Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.
İfadetv.com -un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.
Xatırladaq ki, R.Abdullayev 2003-cü ildə H.Əliyev adına Neft Emalı zavoduna direktor təyin edilmiş, 2007-ci ildən bu günədək SOCAR prezidenti olmuşdur. O 1996-cı ilədək Kamaz sürücsü işləmişdir. KAMAZ sürücüsü olsa da, heç vaxt SOCAR tərkibində işləmiş ixtisaslı kadrların işdən çıxarılmasına icazə verməmişdir.
