Şamaxı rayonun Qurdtəpə kənd sakini ( şəhid ailəsi) Yusifov Zəfər Maşallah oğlu tərəfindən respublikan;n direktiv orqanlar;na bir nüsxəsi də mətbuat orqanlarına ünvanlanmış şikayət məktubu müharibədən yenicə çıxmış bir ölkənin həm vətəndaşlarına, həm də dövlət orqanlarına utanc gətirəcək bir hadisə hesab etmək olar. Şəhid ailəsinin şikayətin ictimai əhəmiyyətini nəzərə alaraq onu olduğu kimi oxucularımıza təqdim edirik:
"Ağsu rayonun Kalva kənd İcra nümayəndəsi və bələdiyyə sədrinin məndən 200manat rüşvət əvəzinə aldıqları 250 manatlıq quzunun geri qaytarılması" barədə şikayət
2020-ci ilin aprelin 3-4 arası Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri ( Qədirov Cavid və İmaməliyev Tofiq) ərazidə qoyun otardığıma görə gəlib məndən 200 manat pul istədilər. Mən də dedim ki, pulum yoxdur. Pul əvəzi sizə 1 ədəd 250 manatlıq quzu verə bilərəm. Və pul əvəzi olar. Həmin günün səhəri 12-1 arası radələrində Bələdiyyə Tofiqin bacısı oğulları Nadir və Adil qardaşları və Nuriyev Mühasibin oğlanları gəlib quzunu apardılar. Lakin həmin vaxtdan 1 il keçməmiş onların –kənd icra və bələdiyyə sədrinin yaxın qohumları təkrar m\ni Ağsu məhkəməsinə verib və guya qoyunların onların ərazini otlaması bəhanəsilə hərəsi məndən 1000 manat pul istədilər. İddiaçıar olan Oraz kənd bələdiyyəsi sədrinin əmisi, digər iddiaçı Mühasib də yaxın qohumlarıdır. Məhkəmə gördü ki, yazılanlar böhtandır, mənim xeyrimə qərar çıxardı. Mən 44 günlük müharibədə kürəkənim 3 azyaşlı uşaq atası şəhid Elgün Əzizovun yetim qalmış övladlarına hazırda baxıram. İndi şəhidin 3 yetim körpə balası mənim yanımda qalırlar. Özüm Şamaxının Qurdtəpə kəndidndən olsam da mal-qara saxlamaq üçün Aösu rayonun Suraxanı kəndində yaşayan Səfərov Bəhrama məxsus fermada yerləşmiş və burda çalışıram.
Xahiş edirəm Kalva kənd icra nümayəndəsi Cavidin və Bələdiyyə sədri Tofiqin yaxın qohumarı Oraz və Mühasib məni məhkəməyə verib şantaj etdikləri üçün bu vəzifəli şəxslərin rüşvət almaqlarının qarşısını alasınız və məndən rüşvət(pul əvəzi ) aldıqları quzumun geri qaytarılmasına köməklik edəsiniz.
İmza: Yusifov Zəfər mob . 050- 441 67 51.
01 avqust 2021-ci il.