Son zamanlar mətbuatda Ekologiya və Təbii Sərvətlər nazirinin (ETSN) müavini Vüqar Kərimov və onun Regional Meşə Təsərrüfatlarında yerləşdirdiyi "yarıtmaz kadrlar"ı barədə yayılan çoxsaylı məlumatlar görünür Vüqar müəllimi yaman narahat edib.
Vüqar müəllim hər bir vəchlə çalışır ki, mətbuatı və onun dəstəsının sözünə baxmayanları susdurub və yaxud da hər hansı bir yolla cəzalandırsın.
Azinfo.tv xəbər saytına verilən məlumata görə, 22.09.2022-ci il tarixdə ETSN-nin müavini Vüqar Kərimov təcili olaraq Meşələrin İnkişafı Xidmətinin Hüquq şöbəsinin müdiri Ülvi Nəsirli ilə meşələrin mühafizəsi üzrə müavini Fizuli Məmmədovu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə yollayıb.
Sözügedən iki məmur Mərkəzdə iclas keçirdərək belə deyiblər: "Son zamanlar mətbuatda bizim rəhbər şəxslər, Xidmət və sizin Mərkəz barəsində xoşagəlməz xəbərlər paylaşılır və bu bizi bərk narahat edir.
Siz burdan çörək yeyib idarənin sirlərin mətbuata ötürürsünüz, bu heç də yaxşı hal deil. Mehriban olun, İdarənin nöqsan və sirlərin kənar yerdə danışmayın."
Bu arada Hirkan milli Parkının direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlarlar barədə .
Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinjn Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki,
"Ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Hirkan Milli parkında araşdırma başlanıb. Hadisədə şübhəli şəxslər dindirilir. Hirkan Milli parkının direktorunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir",- İ. İbrahimova deyib.
Xatırladaq ki, sosial şəbəkələrdə Hirkan Milli Parkının direktorunun saxlanılması və həbsi barədə məlumatlar yayılıb.
P.S. Ülvi və Füzuliyə sual vermək lazımdır ki, İşçilərin heç bir səbəb olmadan işdən çıxma ərizəsinin alınması və meşələrdə olan qırıntılar nə vaxtdan İdarə sirri olub?
Siz əksinə gəlib deməliydiniz ki, "nöqsanlara yol verməyin, meşələri qırdırmayın, meşələrin mühafizəsinə görə Dövlətimiz sizə əmək haqqı verir və s. görürsünüz indi əvvəlki kimi deyil və hər bir cinayətin üstü tez açılır".
Siz isə əksinə gəlib bunların nöqsan və cinayətlərin ört-basdır etdirmək istəyirsiniz. Onsuzda meşələrdə olan cinayətlərin əksəriyyətinin üstü açılıb və hazırda açılmağdadır.
Nə vaxtsa Vüqar Kərimov və onun dəstəsi elədiyi cinayətlər barədə qanun qarşısında cavab verməli olacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq //Azinfo.tv//
P.S. Son aldığımız məlumata görə isə Quba Regional Meşə Təsəsrrüfatı ərazisində DİN-nin əməliyyatçıları tərəfindən aparılan araşdırmalar nəticəsində külli- miqdarda ağac kəsintiləri aşkarlanmış və sənədləşdirlmişdir. Məlumata görə yaxın günlrərdə yerli meşə məmurların "krışalıq" etdikləri "meşə çaqqalları"nın qanunazidd faəliyyətləri barədə ictimaiyyətə geniş açıqlama veriləcəkdir.
İstər Hirkan Milli Parkında, istərsə də hazırda Quba rayonunda ağacların kütləvi kəsi ntisilə bağlı DİN-yi tərəfindən başlanılmış yerində araşdırmalar onu deməyə əsas verir ki, Azərbaycanın istər adi meşə fondundakı, istərsə də Milli Parklardan qanunsuz kəsilən ağaclar sıradan sadə vətəndaşların işi deyildir. Milli sərvətlərimizə qarşı törədilən belə vandal aktları birbaşa ETSN rəhbərliyinin "xeyir-duası" nəticəsində baş verə biləcək bir cinayətlərdir. Yəni, ƏMR ONUN ƏMRİDİR!
İfadetv.com