10 oktyabr tarixli sayımızda “ETSN MƏMURUNUN GİZLİ TAXTA ZAVODU AŞKARLANDI- NAZİRƏ MÜRACİƏT” başlıqlı araşdırma yazımızda adını çəkmədiyimiz bölgələrdən birində ETSN-nin məmuruna məxsus olduğu bildirilən böyük taxta zavodunun gizli fəaliyyət göstərməsi barədə yazmışdıq. Bildirilmişdir ki, zavodun həyəti 1 ha ərazini əhatə edir,buraya yük avtomobillərilə müxtəlif cinsli və iri diametrli ağac növləri "İçlik" material kimi daşınır və sifarişlər əsasında emal edilir. Zavodda 21 nəfər işçi çalışır. Burada çoxsaylı və funksiyalı dəzgahların olduğu və fasiləsiz işlədiyi bildirilir.
Gzli zavodun fəaliyyəti nəticəsində dövlətə və təbiətə milyonlarla manat maddi ziyanın dəydiyi bildirilir. Xüsusi araşdırmalarımız zamanı digər mənbələr də məlumatın düzgünlüyünü təsdiqlədilər. Qalır bircə nazirliyin dərhal bu gizli zavodu bizim köməkliyimizlə tez bir zamanda xüsusi komissiya təşkil edərək yerində sənədləşdirmək.”
Dövlətə və təbii sərvətlərimizə vurulan ziyanların miqyasını nəzərə alaraq cənab nazir Muxtar Babayevə KİV vasitəsilə müraciət edərək xahiş etdik ki, gizli taxta zavodunun fəaliyyətinə son qoymaq və dəymiş ziyanın mütəxəssilər tərəfindən araşdırlması üçün bizim iştirakımızla ETSN-nin səlahiyyətli şəxslərinin bölgəyə ezam olunmasına icazə versin.
Cənab nazir müraciətimizi müsbət dəyərləndirdi və ETSN-nin Dövlət Ekoloji Təhlü2kəsizlik İdarəsinin inspektoru Oktay müəllimi bizimlə birlikdə gizli taxta zavodunun aşkar edilərək lazımi tədbirlərin görülməsi üçün Qəbələ rayonuna ezam etdi. Yalnız gecələr səhərədək fəaliyyət göstərən zavod Qəbələ rayonun Nic kəndi yaxınlığındakı kolluqlu bələdiyyə ərazisində yerləşmişdir. Bizimlə birlikdə gizli taxta zavoduna baxış keçirən ETSN 6 saylı Ekologiya İdarısinin rəisi cənab Akif Məmmədov bildirdi ki, bu sexin fəaliyyətindən onun indiyədək xəbəri olmayıb. Bunun də səbəbkarları ərazi üzrə müfəttişlərdir. Necə olur ki, bir jurnalist Bakıdan gəlib belə bir böyük sexin varlığını aşkar edə bilir, amma bizim inspektorlar bundan xəbərsiz olur? Bəli, haqlı gileydir. Amma fakt faktlığında qalır. Fotolardan da göründüyü kimi zavodda 3 əsas böyük ölçülərə malik müxtəlif təyinatlı dəzgahlar quraşdırılıb fəaliyyət göstərir. Yaxınlığa yığılmış içlik materiallardan qalma kəpəkdən görünür ki, brada əsasən iri və orta ölçülü qovaq ağaclarının doöranması və emalı prosesləri aparılmışdır. Toplanmış kəpəyin həcmindən də məlum olur ki, burada son 20 gün ərzində 800-1000 kub m həcmdə ağaclar doğranmış və müxtəlif təyinatlar üzrə emal edilərək sifarişçilərə göndərilmişdir. Biz bu yeri 5 mart, gecə saat 23-20 dəqiqədə təsadüfən Bakıya marşrut avtobusla qayıtdığımız zaman təsadüfən aşkar etmişdik. Rəsmi nümayəndələrin iştirakıilə aparılan araşdırmalardan məlum olmuşdur ki, taxta zavodu Elxan adlı, hazırda istefada olan bir hərbçiyə məxsusdur. Və onun etiraf etdiyinə görə bu yeri yerli Nic bələdiyyəsindən 49 illiyə icarəyə götürübmüş. Lakin bahalı dəzgahlar ona məxsus olsa da, Oktay adlı birisinə icarəyə veribmiş. Taxta sexinin gizli fəaliyyətindən xəbəri olmadığı bildirilir. Taxta və ağac emalı üçün heç bir rəsmi sənəd təqdim edə bilməyən hərbçimiz gələcəkdə işləri səhmana qoyacağını söz vermişdir. Bəli, ən azı 15-20 nəfərin işlədiyi bu obyektdə heç bir təhlükəsizlik qaydalarına əməl edilməməsilə yanaşı, işçilərin əmək müqaviləsinin də olmadığı, qanunsuz istehsal olunaraq satılan məhsulların vergisinin ödənilməməsi, hər tərəfdən buraya gətirilən meşə materiallarının nəzarətsiz formada uzun müddət ( illərlə) fəaliyyəti nəticəsində ilkin hesablamalardan bəlli olur ki, dövlətə və təbii sərvətlərimizə külli-miqdarda ziyan dəymişdir. Elə işıq sayğacına nəzər yetirmək kifayət edir ki, emal edilən mebel materiallarının həcmini dəqiqləşdirəsən. Hesab edirik ki, yerli hüquq-mühafizə orqanlarının, ETSN 6 saylı Ekologiya İdarəsinin fəaliyyətsizliyi və pasivliyi nəticəsində belə bir taxa zavodu uzun müddət fəaliyyət göstərmişdir. Bizə o da məlum oldu ki, regiona gəlişimizdən 3-4 gün öncə İsmayıllıda, Qəbələdə və Oğuzda fəaliyyət göstərən bütün taxta sexləri fəaliyyətlərini müvəqqəti dayandırmış, ağacmaterialları gizlədilmiş, istehsal olunan məhsulların Göyçay rayonundakı bazya daşınması dayandırlmışdır. Təkcə bizim aşkar etdiyimiz gizli taxta zavodundan başqa.
Yəni, regionda belə növ sexlərin fəaliyyətləri yalnız və yalnız elə ETSN –nin yerli məmurlarının izni olmadan fəaliyyət göstərməsinin mümkünsüz olması qənaətinə gəldik. Yerli polislər də yaxşı bilirlər ki, belə sexlərə daşınan yaş formalı içlik ağac materialları hansı məmurların icazəsilə həyata keçirilə bilər. İndi söz aidiyyatı üzrə hüquq-mühafizə orqanlarınındır. Sonda bizə belə bir təhlükəli sexin aşkar olunmasına şərait yaratdığı üçün bir daha cənab nazir Muxtar Babayevə öz minnətdarlığımızı bildirmək istəyirik. Bizə o da aydın oldu ki, cənab nazir ətrafdakı məmurlarından fərqli olaraq təbii sərvətlərimizin qorunmasında səmimi fəaliyyət göstərir.
İFADETV.COM
Araşdırmaçı jurnalist Məmməd ƏHMƏDOĞLU