Ağdam rayonundan İFADETV-yə göndərilən məlumatda qeyd edilir ki, rayonun Ahmədağalı kəndi yaxınlığında yerləşən Balatəpə adlanan ərazi qədim yaşayış məskəni olduğuna görə dövlət tərəfindən xüsusi olaraq qorunur. Və hətta bu ərazinin qorunması üçün mühafizəçi də ayrılıb. Lakin çox təəssüflər olsun ki, kənd yaxınlığında yerləşən bu ərazi son vaxtlar baxımsızlıq ucbatından zibilliyə çevrilib. Belə ki, fotoşəkillərdən də göründüyü kimi, qəssabların kəsdikləri mal-heyvan içalatından tutmuş digər növ zibillərin belə bir müqəddəs yerə tullanması nəticəsində ərazidə üfunət iyi hər yanı bürümüşdür. Ağdam icra hakimiyyətinin başçısı cənab Vaqif Həsənov bu məsələdən xəbəri olsa da heç bir tədbir görmür. Verilən məlumata görə, Vaqif müəllim pul çıxmayan belə sosial problemlərin həlli üçün vaxt ayırmaq istəmir.
İFADETV
