Ukrayna ordusu əks hücuma keçməyə hazırdır.
APA-nın “news.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı biznesmen Yevgeni Priqojinin bəyanatında deyilir.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 200 mindən çox döyüşçüsü hərbi hazırlıq kurslarını bitirib və indi hücuma keçməyə hazırdır. Eyni zamanda o qeyd edib ki, hücum istiqamətləri çox fərqli ola bilər.
Biznesmenin sözlərinə görə, hücuma keçəcək Ukrayna qoşunları cəmləşmə rayonlarındadır.