Və yaxud, KORRUPSİYANIN TÜĞYAN ETDİYİ MƏKAN
Diqqətli sürücülərimiz bilməmiş deyil, paytaxt Bakının 2 il əvvəl təmir olunan küçələrinin bu il də təmirə bağlanması millətin səbr kasasının daşmasına, əsəblərin tarıma çəkilməsinə səbəb olur. Eyni gündə Bakının ayrı-ayrı küçələrində gedən lazımsız əsaslı təmir işləri tıxacların əsas mənbəyi hesab olunur.
Bəli, rəsmi məlumatlara istinad etsək görərik ki, istər 2021-ci, istərsə də 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin bütün rayonlarında küçələrin əsaslı təmirləri hər il üçün 4-7 km uzunluğunda olmaqla davam edir.
Əvvəlcə texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılır.
Bəs görəsən, rayonların ərazilərində küçələrin əsaslı təmiri istiqamətində kompleks tədbirlər necə həyata keçirilir.? Yəni, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və ümumi istifadədə olan küçələrdə aparılırmı?Yoxsa... Əsla.
Apardığımız müşahidələr nəticəsində deyə bilərik ki, istər 2021-ci ilin, istərsə də 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Bakı şəhərinin ayrı-ayrı rayonların küçələrində aparılan əsaslı təmir işləri heç də əsaslı təmirə ehtiyacı olmayan, daha dəqiq desək, son 2-3 il əvvəl əsaslı təmir edilmiş küçələrdə yenidən bu işlərin icra olunması çox qaranlıq mətləblərdən xəbər verir.
Məsələn, nə ehyiyac vardı 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçələrin yenidən təmir olunmasına? .
Bu rayonun Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Aşıq Alı küçəsinə qədər olan hissəsinin, Müzəffər Nərimanov,Fətəli xan Xoyski prospektinin, həmçinin Əliəşrəf Əlizadə, Ülvi Bünyadzadə, Məsud Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Tələt Şıxəliyev küçələrinin də əsaslı şəkildə təmir olunub. Və hazırda da Səbail rayonun Bül bül və Xaqani küçələrinin əsaslı təmiri davam etdirilir. Axı bu məşhur küçələrdə 2 il əvvəl növbəti dəfə RALLİ yarışları üçün bütövlüklə əsaslı təmir edilmişdir. Və dünya standartlarına uyğun küçələrdə ekspertlər yarışların keçirilməsinə icazələr vermişlər. O zaman nə baş verir? Axı bu küçələrdə hər hansı deformasiya, çat, çuxur baş vermədi ki, onun əsaslı təmirini AAYDA yenidən özbaşına olaraq "İnvestisiya Proqramına" daxil etsin!.
Bəli, bu işlərə birbaşa cavabdehlik daşıyan AAYDA -nın illər uzunu dağılaraq sıradan çıxmış mərkəzi küçələrdə deyil, məhz tam yararlı küçələri yenidən əsaslı təmir etmələrində ən əsas maraq bundn ibarətdir ki, burada yol yatağının yenilənməsinə ehtiyac duyulmur, sadəcə köhnə asfaltın üz qatı frezlənərək yeni nazik qat üz asfalt vurulur. Və faktiki olaraq bununla da işlərini praktiki olaraq bitmiş hesab edirlər. Amma sənəddə çox işlərin görüldüyü qeyd edilir.:
Sənədlər üzrə görülən "İŞLƏR" belə sıralanır - "Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılır. Küçəyə 2-ci lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Təmir işləri zamanı zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunur. Sonuncu mərhələdə isə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilir.
Amma reallıqda bunların heç birinə ehtiyac duyulmur. Bax ona görə də AAYDA rəhbərliyi tam yarasız vəziyyətə düşən küçələri deyil, 2 il öncə əsaslı təmir edilmiş küçələrdə daha rahat əsaslı təmir işlərinin aparılmasına üstünlük verir. Bu da səbəb. Ona görə də hesab edirik ki, bu özbaşnalığa tezliklə son qoyulmalı, paytaxt küçələrinin əsaslı təmirinin hansı küçələrdə aparılması işlərini Bakı şəhər İH-nin mütəxəssislərinin, müstəqil QHT nümayəndələrinin cəlb edilməsilə yekun qərar verilməlidir.
İfadetv.com -un araşdırma qrupu
Sabunçu rayon ərazisində Bəşir Bünyadov keçəsi 2 il əvvəl əsaslı təmir edilmişdi.
