Xəbər verdiyimiz kimi, Qəbələ-Oğuz-İsmayıllı meşələrində baş verən və verməkdə davam edən "yaşıl soyqrımla" bağlı yazdığımız silsilə araşdırma yazılarına ETSN rəhbərliyinin vecinə olmasa da, yerli və respublika səviyyəsində olan aidiyyatı dövlət qurumları rəsmi reaksiya verməyə başlayıblar. Belə ki, 2020-ci ilin yayında Oğuz, Qəbələ və İsmayıllıdan olan sürücülərin adına Qəblə Regional Meşə Təsəsrrüfatı Mərkəzinin direktoru tərəfindən mövsümi işlə bağlı tərtib etdikləri 3 aylıq saxta əmək müqaviləsinə görə hər bir sürücüyə yazılan və bank kartlarına köçürülmüş aylıq 3000 manat əməkhaqqı və hər ay üçün nəzərdə tutulmuş 3000 manatlıq yanacaq vəsaiti tamamilə mənimsənilmişdir. Doğrudur, yazdıqlarımıza əvvəlcə Qəbələ rayon Prokurorluğunda ciddi reaksiya verilmiş və sürücülərdən izahat alınan zaman çoxları rəsmən etiraf etmişlər ki, nəzərdə tutulan pullar onların bank kartına köçürülsə də imkan verilməmişdir ki, bu vəsaitdən evlərinə 1 çörək ala bilsinlər. Prokurorluğun sonrakı araşdırmalarının nəticəsindən xəbərimiz olmasa da, ETSN -nin regiondakı maliyyə saxtakarları barədə hər hansı tədbirin görülməsi barədə hələlik elə bir məlumat eşitməmişik. Baxmayaraq ki, burada ciddi vergi yayınmaları üzə çıxmış və Vergi Xidməti İdarəsi mövsümü işlə bağlı sürücülərə edilmiş ödənişlərdən verginin tutulmasını bütün sürücülərdən tələb etmişlər. Hələ Sosial Müdafiə Fonduna da heç bir ödənilmə həyta keçməmişdir. Belə olan hala yəqin ki, qanunlarımıza nəzarət edən yerli prokurorluq tezliklə bu maliyyə maxinatorlarına qarşı cinayət işinin başlanması barədə ittiham ektını tərtib edəcəkdir. Bu arada məlum olmuşdur ki, Maliyyə Nazirliyindən gələn ekspertlər Qəblə Regional Meşə Təsəsrrüfatı Mərkəzində maliyyə yoxlamalarına başlamışlar. Məlumata görə yoxlamanı davam etdirən hər iki mütəxəssis ETSN inspektorlarından fərqli olaraq heç bir halda dəvət edilən çay və nahar süfrəsinə yaxın durmurlar. Bu da işin ciddiliyindən xəbər verir. Digər məlumata görə məsələnin yerində öyrənilməsi üçün ETSN nazir müavini cənab Firdövsi Əliyev Meşələrin İnkişafı Depertamentinin sədri Namiq Xıdırovu təcili olaraq iyunun əvvəlində öncə Qəbələyə göndərmişdir. Namiq müəllim də Qəblə Regional Meşə Təsəsrrüfatı Mərkəzinin müdiri Alim Əlizadə ilə kənar bir yerdə məxfi görüş keçirmiş, müzakirələr aparmış və dərhal Bakıya qayıtmışdır.
Bu arada Həmzəli kəndindən olan şikayətçi Hacıyev Həsrət bildirmişdir ki, hazırda meşə gözətçisi vəzifəsində çalışan oğlu Asifə və eləcə də Oğuz və Qəbələ meşələrində işləyən meşə gözətçilərinin adına Novruz Bayramı ərəfəsində yazılmış 280 manat mükafat pullarının hamısını əvvəl sürücülərdə olduğu kimi bu dəfə də Alim Əlizadənin göstərişilə hamısını mənimsəyiblər. Bu arada Maliyyə Nazirliyinin başladığı yoxlamalardan bərk narahat olan idarə rəhbərliyi gözətçilərdən xahişlər edir ki, bu məsələ barəsində heç yerdə danışmasınlar.
Lakin İFADETC.COM saytında 9 gün əvvəl çıxan “Qəbələ və Oğuz meşə gözətçilərinin adına yzılmış 280 manat pul mükafatlarını kimlər mənimsədi?” yarıbaşlıqlı yazısından sonra Qəbələ Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadə şikayətçi olmuş Həsrət hacıyevin meşə gözətçisi olan oğlu Asifi işdən çıxarmaq qərarına gəlmişdir. Asifin nənəsi şəhid ailəsi olaraq müdirin qəbuluna gəlmiş və nəvəsinin işə qaytarılmasını xahiş etmək istəsə də müdir onu qəbuldan qovmuşdur.Və bildirmişdir ki, biz heç kimin şikayətindən qorxmuruq və lazımi tədbiri görürük. Ona xatırladılmışdır ki, 44 günlük müharibə dövründə axı sən Qəbələdəki bütün müdir və vəzifə sahiblərindən fərqli olaraq bizim şəhidin yas mərasiminə gəlmədin. Hörmətsizlik etdin. Alim isə yaşlı şəhid nənəsini artıq dinləyəcəyi vaxtı olmadığından onu mədəni formada qovmuşdur.
Bəli, nəticəyə gəlirik ki, axı ETSN səlahiyyətlisinin nəyinə lazımdır gedib ŞƏHİD ailəsinə baş sağlığı versin, vaxtını itirsin. Alim isə bu vaxtı fövdə verməyərək elə Həmzəli meşəsindən ağac kəsimindən əldə etdiyi ( cəmi 220 yük avtomobili olan ) 140000 manat pulları qəbul edib seyfinə qoymaqla məşğul olub. Əslində günah şəhid ailəsinə hörmətsizlik edən müdir Alim Əlizadədə deyil, onu bu vəzifəyə təyin edən və ona təbii sərvətlərimizi talamaq əmri və göstərişlərini verən ETSN rəhbərliyindədir.
İFADETV-nin araşdırma qrupu
P.S. Xatırladaq ki, Qəbələ rayonun Həmzəli meşəsindən son 8 ay ərzində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi müdirinin göstərişi əsasında quru odun qırınttısı adı altında kəsilib mebel sexlərinə satılmış 220 yük avtomobili meşə materialı ( təzə kəsilən fıstıq ağacaları barədə) haqqında verdiyi şikayət saytımızda dərc edildikdən 10 gün sonra Qəbələdəki Regional Mərkəzə cənab nazir Muxtar Babayevin birbaşa göstərişi əsasında təşrif buyurmuş ETSN-nin Xüsusi Şöbənin rəisi Elman müəllim və Audit Şbəsinin rəisi cənab Samir müəllim şikayətçi Həsrət Hacıyevlə Həmzəli kəndi yaxınlığında görüşmüş və Alim Əlizadəni müdafiə etmək məqsədilə xahiş etmişlər ki, şikayətini geri götürsün. Vicdan sahibi olan şikayətçi H.Hacıyev isə edilən təkliflə razılaşmamışdır. Yəni, ETSN rəsmilərinin bu görüşündən belə anlaşılır ki, Nazirliyin rəhbərliyi regionlarda davam edən "YAŞIL SOYQRIM" kampaniyasında bilavsitə faktiki olaraq maraqlıdır. ETSN-nin fəaliyyəti isə sadəcə kağız üzərində formal xarakter daşıyır.
