Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu gün( 5 sentyabr 2022-ci ildə) məruzə edib ki, Tbilisi prospektində təmir işləri başa çatıb. Belə ki, AAYDA-nın rəsmi portalında bu barədə bildilir:
" Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində aparılan təmir işləri artıq yekunlaşıb.
Təmir işləri prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər uzunluğu 1630 metr olan hissəsində hər iki istiqamət üzrə aparılıb.
Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.
Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 39260 kv.m sahədə təmir işləri aparılıb.
Aparılan təmir işləri bitəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospekt müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunub."
Göründüyü kimi rəsmi məlumatda prospektin dünya standartlarına uyğun salındığı bildirilir. Baktelekom MMC-nın qarşısında, Ə, Salamzadə küçəsilə Tbilisi prospektinin kəsişməsində, Ak., Həsən Əliyev küçəsindən Tbilisi prospektinə döndükdən sonra 100 il mövcud olmuş piyada zolaqları hara yoxa çıxıb? Yenə də Tbilisi prospektindən H.Əliyev küçəsinə getmək üçün "U" dönüş yerində avtomobillərin hər zolaqda ikisinin yan yana durması çəkilən zolaqların imkan verməməsi işin çox primitiv qaydada icra olunmasından xəbər verir.
Ə. Salamzadə küçəsində piyada zolağı yaddan çıxıb.
Asfaltın asfalt-beton örtüyü çəkilməsi məlumatı isə şübhəlidir. Belə ki, köhnə asfalt qatı frezləndikdən sonra buraya yalnız 3 sm qalınlığı olan bişmiş asfalt səpilmişdir. Başqa heçnə, Qeyd edilən bitum qatından isə söhbət gedə bilməz. Əslində isə normalara uyğun olaraq prospektdə 2 qat - astar və üzlük asfal-beton örtüyü çəkilməli idi.Çox şübhə etdik ki, paytaxtımızın "Şimal qapısı" hesab edilən bu prospektin yenidənqurulması işləri hansısa naşı birisinə həvalə edilmişdir. Və tezlilə ATF MMC-dəki mənbəmizdən öyrəndik ki, həqiqətən Yasamal rayonun Tbilisi prospektində aparılan yenidənqurma işləri AAYDA-nın Maliyyə İdarəsinin rəisi cənab Müseyib Həmzəyevin idarə rəisi olan əmisi oğlu tərəfindən icra edilmişdir. Və onu da bildirdilər ki, Müseyib müəllimin bu gün AAYDA-da idarə rəisi təyin olunmuş əmisi oğlu vaxtıilə rayonda çobanlıq edirmiş. Müseyib müəllimin 2015-ci ildən sonra ASC-nin Maliyyə İdarəsinə təyinatından bir neçə il sonra bu adamı da rayondan tutub gətirib idarə rəisi təyin ediblər. Təki işlər getsin. Yol tikinti və təmiri sahəsində naşı olan birisinin icra etdiyi iş də bundan artıq OLMAZ, cənablar!
İfadetv.com-un araşdırma qrupu