılığında N. İbrahimov xeyli ziyana düşdüyü iddia olunmuşdur. Və məsələ beləcə “bağlanmışdır”. N.İbrahimovun Şəkinin digər vəzifəli şəxslərinə qarşı da təşkil etdiyi “pul qoparma” kampaniyası barədə növbəti saylarımızda geniş izahat veriləcəkdir.
İndi əsas məslələrdən biri budur ki, 2012-ci ilin oktyabrın 12-də, 1(091)-063/12 saylı cinayət işi üzrə təqsirləndirilən 13 nəfər mədəniyyət işçilərinə qarşı üst üstə dövlət ittihamçısı tərəfindən 100 il həbs cəzası istənilsə də, onlardan yalnız iki qadının hərəsinə 8 il həbs cəzası verərək həbsxanaya yoladılar. Digər mədəniyyət işçilərinin hamısı şərti cəza ilə məhkum olsalar da onlar hal-hazırda da Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsində bu və digər vəzifələri tutmaqla öz xislətlərində dövlət büdcəsinə ziyan vurmaqda davam edirlər. Belələrindən ən “yaxşıları” olan Bahar xanım yenə mühasibatlıqda, digər məhkum idarənin təsərrüfat şöbəsinin müdiri vəzifəsində, İbrahim Rəsulov isə 4 saylı Şəki Uşaq Musiqi məktəbinin direktoru vəzifəsində çalışır. Sonuncu məhkum direktor haqqında bir az ətraflı məlumat vermək istəyirik:
İki dəfə külli-miqdarda dövlət vəsaitini mənimsədiyinə görə işdən kənarlaşdırılan Rəsulov İbrahim
Belə ki, Ötən sayımızda “Nazir Adil Kərimli 65 yaşlı məhkum olmuşu yenidən direktor təyin edəndə xiyar necə bitər?” başlıqlı məlumat xarakterli yazımızda 2001-2004-cü illərdə Şəki şəhər Mədəniyyət şöbəsinin müdiri işləmiş, külli-miqdarda ( 55000 manat) dövlət əmlakını mənimsədiyinə görə 2004-cü ildə vəzifəsindən kənarlaşdırılan və Şəki Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ilin 12 oktyabr tarixli, 1(091)-063/12 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi üzrə 7 il azadlıqdan məhrum edilmiş, sonradan hakimlərin marağı dairəsində hökmün əsassız olaraq 5 il şərti cəza ilə əvəz edilərək məhkum edilmiş 65 yaşlı Rəsulov İbrahim Allahyar oğlunun hansı zərurətdən Şəki 4 saylı Uşaq Musiqi məktəbinə 1 aprel 2024-cü ildə yenidən direktor təyin edilməsi hazırkı kollektiv arasında da birmənalı qarşılanmamasından bəhs edilmişdir.
5 il məhkum ola-ola 2012-ci ildən 2021-ci ilədək yenə 4 saylı uşaq musiqi məktəbinə əsassız olaraq rəhbərlik edən İbrahim müəllim Rəsulovun son 5 illik iş fəaliyyəti 2021-ci ildə Maliyyə Nazirliyinin yoxlama komissiyası tərəfindən geniş araşdırılan zamanı yenə də dövlət vəsaitinin külli-miqdarda mənimsənilməsi kimi ciddi maliyyə maxenaiyalarına yol verildiyi aşkar edilmiş və məhkum direktor yenə vəzifəsindən azad edilmişdir.
Cari ilin aprelin 1-dən Mədəniyyət naziri cənab ADİL Kərimlinin əmri ilə İ.Rəsulov iki dəfə 2004 və 2021-ci ildə külli-miqdarda dövlət vəsaitini yaxşı mənimsədiyi nəzərə alınaraq məhkum mədəniyyət işçisi yenidən Şəki 4 saylı uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.
2016-2021-ci illərin əhatə edən bircə faktı qeyd etmək kifayət edir ki, cənab direktorun iştah dərəcəsini ölçmək mümkün olsun. Belə ki, Şəki 4 saylı Uşaq Musiqi Məktəbinin Bəxtiyar adlı müəllimi 2015-ci ildə 63 yaşında təqaüdə çıxsa da, İ. Rəsulov onun işdən azad edilmə əmrini 20 aydan sonra ( yəni 2017-ci ildə vermişdir) Bu da o deməkdir ki, təqaüdə çıxmış Bəxtiyar müəllimin adı “ölü can “ kimi işdə yazılmış və əməkhaqqını isə cənabi direktor mənimsəmişdir. Bəli, Maliyyə Nazirliyinin peşəkar komandası tərəfindən bu kimi faktların gözdən yayınması mümkün ola bilməz. Və sonda verilən məlumata görə İ.Rəsulov yoxlama komissiyasını razı salmaq üçün ən ciddi maliyyə maxenasiyalarını onların köməkliyilə ört basdır etmək üçün kifayət qədər vəsaiti yenidən evdən gətirib düz-qoş edibdir. 2021-ci ildə yoxlama komissiyasını “yola salan”dan sonra İbrahim müəllim özünə qara rəngli PRADO” markalı CİP də alıb ondan şikayət edənlərə gözdağı verməyi də unutmamışdır.Halbuki, evində digər bahalı CİP avtomobili olan ağ rəngli “Tayota LEXUX” markalı bahalı avtomobili indi də həyətində toz basmış formada qalıbdır.
Əldə etdiyimiz sonuncu məlumatların dəqiqləşməsi üçün Maliyyə naziri cənab Samir Şərifova və Mədəniyyət naziri cənab Adil Kərimliyə ünvanladığımız 31 may 2024-cü il tarixli İnformasiya sorğusunda bilmək istəyirdik:
“… Çox təəssüflər olsun ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə göndərdiyimiz 17 may 2024-cü il tarixli informasiya sorğumuza hələ də cavab verilməmişdir. Ona görə də məhkum director İ.Rəsulovun yenidən vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən süi-istifadə etməsindən, sənəd saxtakarlığı törətməsini özündə əks etdirən və nəticədə dövlət büdcəsinə külli-miqdarda ziyan vurması barədə bizə verilən yeni faktların araşdırılmasına zəruriyyət yaranmışdır. Belə ki, Maliyyə Nazirliyinin komissisyasını tərəfindən yoxlama zamanı üzə çıxara bilmədikləri faktları əvvəlcə nəzərinizə çatdırırıq.
Məsələn, Şəki 4 saylı Uşaq Musiqi Məktəbinin Bəxtiyar adlı müəllimi 2015-ci ildə 63 yaşında təqaüdə çıxsa da, İ. Rəsulov onun işdən azad edilmə əmrini 20 aydan sonra ( yəni 2017-ci ilin ortalarında vermişdir) Bu da o deməkdir ki, təqaüdə çıxmış Bəxtiyar müəllimin adı “ölü can “ kimi işdə yazılmış və formal hesablanmış 1200 manat əməkhaqqını isə cənabi direktor mənimsəmişdir. Eləcə də 2016-2021-ci illəri əhatə edən yoxlama zamanı Bəxtiyar müəllim kimi 40 ya, 43 nəfər şəxsin də adı “ölü can” kimi formal qeyd edilərək adlarına hər ay 1000-1200 manat əməkhaqqı yazılmış bank kartları Şəki şəhəri, 20 Yanvar küçəsindəki, 12 saylı DƏK –in Ərazi Reyest İdarəsinin yaxınlığındakı “Kapital bank”a məxsus olan bankomat vasitəsilə director İ.Rəsulov tərəfindən hər ay şəxsən nağdlaşdırma əməliyyatları aparılaraq mənimsənildiyi bildilirlir.
Hörmətli, nazir Samir müəllim və Adil müəllim! Sizlərdən xahiş edirik ki, Maliyyə Nazirliyinin komissiyasının 2016-2020-ci illəri əhatə edən dövr üçün Şəki 4 saylı Uşaq Musiqi məktəbində apardığı yoxlamalar zamanı adları məktəbdə formal yazılan 43 əməkdaşın adına yazılan əməkhaqqı vəsaitlərin (“aşkar edə bilmədikləri” ) qeyd edilən bankomatdan şəxsən kim tərəfindən nağdlaşdırılaraq mənimsənilməsinin araşdırılmasına göstəriş verib nəticəsi barədə redaksiyamızı məlumatlandırasınız. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Hörmətli, Adil müəllim, etibarlı mənbənin verdiyi məlumata görə 01 aprel 2024-cü ildə yenidən 4 saylı Şəki Uşaq Musiqi məktəbinə director təyin etdiyiniz 65 yaşlı İ.Rəsulovun daha iki il müddətində bu vəzifədə qalmasına razılıq vermisiniz?"
Məlumat üçün bildirək ki, aradan 2 həftə vaxt keçməsinə baxmayaraq hörmətli nazirlərin heç biri sorğumza cavab verməmişlər.
Bizə o da məlum oldu ki, 2021-ci ildən direktor vəzifəsindən azad edilən İ.Rəsulovun adı 4 saylı Şəki Uşaq Müsiqi məktəbində 27 saat dərs yükü ilə adı müəllim kimi jurnalda getsə də, faktiki olaraq bir o qədər dərs yükü ilə dostu Sərdar Şərifovun direktoru olduğu Şəki Regional Musiqi Kollegində onu işlə təmin etmişdir. Xatırladaq ki, S.Şərifov cənab Abid Şərifovun qardaşı oğludur. Və deyilənə Şəki regionunda özünü qüdrətli “mədəniyyətin xaç atası” kimi hiss edərək nazir Adil Kərimliyə də məhz onun təqdimatı əsasında əvvəllər məhkum olmuş, 2021-ci ildə yenə dövlət əmlakının mənimsənilməsinə görə işdən azad edilmiş 65 yaşlı İbrahim Rəsulovun yenidən Şəki 4 saylı Uşaq musiqi məktəbinə direktor təyin etdirmişdir. Yəni, nazir Adil Kərimliyə İbrahim müəllimin əvvəllər məhkumluğu barədə məlumat verməmiş, əksinə gizlətmişdir. Və ona görə də nazirlə edilən gizli sövdələşməyə görə 65 yaşlı məhkum İbrahim Rəsulovun 70 yaşına təyin edildiyi vəzifədə qalması üçün razılıq əldə edilmişdir. Ona görə də biz bilmək istəyirik ki, cənab nazir Adil Kərimli də Rüstəm bəy kimi Məşədi İbadın nəyinə vurulub ki, qızı Gülnaz xanımı ona verir. Açması- cənab nazir Adil Kərimlini nə məcbur edir ki, 4 saylı Şəki Musiqi məktəbinə direktor vəzifəsinə 65 yaşlı, dövlət vəsaitini külli-miqdarda mənimsəmə üstündə məhkum edilmiş birisini 5 il vəzifədə qalmaq şərtilə təyin edir??? Ümidvarıq ki, gənc –hüquqşünas ixtisslı nazir bu sualımızı nəhayət cavablandıracaqdır.
P.S. Qeyd edək ki, Rəsulov İbrahim son günlər Şəkidə özü kimilərin yanında İfadetv.com saytı barəsində ağzına gələnləri danışmaqla məşğuldur. Qoy danışsın. Amma biz də inanırıq ki, Şəkidə Azərbaycan Qanunları 1.7 % işləsə nə baş verər? O baş verə bilər ki, toplanmış sübutlar əsasında İbrahim Rəsulov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilə bilər və onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilə bilər. Əgər aidiyyatı dövlət orqanları Azərbaycanın hüquqi dövlət olduğunu nəzərə alsalar.
İfadetv.com-un araşdırma qrupu (Məmməd ƏHMƏDOĞLU)