BUTA.WS xəbər verir ki, icra başçısı Abdin Fərzəliyev hələ də 1-ci müavin və müavin vəzifələrinə kadrlar təqdim etməyib.
Hazırda başçının bir müavini var, o da Gülnar Rəhimovadır. İndiyədək başçının 1-ci müavini və müavin kreslolarının boş qalmasının səbəbi məlum deyil. Keçmiş başçı İradə Gülməmmədovanın komandası dağıldıqdan sonra Abşeron İH-də vakansiyalar var.
Bildirilir ki, Abşeronda heç nə dəyişməyib, dəyişən ev tikintisi üçün tələb olunan rüşvətin qiymətinin qalmasıdır. Fərzəliyev gəldikdən sonra bu rəqəm əvvəl 2000-3000 idisə, hazırda 4000-5000 olub. / Tia.az
P.S. Xatırladaq ki, Abdin Fərzəliyev tələbəçilk dövründə o qədər kasıb idi ki, nahar vaxtı ADPİ-nin yeməkxanasında 20 qəpiyə cəmi bir sosis alıb dolanardı. Nərimanov İH rəhbəri olduğu dövrdə cəmi bir epizod üzrə, yəni məşhur qəbristanlığın torpaqlarını qarşı qarış satmaqla əldə etdiyi gəlir nə az , nə şox düz 1 milyard manat təşkil etmişdi. Elə 1-ci müavini olmuş Şahmar İbadov da özündən geri qalan deyildi. Əhməd Rəcəbli küçəsində Şəhid ailələri və qarabağ müharibə veteranları üçün nəzərdə tutulmuş 30 sot torpaq sahəsindən sosial bina tikintisi üçün cəmi 8 sotunu ayırmış, qalanını isə mənimsəmişdir. Qəbristanlıq və ya şəhid ailələrinə ayrılan torpaqları satan məmurların nə dərəcədə müsəlmançılığa aid olması sual doğurmurmu? Doğrudanmı belə yollarla milyonlar sahibi olanların ailələri xoşbəxt ola bilər? ƏSLA.
İfadetv.com