Məlumat üçün bildirim ki, rəhbəri olduğum “İfadetv.com İnformasiya Agentliyinin elektron poçtuna Ağsu rayon Kalva kənd sakini Hacıyev Agagül Ağasan oğlu tərəfindən respublikanın yuxarı direktiv orqanlarına və bir nüsxəsi də İfadetv.com saytına 25.01.2021-ci il tarixində daxil olmuş “Poçt məntəqələrinin tikintisində irimiqyaslı korrupsiya faktları” barədə ərizəsi sənədlər və faktlar üzrə araşdırıldıqadan sonra vətəndaşın açıq məktubu dərc edilmişdir. Bundan sonra ittham olunan qarşı tərəf olan Kazımov Oraz Cami oğlu müəllifə qarşı Ağsu rayon məhkəməsinə “Şərəf və ləyqaətin müdafiəsi” barədə iddia ərizəsi təqdim etmişdir. Məhkəmənin 31 may 2021-ci il tarixli, iş N- 2(016)-415/2021 saylı qətnaməsi iddianı qismən təmin etmişdir. Məhkəmə qətnaməsində “İfadetv.com” İA-dən yazılı təkzib vermək tələb olunur. Odur ki, məhkəmə qətnaməsindəki tələbə uyğun olaraq saytımızda dərc edilmiş ərizədə iddiaçı olmuş Oraz Kazımov barəsində qeyd edilənlərlə bağlı fikirləri təkzib edirk.
Baş redaktor İfadə Cəfərzadə