ETSN-nin Xüsusi Şöbəsinin müdiri Qurbanov Elman Əsədulla oğlu 10 gün əvvəl vəzifəsindən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmri nazir Muxtar Babayev imzalayıb.
Qeyd edək ki, hələlik onun yerinə təyinat yoxdur.
Gizli mənbənin redaksiyamıza verdiyi məlumata görə Elman Qurbanov bu vəzifəyətəyinat alana qədər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətində zabit kimi işləmişdir. Onu hansısa gizli əllər Mosvadan birbaşa ETSN-nə belə bir gizli şöbəyə müdir təyin etdirmişdir. Bizə o da məlumdur ki, fəaliyyəti dövründə regionlardan olan şikayətçilərlə görüşərək əsasən qanunsuz ağac kəsimi və digər korrupsiya faktları barədə verilən ərizənin geri götürülməsinə çalışmışdır.
İfadetv.com