VƏ YAXUD, GÖRƏSƏN ARAŞDIRMANIN NƏTİCƏSİ OLACAQDIRMI?
18 sentyabr sayımızda “VÜQAR ƏHMƏDOV REAL FAKTA, YOXSA İŞÇİLƏRİNİN RƏSMİ SƏNƏDİNƏ İNANACAQ?” baçlıqlı araşdırma yazımızda artıq 5-ci dəfə idi ki, «Azərişıq»ASC-də baş verən və verməkdə davam edən maliyyə pozuntuları" barədə müraciətlətrimizi ( 13 mart, 30 aprel, 24 iyul və 21 avqust 2023-cü il tarixlərində) yuxarı direktiv orqanlara əməkdaşı olduğum «İFADETV.COM» saytı vasitəsilə məlumatlar vermirdik. Əvvəllər qəbul edilmiş prosedur qaydalara görə isə yuxarı orqanlar məsələnin araşdırılmasını « Azərişıq» ASC dövlət idarəsi olduğuna görə baş vermiş cinayətin araşdırılmasını rəhbərliyinə həvalə edirdilər. Eyni zamanda Baş Prokurorluq da dövlətə vurulan ziyanla bağlı məsələnin araşdırılması üçün 3-cü və 4-cü müraciətlərimizdən sonar 2 dəfə Şəki Rayon Prokuroluğuna rəsmi məktublar göndərmişdir. Və təəssüflər olsun ki, istər “Azərişıq”ASC rəhbərliyi, istərsə də onların Şimal-qərb Regional Enerji Təchizatı və Satış İdarəsi rəisi vəzifəsini icra edən Əkbər Haqverdiyevin 06 sentyabr 2023-cü il tarixində imzaladığı və redaksiyamıza yazdıqları formal cavab məktublarında guya kənd üzrə kabelləşmə layihələrinin “uğur”la başa çatdığını saxta rəqəmlərə istinad edərək qeyd edirlər. Bəli, kağız üzərində məsələlər “həllini” tapa bilər, bizim buna şübhəmiz yoxdur. Amma biz yaşadığımız yerdə ilk növbədə gözlə gördüyümüzə inanmalıyıq. Mən və digər kənd sakinləri evimizdən yola niyə həyəcanla çıxmalıyıq ki, birdən 50 il əvvəl basdırılmış və hazırda tam çürümüş elektrik taxta şalbanları aşaraq yoldan keçən sakinlərin başına düşə bilər. Və hər dəfə “Azərişıq” ASC rəsmilərindən formal və əsassız cavablar aldıqda əvvəl sevinirik ki, yəqin kəndimizdə kabelləşmə işi dünən gecə “UĞURLA” tamamlanıb, bizim xəbərimiz yoxdur. Yola çıxdıqda isə “köhnə hamam, köhnə tas”la rastlaşdıqda yenə qanımız qaralır. Yenə, oğurlanmış 4 KVA gücündə olan yeni tipli transformator yerində yoxdur, cavabda yazılan turba və beton dirəklərin heç birisi də gözə dəymir, bağlanan yeni kabellərin ağırlığından taxta şalbanın ortası üzülməkdədir.
Bir sözlə, kabelləşmə adı altında milyonlarla vəsait ayrılan dövlət büdcəsini belə dağıtmaq və talan etmək olmaz!
Sonuncu dəfə vəziyyətdən çıxış yolu kimi avqustun 21-də yenə rəsmi orqanlara və «Azərişıq» ASC sədri cənab Vüqar Əhmədovdan xahiş etdik ki, bizim yazdıqlarımzla cənab Vüsal Qənbərovun, Əkbər Haqverdiyevin və Nəriman Mahmudovun rəsmi cavabında qeyd edilənləri yerində araşdırlması və sənədləşdirilməsi üçün monitirq təşkil edilsin. Və «Azərişıq» yetkililəri yerində bizə sübut etsinlər ki, hansı 78 ədəd ağac dirək metal-beton dirəklə əvəz olunub, hansı yeni 7 ədəd transformator hara qoyulub, Hansı hava xətti ÖİN tipli kabellə yenilənmişdir??? Oğurlanıb satılmış transformator nə vaxt gətirilib yerinə qoyulub? Tam yarasız vəziyyətdə olan və kəndin həm yuxarı, həm də aşağı hissəsinə kimi basdırılımış taxta-şalbanlar hansı beton dirəklərlə əvəz olunub? Və digər suallara yerində aydınlıq gətirək. Lakin “Azərişıq”ASC yetkililərindən bu günə kimi bir zəng və ya rəsmi görüş barədə xəbərdarlıq almadıq. Amma sentyabrın 20-də Baş Prokuroluqda telefonumza daxil olan məlumatdan aydın oldu ki, “Sizin 23-172-01-02-002446 nömrəli müraciətiniz Şəki Rayon Prokuroluğuna həvalə edilmişdir və əlavə məlumat veriləcəkdir. Sentyabrın 28 də isə növbəti SMS –də qey edilir ki, sizing müraciətinizin icrası Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edimişdir.” Çox yaxşı. Amma aradan 12 gün vaxt keçsə də hələlik bir yenilik barədə məlumat almamışıq.
Biz inanırıq ki, “Azərişıq” ASC səviyyəsində tüğyan edən korrupsiya hallarına nəhayət son qoyulacaqdır. Dövlətə vurulan külli-miqdarda maddi ziyanlar isə 10 min əhalisi olan kəndimizin kabelləşməsi zamanı layihənin icraçıları tərəfindən mənimsənilən milyonların dəqiq hesabatı tezliklə üzə çıxarılacaq və dəymiz zərəin dövlət büdcəsinə ödənilməsindən sonar oğurlanıb satılan yeni transformator da, kağız üzərində yazılan 79 ədəd dəmir və beton elektrik dirəkləri də yenidən alınaraq faktiki olaraq kürümüş taxta-şalbanları əvəz edəcəkdir.
Necə deyərlər, “Yaşayarıq görərik.”
Məmməd Əhmədoğlu
İfadetv.com