Dünya boyu hava istiləşir. 2019-cu ilin iyul ayı indiyədək qeydə alınmış ən isti ay ola bilər. Bu qlobusdan göründüyü kimi, son 10 ildə iyul ayının temperaturları Yerin bütün bölgələrində 1880-1900-cü illərə nisbətən artıb. Dünyanın 1000 iri şəhərində temperaturun necə dəyişdiyini və yaxın illərdə necə dəyişə biləcəyini burada öyrənə bilərsiniz.
Alimlər xəbərdarlıq ediblər ki, biz iqlim dəyişikliyinin ən ağır təsirlərindən yayınmaq üçün qlobal temperatur artımını 1.5 dərəcəyədək məhdudlaşdırmalıyıq. Bu rəqəm sənayeləşmənin geniş yayılmasından əvvəlki dövrün, yəni 1850-1900-cü illərin temperaturları ilə müqayisədə ortaya çıxıb.
Yer o vaxtdan bəri təxminən 1C dərəcə istiləşib.
Bu, böyük görünməyə bilər, lakin qlobal istiləşmə üzrə beynəlxalq IPCC təşkilatına görə, ölkələr istiləşməni məhdudlaşdırmaq üçün addımlar atmasalar, dünyamız "fəlakətli dəyişiklərlə" üzləşə bilər.
Dəniz səviyyəsi qalxacaq, bu isə yüz milyonlarla insanı evsiz qalmaq riski ilə üz-üzə qoya bilər. Quraqlıq, qızmar hava və leysan kimi kəskin hava şəraitiylə üzləşə bilərik. Düyü, qarğıdalı və taxıl kimi bitki məhsullarının taleyi risk altına düşə bilər.
Qlobal istiləşmə indiki sürətlə davam etsə, əsrin sonunadək temperatur 3-5C arta bilər.