Qobustan rayonu, Xilmilli kəndində yaşayan Osmanova Xatın İsmayıl qızı
tərəfindən respublikanın direktiv orqanlarınavə bir nüsxəsi də saytımıza daxil olan “ Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi sədri Soltanpaşanın qanunzidd əməllərin və hədə-qorxularının qarşısının alınması” barədə təkrar şikayəti indiki pandemiya dövründə çox maraqlı olduğuna görə oxuculara təqdim edirik.
"Hörmətli cənab Prezident, bir daha xatırlatmaq istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Xilmilli kəndində yaşayıram. Ailəmizə islahat vaxtı verilmiş 12.38 ha pay torpağında qanunsuz olaraq maşın yolu salınmışdır. Bu yolu Soltanpaşa Məlikov Əziz oğlu tərəfindən özbaşna olaraq özünə məxsus 900 ha taxıl sahəsinə gediş-gəliş üçün salmışdır.
Məlikov S.Ə. əslən Şamaxının Peyvənd Təklə kəndindəndir. Deyilənə görə Şamaxının Çuxuryurd kəndində Bələdiyyə sədri, qardaşı Məlikov isə Şamaxı RPŞ-də baş müstəntiq işləyir. Soltanpaşa hətta bizim torpağın yanında özünə yaratdığı bu 500 ha sahəni də məsələn, mənim kimilərdən hərəsindən 2-3 ha zorla zəbt etməklə, bəzi sahələri isə su qiymətinə almaqla özünə fermer təsərrüfatı yaratmışdır. 20 ildir ki, mənim zəbt etdiyi 2 ha torpağı geri qaytarmır, qanunsuz istifadə edir. Və üstəlik taxıl əkdiyim sahənin düz ortasından fermer təsrrüfatına yol salmış və 0.25 ha taxıl ərazimi məhv etmişdir. Bu adam özünü Hacı adlandırır.Bu adam Bələdiyyə sədri işlədikdən sonra Çuxuryurdda böyük dərimanı, yanacaqdoldurma məntəqəsi və çoxsaylı obyektləri vardır. S.Məlikov bizimlə danışıqda qeyd edir ki, mənim pulum və imkanlarım genişdir, heç kəsdən də qorxmuram, yaxşı edib yol açmışam. Yerli rəsmi nümayəndələr də , polis də şikayətimiz üzrə faktı təsdiq edirlər. lakin heç bir tədbir görmürülər. mən bu ilin iyunun 3-də
bələdiyyə sədri olduqdan sonra pullarının sayını bilməyən və bizi kimi kasıb insanların əlindən torpaqlarımızı qanunsuz alıb istifadə edən və hələ bu azmış kimi dolanacaq üçün ümid etdiyimiz taxıl sahəsinin də bir hissəsini məhv edərək özünə qanunsuz yol salmış özünü Hacı elan edən Məlikov Soltanpaşanın bizim rayonumuzda və kəndimizdə törətdiyi qanunpozuntularının qarşısının alınması üçün göstəriş verilməsi barədə şikayətimdən sonra bizi Qobustan rayon İcra Hakimiyyətinə Kənd Təsərrüfatı İdarəsi rəisi Həsənağa müəllim və yerli Bələdiyyə sədri Namiq müəllim şikayətimizi müzakirə etdikdən sonra xahiş etdilər ki, biz Soltanpaşa ilə danışıb razılaşmışıq, gedin zəbt olunmuş yerinizə əkilmiş buğdanı bimərsiniz Və bundan sonra həmin 2 ha torpağınız özünüzə qalar. Soltanpaşanın əkdiyi buğdanı biçməklə də Sizin taxılınızın ortasındn salınmış yola görə dəymiş ziyanın əvəzi ödənilmiş olar. Biz Qobustan rayon İcra Hakimiyyətinin rəsmi adamlarıilə razılaşıb kəndimizə qayıtdıq. Budur, 2 gün əvvəl Soltanpaşa tərəfindən 20 il zəbt olunmuş pay torpağımıza əkilmiş buğdanı biçməyə başlmışdıq ki, Soltanpaşa özünün şilləvuranı və bacısıoğlu Qaliblə gəlib çıxdılar. Bizə hədə-qorxu gəlib yerimizdən qovdular. Dedi ki. mən bu yeri Xilmilli kənd Balədiyyə sədrinə çoxlu pul verib almışam. Rədd olun buradan.Biz bu milyoneri başa salmaq istədik ki, İcra Hakimiyyətindən Həsənağa müəllim bizə icazə verib ki, biz yerimizə əkilmiş buğdanı bizə vurduğun maddi ziyanın əvəzinə biçirik. Bu adam yenə utanmadan səsini başına götürüb sahənin ortasımda dövrə vurmağa başladı ki, mən heç kəsi tanımıram və söz verməmişəm. Təcili surətdə mənə vurduğunuz ziyanı ödəməlisiniz. Yoxsa axırı pis qurtarcaq. Biz evimizə qayıtdıq. Və deputatımız Şahin seyidzadə ilə əlaqə saxlayıb Şamaxı rayonun bələdiyyə sədri Soltanpaşanın özbaşnalığının hədə-qorxu səviyyəsinə çatdığını bildiurdik. Deputatımız məsləhət gördü ki, təcili olaraq bu barədə yerli polis şöbəsinə məlumat verin.
Odur ki, cənab Prezident bir daha Sizə müraciət edərək yenə xahiş edirəm ki, bələdiyyə sədri olandan sonra var-dövlətinin sayı-hasabı bilinməyən Soltanpaşaya Azərbaycan Qanunlarına riayət etməyi, özünün yekəxana aparmamağa, zəbt etdiyi və 20 il heç bir icarə haqı vermədən qanunsuz istifadə etdiyi pay torpağımızı dərhal tərk etməyi, bizə 20 il vurduğu maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün Qobustan rayon İcra Hakimiyyəti başçısına və yerli Polis Şöbəsinə göstəriş verəsiniz. Sağlıqla qalın.
Xatın Osmanova
P.S. Şikayət məktubundan da görünür ki, Şamaxı rayonundakı min hektarlarla əraziləri istismar etdiyi bəs etmədiyi üçün, qonşu Qobustan rayonunda da qeyd edildiyi kimi təkcə Xilmilli kəndinə məxsus 900 ha torpaq sahəsini müxtəlif vasitələrlə əldə etmiş bələdiyyə sədri Soltanpaşa vəzifədə olduğu müddətdə sahibləndiyi var-dövlətə güvənərək Qobustan İcra Hakimiyyətinin səlahiyyət sahiblərini saya salmamasından da görünür ki, bu adam üçün Azərbaycan Qanunları elə çoxlu pulun özü deməkdir.