Azərbaycan Respublikası qanunvericiliyən əsasən dövlət məmurlarının biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Lakin bir sıra məmurlar var ki, kreslolarını itirdikdən sonra onların, yaxud ailələrinin ölkə daxilində və xaricində mülkləri, biznesləri ortaya çıxıb.
İfadetv.com bildirir ki, Bizim.Media müxtəlif vaxtlarda xarici ölkələrdə biznesləri ortaya çıxmış yüksək ranqlı məmurları araşdırıb:
Əli Həsənov
PA-nın sabiq şöbə müdiri Əli Həsənovun ailə üzvlərinin xarici ölkələrdə bizneslə məşğul olduqları ilə bağlı kifayət qədər faktlar var. Keçmiş məmurun oğlu Şamxal Həsənli Dubayda və ABŞ-da mülklərə sahibdir və daşınmaz əmlak biznesi ilə məşğuldur.O sevimli köpəyinin yeməyinə ayda 3000 dollar pul xərcləyir. Qızı Səfiyə Həsənli isə Dubayda qiymətli daş-qaş və saat biznesi ilə tanınır.
Fazil Məmmədov
Mərhum vergilər naziri Fazil Məmmədovun da xaricdə bizneslərinin olduğu deyilir. Mətbuatda yayılan məlumatlara görə, keçmiş nazirin xaricdəki biznesini kürəkəni Əbdül Əliyev idarə edir və bununla bağlı bir sıra faktlar da gün üzünə çıxıb. Ə.Əliyevin təkcə İngiltərədə qeydiyyatdan keçmiş 12 şirkətinin olduğu bildirilir. Ukrayna və Rusiyada da biznes şəbəkəsinin olduğu bildirilir.
Əli Nağıyev
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin də xaricdə bizneslərinin olduğu və onların oğlu Araz Nağızadə tərəfindən idarə edildiyi bildirilir. Araz Nağızadənin Rusiyada qeydiyyatdan keçmiş “Naxçıvan İnvest” və “Eqon” şirkətlərinin həmtəsisçisi olduğu bildirilir. Şirkətlərin dövriyyəsinin milyonlarla dollarla ölçüldüyü bildilir. Xatırladaq ki, Əli Nağıyev 1993-cü ilə qədər Naxçıvanda adı riyaziyyat müəllimi işləyirdi. Və Heydər Əliyevin ətrafındakı adamların "kruquna" düşmək üçün hətta onlara çay almağa cibində pulu olmazdı. İndi nazir işlədiyi dövrdətaladıqlarını xaricə transfer etdikdən sonra Binəqədi rayonunda "İsanbul NNC" klinikasının arxasında yerləşən və dəyəri 1.3 milyon dollar olan villasında PRADO markalı avtomobili ilə var-gəl etməklə günü keçirir.
Əbülfəs Qarayev
Sabiq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də ailəsinin adınıa bizneslərinin olduğu ilə bağlı mətbuatda xəbərlər yayılıb. Belə ki, sabiq nazirin həyat yoldaşı Lalə Kazımovanın Xorvatiyada, qızı Suad Qarayevanın isə Rusiyada milyonluq mülklərinin olduğu bildirilir.
Hüseynqulu Bağırov
Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvlərinin xaricdə mülklərinin olduğu bildirilir. Onun ailə üzvlərinin təsisçisi olduğu, Avropa ölkələrində fəaliyyət göstərən çoxsaylı şirkətlərin olması ilə bağlı KİV-də məlumatlar mövcuddur.
Sabiq nazirin işlədiyi dövrdə ən gəlirli sahəsi yerin təkindən çıxan qiymətli metallara %-lə pay sahibi olmasından əldə etdiyi və milyardlarla ölçülən pul kütləsi əldə etmişdir.
Eldar Mahmudov
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sonuncu naziri Eldar Mahmudovun oğlu Anar və qızı Nərgizin bizneslərə sahib olması İngiltərədə qaldırılmış məhkəmə işindən sonra ifşa olunub.
Mahmudovun övladları 2020-ci ilin mayında “Prensa Lberica” media qrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərinin olduğu bildirilib. E.Mahmudovun fantastik əmlaklara sahib olmasında bu gün mühakimə edilmiş 22 quldur generalı və zabitləri sayəsində əldə etdiyi bildilir.
Bu səbəbdən Mahmudovun övladları mətbu orqanı məhkəməyə verib, lakin dəlil yetərsizliyi səbəbindən onların iddiası rədd edilib.
Ziya Məmmədov
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun da oğlu Anar Məmmədovun xaricdə çoxsaylı mülklərinin və milyonluq bizneslərinin olduğu bildirilir. Lakin sabiq nazir mətbuata verdiyi açıqlamada sözügedən iddiaları təkzib edib.