Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun müsadirə edilən əmlakının siyahısı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə formal olaraq Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.
Bəs, söhbət hansı əmlakdan gedir?
"AzPolitika" qeyd edir ki, göstərilən ünvan (Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti 23) jurnalistlər üçün tanış ünvandır. Belə ki, 6 mərtəbəli bu binada uzun illərdir ki, Beynəlxalq Mətbuat Mərkəzi fəaliyyət göstərir. Binanın birinci mərtəbəsində Beynəlxalq Bankın filialı fəaliyyətdədir, digər mərtəbələr isə ofis kimi müxtəlif şirkətlərə, əsasən də media quruluşlarına icarəyə verilib. Həmçinin KİVDF də bu binada yerlıəşib və istintaq materiallarına görə, hər ay Əli Həsənova 8 min manatdan artıq icarəhaqqı ödəyib.
Əli Həsənov bu binanı "Azərnəşr"in əmlakının ələ keçirilməsi hesabına tikib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib.
"AzPolitika"
P.S. Xatırladaq ki, 1990-91-ci illərdə Əli Həsənov bir az savadlı olduğuna görə onu əsaən İrana metallom satışıilə məşğul olan "Məmmədəli" şirkətinə qapançının müavini vəzifəsinə işə götürürlər. Elə o gündən Əli Həsənovun əli qəpik-quruş pul görmüşdü. Çünki,nə dədsinin,nədə xalasının heç vaxt madi imkanları oolmamışdır. Bu da son 36 milyon oğurluq əmlaka nəhayət həbs qoyuldu. Bəs görəsən bütün vəzifəli şəxslərin aqibəti beləmi qurtaracaq???
