Qırğızıstandakı situasiya hökumətin nəzarətindən çıxa bilər. İki dəfə inqilab yaşayan ölkənin yenidən destabilizasiya ilə toqquşmaq ehtimalı var.
Axar.az xəbər verir ki, bunu “Moskovskiy Komsomolets”ə açıqlamasında rusiyalı politoloq Arkadi Dubnov deyib.
“Məni Atambayevin taleyi maraqlandırmır. Məni maraqlandıran Qırğızıstanın taleyidir. Atambayev Qırğızıstanın şimal klanlarının, hazırkı prezident Sooronbay Jenbekov isə cənub klanlarının maraqlarını təmsil edir. Qırğızıstan artıq iki dəfə silkələnmə yaşayıb və liderlərin razılaşa bilməməsi ucbatından üçüncü inqilab da yaxınlaşır. Artıq Putinin də yardım cəhdləri aşkar şəkildə görünür ki, uğursuzluqla başa çatıb”, – deyə o bildirib.