"Yer bərk olanda öküz öküzdən görər" (Azərbaycan xalq məsəli)
Xəzər rayonun Binə qəsəbəsinin “Binə sovxoz” adlanan ərazisində yaşayan bir qrup sakin tərəfindən redaksiyamıza kommunal məsləilə bağlı müraciət edilmişdir. Əməkdaşlarımız sakinlərlə görüşmüş və problemlərinin nədən ibarət olmasını araşdırmışlar. Sakinlərin verdikləri məlumatlardn aydın olmuşdur ki, onlar 1 ildir ki, ərazidə evlər alıb yaşasalar da, onların mənzillərinə təbii qaz çəkilişi süni olaraq maneçilik törədilir. Belə ki, qəsəbədə digər sakinlərin evlərinə bütün kommunal xəttlər çəkilib istifadəyə verilsə də, yeni yaşayan şikayətçi sakinlərə qaz sayğacının qoyulmasına “Azəriqaz” QSC –nin yeni rəhbərliyi tərəfindən icazə verilmir. Sakinlər bildirirlər ki, təbii qaz xətti üçün bizə deyilən bütün sənədləri hazırlamışıq, tələb olunan rüsumu ödəmişik, layihə təsdiq edilmişdir. İndi darvazamızın ağzından keçən qaz xəttinə qoşulmağa sayğac quraşdırılmadığına görə icazə verilmir. Hər dəfə yerli qaz idarəsinə getsək də əvvəl bildiridilər ki, burada bizlik iş yoxdur, sifariş vermişik hansısa şirkətə. Onlar da bu işi görməlidirlər. Bu gün sabahla bizi 1 ildir ki, yola verirlər. Çox bezdikdən sonra bizə bildirdilər ki, bəs “Azəriqaz” QSC-nin yeni rəhbərliyi qazla bağlı əvvəlki rəhbərlik dövründə olan bütün işləri dayandırıb.Və işlərin yekunlaşmasına icazə vermir. Yəni, yeni rəhbərliyin tapşırığına əsasən işlər dayandırılıb. Səbəbini də belə açıqlayır ki, əvvəl görülən görülən işlərə onun aidiyyatı yox imiş.
Sakinlər isə haqlı olaraq soruşurlar ki, bəs onda niyə “Azərsu” və “Azərişıq” asc-lər niyə yaşadığımız mənzilləri təchiz etmişlər. Axı biz fiziki şəxslərin burada nə günahə ola bilər ki, “Azəriqaz” QSC-nin köhnə və yeni rəhbərlikləri arasında nəyisə “Bölüşə” bilmirlər. Bu sadəcə rüsvayçılıqdır. Sanki, dövlətin qos qoca idarəsi dədə mülki obyektinə çevrilmişdir.
Ona görə də sakinlər ölkə rəhbərliyindən onların problemlərinin tez bir zanmanda həll edilməsi üçün ciddi tapşırıq verməsini xahiş edirlər.
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu