“Artsaxın əfsanəvi qəhrəmanı”, general Vitali Balasanyan Baş nazir Nikol Paşinyan ilə görüşüb.
Ovqat.com erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə olunub.
Müzakirələrin detalları barədə xəbər verilmir.
Qeyd edək ki, dünən Vitali Balasanyan xalqa müraciətində Dağlıq Qarabağdakı vəziyyətin xeyli ağır olduğunu etiraf edərək, bütün erməniləri silaha sarılmağa çağırmışdı.
“Bu kritik anda bütün “Artsax” xalqına, hərbçi dostlarıma və “Artsax”da, Ermənistanda və xaricdə yaşayan bütün ermənilərə müraciət edirəm: dövlətimiz və dövlətçiliyimiz, “Vətənimiz”, “Artsax” və ermənilər təhdid altındadır, indi hər dəqiqə dəyərlidir - hər kəs silaha sarılmalıdır",-“əfsanəvi general” müraciətində demişdi.
1959-cu ildə Əsgəranda anadan olan Vitali Balasanyan 1988-ci ildə yerli özünümüdafiə hissələrindən birinə rəhbərlik edib. 1990-cı ildə o, Əsgəran özünümüdafiə qüvvələrinin komandiri seçilib. Əsgəranda və Xocalıda törədilən qətliamlarına rəhbərlik edib və dinc əhaliyə qarşı törətdiyi vəhşiliyinə görə 2002-ci ildə “Arsaxın əfsanəvi qəhrəmanı” adına layiq görülüb.
1996-1998-ci illərdə bölük komandiri olub. 1998-1999-cu illərdə DQR Müdafiə Ordusu Komandirinin müavini, 1999-cu ilin sentyabrında 2005-ci ilə qədər DQR Müdafiə nazirinin müavini olub.
Ağdam, Horadiz və s. döyüşlərdə iştirak edib.
366 saylı rus motoatıcı alayının köməkliyi ilə dinc insanlara qarşı törədilən vəhşilikdə “əfsanəvi general” ünvanı qazanan yırtıcı Azərbaycan ordusunun həmlələri qarşısında aciz vəziyyətə düşərək bu gün bütün ermənilərin təhlükədə olduğunu bildirərək şivən qoparır.