"Bir neçə aptek var ki, onlar bəzi dərmanları baha qiymətə satır. Məsələn, ölkədə qeydiyyatdan keçən təxminən 3000 aptekdən 10-u bu addımı atır". Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Kəmaləddin Qafarov deyib.
Məlumat üçün deyim ki, Kəmaləddin müəllim dərman biznesinə yad adam deyil. Hazırda dərman bazarında ciddi payı olan "Azerimed" farmakoloji şirkətin, Zəfəran və Kanon apteklər şəbəkəsinin sahibi olduğu deyilir. Təbii ki, deputat olduğuna görə Kəmalədin Qafarovun rəsmən belə bir bizneslə məşğul olduğunu iddia etmək mümkün deyil. Amma necə deyərlər bütün Azərbaycan bilir ki, dediyim şirkət və apteklər şəbəkəsi dərman qiymətlərinin ucuz olduğunu iddia edən Kəmaləddin müəllimə məxsusdur.
Bütün xalq deyir ki, Azərbaycanda dərmanların qiyməti Türkiyədən azı iki dəfə bahadır, amma dərman bazarının ağalarında sayılan müəllim əksini iddia edir. Ona görə deyiblər eee, adamın marağına toxunanda, gəlirinin azalması istiqamətində addım atılanda ağa qara deyə bilirlər.
Maraqlıdır, görəsən, "Azerimed" son dövlər satışa verdiyi dərmanların qiymətini nə qədər qaldırıb? Yaxşı, necə olur ki, istehsalçı ölkədən ucuz sata bilirlər? Ya keyfiyyət aşağıdır, ya da ki...
Kəmaləddin müəllimin nəzarətində olan dərmanlarla bağlı müstəqil araşdırma aparmaq olar. Onların pulu çoxdur xərci öz öhdələrinə götürsünlər. "Azerimed"in gətirdiyi, Zəfəran və Kanon apteklərində satılan dərmanların Türkiyədəki qiymət və keyfiyyəti ilə bağlı araşdırma aparım. Özüm gedərəm Türkiyəyə, lap dərman istehsalı müəssisələri, oradakı depo və satış mərkəzlərinə də gedim. Görək, hansı dərman bizdə onlardan ucuzdur. Bu da monqol dublyonkası deyil eee, monqol turistlər gəlib alsınlar...)))
P.S.
Xalqın canına, malına, gələcəyinə düşmənçilik edib haqsız yerə kimlər milyonlar qazanırsa, haram xoşu olsun. Bu son cümləni bütün haram yeyənlərə ünvanlayıram.
Zaur Əhməd
teref.az