Qəbələ və Oğuz meşə gözətçilərinin adına yzılmış 280 manat pul mükafatlarını kimlər mənimsədi?
Xatırladaq ki, Qəbələ-Oğuz-İsmayıllı meşələrində baş verən və verməkdə davam edən "yaşıl soyqrımla" bağlı yazdığımız silsilə araşdırma yazılarına ETSN rəhbərliyinin vecinə olmasa da yerli və respublika səviyyəsində olan aidiyyatı dövlət qurumları rəsmi reakiya verməyə başlayıblar. Belə ki, 2020-ci ilin yayında Oğuz, Qəbələ və İsmayıllıdan olan sürücülərin adına Qəblə Regional Meşə Təsəsrrüfatı Mərkəzinin direktoru tərəfindən mövsümi işlə bağlı tərtib etdikləri 3 aylıq saxta əmək müqaviləsinə görə hər bir sürücüyə yazılan və bank kartlarına kömürülmüş aylıq 3000 manat əməkhaqqı və hər ay üçün nəzərdə tutulmuş 3000 manatlıq yanacaq vəsaiti tamamilə mənimsənilmişdir. Doğrudur, yazdıqlarımıza əvvəlcə Qəbələ rayon Prokurorluğunda ciddi reaksiya verilmiş və sürücülərdən izahat alınan zaman çoxları rəsmən etiraf etmişlər ki, nəzərdə tutulan pullar onların bank kartına köçürülsə də imkan verilməmişdir ki, bu vəsaitdən evlərinə 1 çörək ala bilsinlər. Prokurorluğun sonrakı araşdırmalarının nəticəsindən xəbərimiz olmasa da, ETSN -nin regiondakı maliyyə saxtakarları barədə hər hansı tədbirin görülməsi barədə hələlik elə bir məlumat eşitməmişik. Bu arada məlum olmuşdur ki, Maliyyə Nazirliyindən gələn ekspertlər Qəblə Regional Meşə Təsəsrrüfatı Mərkəzində maliyyə yoxlamalarına başlamışlar. Məlumata görə yoxlamanı davam etdirən hər iki mütəxəssis ETSN inspektorlarından fərqli olaraq heç bir halda dəvət edilən çay və nahar süfrəsinə yaxın durmurlar. Bu da işin ciddiliyindən xəbər verir. Digər məlumata görə məsələnin yerində öyrənilməsi üçün ETSN nazir müavini cənab Firdövsi Əliyev Meşələrin İnkişafı Depertamentinin sədri Namiq Xıdırovu təcili olaraq 2 gün öncə Qəbələyə göndərmişdir. Namiq müəllim də Qəblə Regional Meşə Təsəsrrüfatı Mərkəzinin müdiri Alim Əlizadə ilə kənar bir yerdə məxfi görüş keçirmiş və dərhal Bakıya qayıtmışdır.
Bu arada Həmzəli kəndindən olan şikayətçi Hacıyev Həsrət bildirmişdir ki, hazırda meşə gözətçisi vəzifəsində çalışan oğlu Asifə və eləcə də Oğuz və Qəbələ meşələrində işləyən meşə gözətçilərinin adına Novruz Bayramı ərəfəsində yazılmış 280 manat mükafat pullarının hamısını əvvəl sürücülərdə olduğu kimi bu dəfə də Alim Əlizadənin göstərişilə hamısını mənimsəyiblər. Bu arada Maliyyə Nazirliyinin başladığı yoxlamalardan bərk narahat olan idarə rəhbərliyi gözətçilərdən xahişlər edir ki, bu məsələ barəsində heç yerdə danışmasınlar.
Namiq Xıdırov
Bu arada Qəblə Regional Meşə Təsəsrrüfatı Mərkəzinin müdiri hesab edilən və nazir müavini Firdövsi Əliyevin yaxın dostu olan Alim Əlizadə Əllərini göylərə açaraq Fətulla Gülən kimi İFADETV-yə sonsuz qarğışlar yağdırmağa başlayıb. Biz İFADETV olaraq A.Əlizadənin nəzərəinə çatdırırıq ki, adətən qarğışın iki başı olur. Nahaqdan qarğış edənin qarğışı həmin kəsin başına gəlir. Odur ki, ETSN səlahiyyətlisinə bildirirk ki, "yaxşısı budur ki, 3-4 gündən sonra başına gələcək müsibətlərin çarəsini qılsın, yoxsa gec olar." Son məlumatlardan o da məlum olur ki, Qəblə Regional Meşə Təsəsrrüfatı Mərkəzinin bütün meşə gözətçi heyəti özlərinin təşəbbüsü ilə maliyyə yoxlamasın yola salmaq üçün bir araya yığışıb məsləhətləşmələr aparırlar.
Fətullah Gülən - terorbaşı
İndi bizə qalır bir neçə gün gözləmək ki, bu yekəxanalıqla. törətdiyi korrupsiya və maliyyə maxenasiyalarıilə cənab A.Əlizadə və onun ETSN-dəki himayədarları-sələfi olan İlqar Qəribovun taleyini yaşayacaqmı? İnşallah üzümüzə gələn günlər bunun da şahidi olarıq.
İFADETV-nin araşdırma qrupu
P.S. Xatırladaq ki, Qəbələ rayonun Həmzəli meşəsindən son 8 ay ərzində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi müdirinin göstərişi əsasında quru odun qırınttısı adı altında kəsilib mebel sexlərinə satılmış 220 yük avtomobili meşə materialı ( təzə kəsilən fıstıq ağacaları barədə) haqqında verdiyi şikayət saytımızda dərc edildikdən 10 gün sonra Qəbələdəki Regional Mərkəzə cənab nazir Muxtar Babayevin birbaşa göstərişi əsasında təşrif buyurmuş ETSN-nin Xüsusi Şöbənin rəisi Elman müəllim və Audit Şbəsinin rəisi cənab Samir müəllim şikayətçi Həsrət Hacıyevlə Həmzəli kəndi yaxınlığında görüşmüş və Alim Əlizadəni müdafiə etmək məqsədilə xahiş etmişlər ki, şikayətini geri götürsün. Vicdan sahibi olan şikayətçi H.Hacıyev isə edilən təkliflə razılaşmamışdır. Yəni, ETSN rəsmilərinin bu görüşündən belə anlaşılır ki, Nazirliyin rəhbərliyi regionlarda davam edən "YAŞIL SOYQRIM" kampaniyasında bilavsitə faktiki olaraq maraqlıdır. ETSN-nin fəaliyyəti isə sadəcə kağız üzərində formal xarakter daşıyır.
