Bu gün, tanınmış ecofəal Cavid Qaranın təşilatçılığı ilə bir qeup fəal gənclər bu gün, 6 iyul səhər saat 11-də son illər baş verən meşə qırğınlarına dur demək üçün ETSN naziri Muxtar Babayevlə görüş tələbi ilə nazirliyin qarşısında toplaşmışlar.Etirazın devizi Qoy, Haftoni meşəsi bardağı daşıran son damla olsun! şüarı olmuşdur.
Cavid Qara öz fesbuk səhifəsində bunla əlaqədəar bildirmişdir ki, görüş alınsa da, alınmasa da tələblərimizi ilk öncədən nazirliyə və ictimaiyyətə elan edirik.
Son illər meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə uzunmüddətli (49 ilədək) icarəyə verilərək məhv edilməsi prosesindən narahatlığımızı bildiririk və bu halın davam etməsini qəbul edilməz hesab edirik. Prosesin miqyası və sürəti, qeyri-şəffaf baş verməsi, müqavilələrlə bağlı ictimaiyyətə detallı məlumatın verilməməsi və davamlı olaraq ikrah doğuran yalan açıqlamaların verilməsi bizdə qəzəb doğurur.
Bunula bağlı ETSN-dən tələblərimiz:
1. Haftoni-Girdani meşəsində 43 hektar meşə fondu torpağında çay bağı salınması məqsədi ilə Beta Tea Azerbaijan şirkəti ilə bağlanmış müqaviləyə xitam verilməli, meşəyə dəymiş ziyan hesablanmalı və adekvat cəza tədbirləri görülməlidir.
2. Meşə fondu torpaqlarının icarəsiilə bağlı bütün müqavilələr üzrə kürünmə işləri dayandırılmalıdır.
3. Meşə fondu torpaqlarının icarəsiilə bağlı bütün müqavilələrin mətni və xəritələri ictimaiyyətə açıq olmalıdır.
4. İctimai iştirakçılığın təmin edildiyi işçi qrup yaradılmalı və bütün müqavilələrə yenidən baxılmalı, qanunamüvafiq olaraq 5 hektardan böyük ərazilərdə “meşəbərpa məqsədi ilə” verilmiş icarə müqavilələrində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi işləri aparılmalıdır. müqavilə şərtlərini pozan və kolluqlar da daxil olmaqla meşə bitkiləri ilə örtülü əraziləri məhv etmiş müqavilələrə xitam verilməli, dəymiş ziyan hesablanmalı və qanuna-müvafiq cəza tədbirləri görülməlidir.
5. Müqaviləsinə xitam verilmiş ərazilərdə meşə bərpa tədbirləri görülməli, yəni yerli meşə cinsli ağaclar əkilməlidir, mer-meyvə, qoz-fındıq yox.
Tələblərimiz qanunidir. Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Ekoloji təhlükəsizlik xidmətini rəisi Hikmət Əlizadə bizim haqqımızda bir neçə absurd fikirlər səsləndirib.
“kütləvi itaətsizliyə çağırış anlaşılan deyil”, “dövlətlə dövlətçilik etmək olmaz”
Əlizadə HİKMƏT
1. Belə bir şey yoxdur və bunun üçün dövlətin polisi var və polislə 0 konflikt yaşandı.
2. Dövlətlə dövlətçilik etmək lazımdır. Əsas odur dövlətlə ölçük ölçük oynamayın. Bir qrup harınlamış məmurun digər bir qrup boynubükük məmurla əl ələ verib gördüyü iş dövlətçilik deyil. Sizin kimi ya sizin qorxduğunuz məmurların çoxu tutulacağı günü sayaqlayır.
Siz ekoloji təhlükəsizlik məsələlərindən danışın, meşə qırğınlarının səhralaşmaya və quraqlığa necə səbəb olacağından danışın.
NAMİQ XIDIROV
Ümumiyyətlə siz nə istəyirsiz danışın ona görə siz və Namik Xıdırovla görüşün heç bir mənası yoxdur. Bu söhbətdə siz heç kimsiz. Ancaq sözcüsüz. Öz sözü olan adamlar müzakirə edə bilər. Gözləyin yuxarıdan görək nə deyəcəklər müzakirə metodu deyil. Siz ancaq yuxarıya mütəxəssis rəyi verə bilərsiz. O da sizdən soruşan olsa, qulaq asan olsa.
Oğuz rayonun Bayan kəndi yaxınlığındakı icarəyə verilmiş 70 ha sıx və 200 illik meşə fondu aqrobağ adı altında taxıl əkilmişdir
Aksiyamız az öncə başa çatdı. Cənab Nazir bizimlə görüşmədi. İlk öncə məşğul olduğunu sonra isə karantin şərtlərini əsas gətirdilər. Digər vəzifəli şəxslərlə görüşdən imtina etdik. Tələblərimizi 21 nəfər sona qalan iştirakçılar imzalayıb Nazirə çatdırması üçün vəzifəli şəxsə verdik. Nazirlə online görüş təşkil edəcəklərini dedilər. Meşə qırğınları tam dayanana qədər davam edir
P.S. Azərbaycanın hər bir bölgəsində 20-2000 ha sıx meşə fondu kürünməyə başlayanda ETSN yetkilisi Hikmət Əlizadə qüomofon valı kimi eyni sözləri təkrar etməyə başlayır ki, Bəs, sözügedən ərazi kol-kosdanvə bir neçə xəstə ağacdan ibarət açıq meşə fondu olubmuş. Ona görə bu ərazini uzun müddətə icarəyə vermişik. Amma faktlar bunun əksini deyir. Bir sözlə, "MEŞƏ QULDURLRI"na ETSN rəhbərlərilə birlikdə hamılıqla DUR! deməyimizin vaxtıdır. Azərbaycanda meşə vandalizli durdurulmalıdır!
İFADETV-nin araşdırma qrupu
Oğuz rayonun Calud meşəsi Sıx meşə kürünərək məhv edilib