Şəki rayonu, Baş Göynük kənd sakini tənha ana, Əmirova Mənzurə İsə qızı tərəfindən ölkənin 1-ci vitse-prezidenti xanım Mehriban əliyevaya və əlaqədar təşkilatlara və ifadetv.com sytına ağır beyin xəstəsi olan oğlu Rövşən Mehrəli oğlunun sağlamlığa görə əlillik dərəcəsi verilməsi barədə göndərdiyi müraciəti olduğu kimi oxuculara təqdim edirik
Mən, 1947-cı ilin yanvarın 9-da Şəki rayonun Baş Göynük kəndində anadan olmuşam. Hazırda 72 yaşım var. Xəstə və tənha yaşayıram. Oğlum İmran Qarabağ döyüşlərində iştirak etmiş, bir neçə dəfə yaralanmışdır. Digər oğlum Rövşən isə uzun müddət Rusiyada müvəqqəti yaşamış və ağır xəstəliyə tutulduqdan sonra Vətənə qayıtmışdır. 3 ildir ki, baş-beyin pozğunluğu ilə bağlı “beyin atrofiyası” diaqnozuilə həkimlər tərəfindən dəfələrlə müalicə olunmuşdur. Lakin sağalamlıq vəziyyəti get gedə pisləşir. Həkimlər artıq oğluma heç bir müalicənin köməyi ola biləcəyini mümkünsüz hesab edirlər.
Ağır beyin xəstəsi Rövşən Mehrəli oğlu
Oğlum artıq əvvəlki kimi də olsa gəzə və nitqini ifadə edə bilmir. Bir müddət özündən gedir. Hazırda ona kənar qulluq olunur. Mən tək ana olduğuna və təqaüdümün azlığına görə onun lazımi dərmanlarını alıb çatdıra bilmirəm. Dərman olmayanda vəziyyəti pisləşir. Sağalmaz xəstə olan oğluma forma 88 vermirlər ki, ona tibb komissiyasında əlillik dərəcəsi verilsin.
Çoxhörmətli Mehriban xanım, Sizdən artıq dərəcədə xahiş edirəm ki, oğlum Rövşənin ağır xəstəliyinə görə heç olmasa ona əlillik dərəcəsi verilməsində köməklik göstərin. Yoxsa, başqa cür qanunlar burada icra olunmur. O dəqiqə adamın əlinə baxırlar. Mən də çarəsiz bir vəziyyətdə qalmışam. Bilmirəm aldığım qəpik-quruş pensiyamı oğlum dərmanlarına verim, özümə dərman alım, yoxsa quru çörək alıb fiziki mövcudluğumuzu saxlayaq. Allah kəssin belə yaşayışı. Əvvəlcədən sağ olun deyirəm.
İmza: M.İ.Əmirova