Təxminən 1 ay əvvəl idarə etdiyimiz “Hyundai Elentra” markalı avtomobilin babin detalı sıradan çıxmışdı. 8-ci mikrorayon ərazisində, Cəfər Xəndan 206 ünvanında yerləşən servizdə elektrik ustası bildirdi ki, bəs babin detalını dəyişmək lazımdır. Və məsləhət gördü ki, 10 metrlikdə yerləşən “Avtodetal” mağazasından təzəsini al gətir dəyişək. Birlikdə getdik. 1 ədəd “Proton” markalı detalın qiymətinin 50 manat olduğunu bildirdilər. Keyfiyyətini soruşduqda satıcılar bildirdilər ki, narahat olmayaq, orjinal maldır. Elektrik ustası yeni detalı yerinə qoydu. İki gündən sonra yenə avtomobildə silkələnmə baş verdi. Yenə, həmin ünvandakı ustaya yaxınlaşdıq. Bu dəfə daha iki babinin sıradan çıxdığını bildirdi. Yenə “Avtodetal” mağazasından yenə əlavə “Proton” markalı 2 ədəd babini alıb dəyişdirdik. 10 gün keçmədi ki, həmin detallar da sırdan çıxdı. Məcbur olub digər mağazadan 25 manata aldığımız Cənubi Koreya istehsalı olan “Genuine Parts” firmasının babinlərini alıb Çin istehsalı olan saxta və keyfiyyətsiz detalların əvəzlədik. Hazırda avtomobil normal işləyir. “Avtodetal” mağazasında isə bizə nə bir satış qəbzi, nə də zəmanət verduilər. Sadəcə bildirdilər ki, elektrik detalları dəyişdirlmir və geri qaytarılmır. Vəssəlam. İnternetdən araşdırmalarımız zamanı məlum oldu ki, Made in PRC adı altında istehsal olunmuş həmin avtodetallar Çin istehsalıdır və heç bir keyfiyyətə malik deyildir. Yəni detal saxtadır və istifadəyə yarasız dır. Və yarasız olmasından əlavə istifadə etdikdə digər eyni detalları da sıradan çıxarır. Yəni, avtomobilə ciddi problem yaradır. Bu nəticəyə gəldik ki, “Avtodetal” mağazalar şəbəkəsi 10 filialı ilə Azərbaycanda fəaliyyət göstərsə də onların satdıqları avtomobil ehtiyatr hissələri Çin istehsalı olan ən keyfiyyətsiz məhsullardır. Və baha qiymətə satmaqla bizim kimi alıcıları aldatmaqla əsassız varlanma yolunu tutublar. Hesab edirik ki, orjinal adı altında saxta Çin mallarını istehlakçılara sırayan “ Avtodetal” mağazalar şəbəkəsi barədə hüquq müstəvisində təxirəsalınmaz tədbirlər həyata keçməli, satdıqları saxta çin malları piştaxtalardan yığışdırilmalı və məhv edilməlidir.
"Avtodetal"ın orjinal adı altında stdığı çin istehsalı olan saxta "Proton" markalı detalları
“AVTODETAL” MAĞAZALAR ŞƏBƏKƏSİ BARƏDƏ MƏTBUAT DAHA DƏHŞƏTLİ FAKTLARI YAZIR:
Gundeminfo saytının 1 aprel 2022-ci ildə “Avtodetal” –da nələr olur? Şübhəli məqamlar” başlıqlı araşdırma yazısında Avtodetal” mağazalar şəbəkəsi və onun rəhbərliyinin maliyyə maxenasiyaları, müştəriləri saxta detalları orjinal adı ilə aldatmasından və s. Hüquq pozuntularından faktlarla bəhs edilir:
“
“Avtodetal” mağazalar şəbəkəsi ilə bağlı araşdırma apararkən şirkətin rəhbərlərindən birinin geniş müsahibəsinə rast gəldik.
Deməli, şirkətin rəhbərliyi xüsusi olaraq vurğulayır ki, çoxunuz avtomobilin sadə mexanizm olduğunu düşünürsünüz: “ Ancaq bu sadə mexanizmdə bir səhv hərəkət, bir səhv detal qəzaya, hətta ölümə səbəb ola bilər. Ona görə də avtomobilinizə qulluq edərkən hər bir detala ayrıca diqqət göstərməlisiniz”.
Şirkət rəhbəri bir məsələyə xüsusi önəm verir və deyir ki, “Avtodetal” Mağazalar şəbəkəsi olaraq ORİJİNAL məhsullara üstünlük veririk. İllərin təcrübəsinə dayanaraq xaricdən məhsul gətirərkən orijinal olmasına diqqət yetiririk.
Amma, məlum olan odur ki, “Avtodetal”ın alıcılarının çoxu satılan ehtiyyat hissələrinin orijnal deyil, saxta və keyfiyyətsiz olduğunu düşünürlər.
Daha doğrusu, ehtiyyat hissələri orijinal adı altında satılsa da əslində saxta və keyfiyyətsiz olur.
Məlumat üçün qeyd edək ki, hazırda şirkətin bütün ölkə üzrə 8 filialı fəaliyyət göstərir: Babək, Yasamal, Biləcəri, Mikrorayon, Neapol, Bakıxanov, Sumqayıt, Masallı.
Bir az da şirkətin yaranması ilə bağlı mübahisələrə nəzər salaq.
Məlumdur ki, “Avtodetal”ın işçiləri vaxtilə “Ştutqart” şirkətinin işçiləri olublar.
Bu barədə Nəriman Əliyev də öz geniş açıqlamasında bildirib ki, ondan ayrılıb “Avtodetal” mağazalar şəbəkəsini quranlar vaxtilə “Ştutqart” şirkətinə milyonlarla vəsait atıblar.
Və “Ştutqart”ın ehtiyyat hissələrinin hesabına mağazaları işə salıblar.
Bütün bunlar azmış kimi “Avtodetal” MMC-nin sahibi, vaxtilə Ştutqart-ın direktoru olan Əfqan Abdullayev hazırda köhnə şirkətin müştərilərini ələ keçirmək üçün Ştutqart-ın mağazalarının yanında özü üçün alternativ mağazalar alır.
Yəni bu iki şirkət arasında hazırda münasibətlər çox gərgindir.
Bu barədə Ştutqartın sahibi, sabiq deputat Nəriman Əliyev deyir ki, “ŞTUTQART” MMC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə auditor yoxlaması aparılıb:
"Yoxlama zamanı mənimsəmə, israfetmə ilə bağlı faktlar aşkar edilərək şirkətə məxsus xüsusilə külli miqdarda pul vəsaitinin mənimsənilməsi müəyyən edilib.
Və “ŞTUTQART” MMC-nin direktoru işləmiş Əfqan Arif oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.
Həmin tarixdə Əfqan Abdullayevin birbaşa göstərişi ilə bütün mağazalar bağlanılıb və işçilər hamısı işdən kənarlaşdırılıb. Həmin gün Əfqan Abdullayev özünə məxsus telefon nömrəsi ilə işçilərin vatsap qrupuna səsli mesajla “Hamı dükanı bağlasın! İkinci söhbət də təkrarlanmasın burada. Deyirəm bağlasın! Elə eləməsinlər ki, gedim orada həmin satış müdiri ilə bir yerdə oradakı uşaqları da vura-vura çıxardım obyektdən! Obyekti bağlayın! Heç kim hörmətsizlik eləməsin, hamı da telefonlarını söndürsün, cavab verməsinlər heç kimin telefonuna, mən deyənə qədər gözləsin”.
İndi gördünüzmü, “AVTODETAL”ın sahibi olan Əfqan Abdullayev “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” qaydasından istifadə edərək, Ştutqartı-ın hesabına özünə şirkət yaradıb.
Beləcə, Əfqan Abdullayev vaxtilə direktoru olduğu şirkətə təkcə milyonlarla ziyan vurmayıb, həm də onun xeyli sayda müştərisini, alıcısını ələ keçirməyə çalışıb.
Təsəvvür edirsiniz, Əfqan Abdullayevin yaxını olan mağaza sahibləri hətta avtomobil ehtiyyat hissələrini də şirkətə təhvil verməyiblər.
Sözün düzü, biz bir media olaraq kiminsə tərəfini tutmağı düşünmürük. Amma…
Əmması odur ki, “Avtodetal” mağazalar şəbəkəsinin sahibi olan şəxslər vaxtilə yemək yedikləri qaba….
Bu isə yolverilməzdir.
Nəriman Əliyevin sözlərinə görə, baş verənlərlə bağlı auiditor rəyi tərtib olunub və hal-hazırda hüquq-mühafizə orqanlarında təhqiqat aparılır.
Sabiq deputat hətta mağazaların yanındakı ağacların kəsilməsinin də səbəbkarının Əfqan Abdullayev olduğunu bildirib:
“Ağacların kəsilməsi Əfqan Abdullayevin göstərişi ilə Abutalıb Ağayev tərəfindən icra olunub. Həmin vəzifəli şəxslər tərəfindən ağacların kəsilməsi faktı üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb".
İndi gördünüzmü, Əfqan Abdulalyev və onun “Avtodetal” şirkəti hansı oyunlardan çıxır..?
Sonda onu qeyd edək ki, Avtodetal-ın rəhbərliyi yazır ki, yaxın zamanlarda Avtoservis açmağı planlaşdırırıq.
Soruşan lazımdır ki, sənin satdığın saxta ehtiyyat hissələrini kim alır ki, hələ bir Avtoservis də açırsan…
Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
İfadetv.com-un araşdırma qrupu