ki gün əvvəl Cəlilabad rayonda vətəndaşlar arasında xoşagəlməz insident yaşanmışdır. Belə ki, rayon sakini Toğrul Rizvanlı iddia edir ki, onu və qardaşını Rayon Polis Şöbəsində əməlli başlı döyüblər.
O, bu barədə sosial şəbəkələrdə də məlumat yayıb. Toğrul bildirib ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini Rövşən Quliyev onun əlini və qollarını bağlayaraq işgəncə verib:
“Mənim boynuma təpik vurdular, başım yerə dəydi”.
məsələ ilə bağlı İFADETV Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayaraq baş vermiş hadisənin nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənməyə çalışmışdır.
DİN-nin mətbuat xidmətindən bildirildi ki, Cəlilabad rayon sakini Toğrul Rizvanlının Polis Şöbəsində döyülməsi ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan uzaqdır.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini olan bir nəfər şəxs Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək rayon sakini olan Toğrul Rizvanlının onun həyat yoldaşına zəng edərək etikadan kənar ifadələr işlətdiyini, bunun səbəbini öyrənmək üçün həmin şəxslə görüşdükdə isə T.Rizvanlının bir neçə tanışı ilə birlikdə onu qəfil olaraq vuraraq xəsarət yetirdiklərini bildirib:
“Müraciətlə əlaqədar Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı T.Rizvanlı şöbəyə dəvət olunub. Qardaşı ilə birlikdə Cəlilabad RPŞ-yə gələn həmin şəxs şöbənin inzibati binasına daxil olan kimi əvvəlcə haray-həşir salmağa başlayıb. Polis lər onu intizama dəvət edən zaman qardaşlar onların üzərinə hücum çəkərək xoşagəlməz ifadələr işlədib, xidməti otaqlardan birində stolları aşıraraq pozuculuq hərəkətlərinə yol veriblər.”.
Hal –hazırda faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
İFADETV