Xatırladaq ki, 2018-ci ilin aprelindən Muxtar Babayevin qəfil, heç kimin gözləmədiyi halda Ekologiya və Təbi Sərvətlər naziri təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Doğrudur, cənab Babayevi hakimiyyət təmsilçiləri korrupsiyada adı hallanmayan, nisbətən təmiz reputasiyaya malik bir kadr kimi təqdim edirdi. Elə ictimaiyyətdə də nazirdən ümidverici gözləntilər vardı. Amma hadisələrin sonrakı gedişi bu ümidləri doğrultmadı:
Qeyd edək ki, bu posta qədər cənab Muxtar Babayev 2-3 il SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində də işləmişdi. Amma onun bu təcrübəsi Azərbaycan boyda bir ölkənin ekoloji problemlərinin həll olunmasına kifayət edirdimi? Əsla.
Bəs Muxtar Babayevin bu təyinatından sonra ETSN-də nələr dəyişdi? Bəli, təsdiq etmək olar ki, ilk günlərdən nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Muxtar Babayevin vaxtı ilə SOCAR-da çalışdığı və meşəçilkdən, ekologiyadan anlayışı belə olmayan bütün döst-tanışları, qohumlarının hamısını Nazirliyə transfer etdi. Və hamısına demək olar ki, nazirlikdə bir sıra aparıcı vəzifələr tapşırıldı. Az keçməmiş nazirliyin bütün strukturlarının fəaliyyəilə bağlı dövri mətbuatda silsilə tənqidi materiallar yayılmağa başladı. Doğrudur, vəziyyət kriminal həddə çatanda cənab nazir bu vəzifə sahiblərini cəzadan yayınmaq üçün postlarından uzaqlaşdırdı. Amma zaman göstərdi ki, problemli məsələlər heç də öz həllini tapmır. Azərbaycanın şimal-qərb zonasında olan ən sıx meşə sahələri min hektarlarla olmaqla ağır texnikaların köməkliyi sayəsində barbarcasına kürünərək yer üzündən silindi, yerində fındıq adı altında digər məhsullar əkildi. Meşə cinsli qiymətli ağaclar "sanitar qırıntı" adı altında kütləvi surətdə kəsilərək parket sexlərinə daşındı. Yeraltı sərvətlərin hamısı əlvan və qiymətli metallar daxil olmaqla çox hissəsinin qeydiyyatı aparılmadan pay mal edilərək mənimsənildi. ETSN isə sanki belə də olmalı imiş kimi davrandı və bütün olanlara yerlərdəki öz kadrlarının rəhbərliyilə milli sərvətlərimizin talanına qarşı mübarizə aparmaq əvəzinə, özləri baş rol aldılar. Əvvəlcə elə zənn edirdik ki, bütün baş verən cinayətlərdən cənab nazir Muxtar Babayevin və müavinlərinin xəbərləri yoxdur. Amma elə faktlar ortalığa qoyuldu ki, burada cənab nazirin birbaşa dövlət meşə fondlarımızın məhv edilməsində şəxsən iştirak etdiyi sübuta yetirildi.
NAZİR QUBA RAYONUN 96 və 97 -ci KVARTALINDA YERLƏŞƏN 30 ha MEŞƏ SAHƏSİNİ KÜRƏKƏNİNƏ Şəxsən "HƏDİYYƏ" ETDİ
Nazir kürəkıninə 30 ha meşə torpağını peşkəş edib
Quba rayonundan verilən məlumata görə Quba meşəbəyliyinin 96 və 97-ci kvartallarında yerləşən meşə fondunun 210 ha- torpaqlarını ayrı-ayrı işbazlara bağ salmaq ( gilas, alma armud) adı altında qanunsuz olaraq icarə müqaviləsi bağlayaraq satmışdır. Həmin 210 ha-ın 30 ha-nı isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəninə peşkəş etmişdir.
Bəs qanunvericilikdə nə deyilir?
Torpaq sahələri bütövlüklə Dövlət Əmlak Komitəsinin balansındadır. Meşə fondu torpaqları isə Dövlət Əmlak Komitəsinə aid olmadığından icarəyə verilə bilməz. Yəni, QANUN ŞAHDIRSA belə anlaşılır ki, Quba rayonunda nazirin kürəkəninə və digər yaxın adamlarına satdığı 210 ha meşə fondu torpaqlarının icarəyə verilməsi qanunsuzdur. Yox əgər ŞAH ( yəni nazir) QANUNDURSA deməli, Azərbaycanda minlərlə ha meşə fondu torpaqlarının üzərindəki sıx meşəliyi buldozerlə kürütdürüb işbazlara pul qarşılığında vermək olar.
ÖZÜNÜ NAZİRİN ƏMİSİOĞLU KİMİ SIRAYAN FİZULİ BABAYEV NAZİRİN QUBADA ONA VERDİYİ 3 ha TORPAQ SAHƏSİNİ 100000 manata SATIR
Fizuli Babayevin 100000 manata satlığa qoyduğu 3 ha meşə fondu torpağı
Xatırladaq ki, 2018-ci ildə, yəni M.Babayevin nazi təyin ediləndən sonra ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsinə , əslən Qubadan olan həmyerlisi nazirin əmisioğlu kimi özünü ictimaiyyətə bəyan edən Fizuli Babayev gətirildi. Yəni, təbii ki, bu adam da SOCAR-dan transfer olunanlardan biri hesab olunurdu. Bəs sonra nələr baş verdi? Bu idarədə baş verənləri- külli miqdarda dövlət əmlakının talanması ilə müşayət olunan korrupsiya hüquqpozmalarının cüzi bir hissəsini biz 2021-ci və 2022-ci ildə silsilə araşdırmalarımızla işıqlandırmışıq. Amma nə fayda. Azərbaycan Respublikasının Baş Prokurorluğun müraciətlər şöbəsinin müdiri cənab Yadigar Aslanlı hər dəfə redaksiyamıza göndərdiyi rəsmi məktublarda bildirirdi ki, qaldırdığınız faktlar araşdırılması üçün ETSN rəhbərliyinə göndərilmişdir. Yəni, Baş Prokurorluq səviyyəsində bu formal cavabla bir daha təsdiq edilir ki, 2007-ci ildə Azərbaycanda qəbul olunmuş "İnzibati icraat haqqında" Qanunun tələbləri kobud formada pozulmuşdur. Yəni, rəsmilərimiz kolxoz dövrünün qanunları ilə işləməyə üstünlük verirlər. Belə ki, o vaxt da kolxozçu kolxoz sədrinin özbaşnalığından yuxarı orqanlara şikayət etdiyi zaman şikayətin araşdırılması elə kolxoz sədrinin özünə tapşırılırdı. Kolxoz sədri də şikayətçini otağına dəvət edərdi və bircə yaxşı şilləni qulağının dibinə vurub başa salardı ki, "bala get işinnən məşğul ol, bir də belə səhv eləmə".
Budur, ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru təyin edilmiş Elxan Baxışovun redaksiyamıza ünvanladığı 07 iyun 2022-ci il tarixli, 30/377 saylı cavab məktubunda bildirir: " ...ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindənkeçirilmiş tenderlərdə bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı ilə açıq müsabiqə metodu ilə həyata keçirilmişdir."
Bəli, bizim qeyd etdiyimiz və müsabiqələrdə hər dəfə "QALİB" elan olunan eyni mmc-lər Nizamnamə kapitalları 10 manat göstərilməklə heç bir texniki və işçi bazasına malik olmayan , tenderlərdə qalib olmaq üçün tezbazar formal yenicə qeydiyyatdan keçən mmc-lərdir. Biz də Elxan müəllimdən fərqli olaraq çörəyi ağzımıza yediyimiz üçün düşünürük ki, dövlətin hər il satınalmalar üçün ayırdığı pullar konkret olaraq ayrı-ayrı bölgələrdə Regional Meşə Təsərrüfatı Mərkəzləri ilə işləyən və "kurator" adlanan idarənin işçiləri tərəfindən kağız və bank hesabları ilə maliyyə maxenasiyaları ( vergidən yayınma və sosial ödənişlərin həyata keçirilməməsilə müşayət olunan) ilə mənimsənilərək sonda köçürülüən vəsaitlərin 90 %-i Fizuli Babayev kimi direktorların xidmət otağına Elsevər kimi, Vüqar kimi kuratorların portfellərində daşınır. Belə olmasaydı, xəbər verdiyimiz kimi, cənab Fizuli Babayev Quba rayonunda dağlar qoynunda cənab nazir M.Babayev üçün möhtəşəm hotelin tikintisinə heç vaxt başlamazdı. Təbii ki, dəyəri 4.5 milyon dollar olan bu hotelin tikintisi üçün tələb olunan bütün xərcləri Fizuli Babayev nə öz cibindən, nə də dədəsinin rayonda yerləşən 4 otaqlı mənzilini satıb inşa etdirə bilməzdi. Yəni bizə məlumdur ki, sabiq direktor işlədiyi 3 il ərzində dövlət büdcəsindən ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə hər il üçün ayrılan milyonları mənimsəyib ki, belə bir böyük layihənin icrasına başlasın. Nazirə məxsus hoteldə tamamlama işlərinin yekunlaşması üçün indi də Fizuli Babayev 3 il əvvəl ona ETSN-nin Quba Regional Meşə Təsəsrrüfatı tərəfindən iuzunmüddətli icarəyə verilmiş 3 ha torpaq sahəsindən istifadə etmədən 100000 manata satışa çıxarıb. Və bildirirki, kimin pulu varsa ala bilər.
ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Elxan Bəşirov məktubunun sonuncu abzasında bizi başa salır:
" Heç bir konkret fakta əsalanmayan, yoxlanılmamış və qeyri-obyektiv məlumatlar yerləşdilməsi bu sahədə aparılan islahatları şübhə altına qoymaqla ictimai fikri çaşdırmağa xidmət edir."
Elxan Bəşirovun son fikrinə cavab olaraq bildirik ki, 23 yuxarı direktiv orqanlara göndərdiyimiz araşdırmalarda Qəbələ Regionu üzrə təyin etdiyiniz Elsevər adlı ( indi də çirkin işlərini Sizinlə davam edən) kuratorunuzun yük avtomobili srücüsü Sahib Ağakərimovla olan 1 saat 06 dəqiqəlik səs yazısını da sübut kimi göndərmişdik. Səs yazısında cənab Elsevər rəhbərlik etdiyiniz ETSN idarəsi tərəfindən həyata keçirilən korrusiya mexanizminin necə işləməsini, kimə nə qədər pul çatmasını incə detallarına qədər etiraf edir. Və sonra harınlığından sürücüyə hədə gəlməyi də unutmur. O zaman sual olunur - niyə ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Elxan Bəşirov bu səs yazısını prokuroluğa təqdim etmir ki, ekspertizadan keçirilsin və təsdiq edildikdən sonra Elsevər barəsində ən azı xalaxətrin qalmasın deyə bir töhmət elan etsin. Əksinə, direktor E.Bəşirov bizə formal cavab yazdıqdan sonra Elseverə demişdir ki, gedin işinizlə məşğul olun. O da əvvəlkindən betər məşğuldur. Məsələn, Oğuz meşələrində saxtakarlıqla damqalanmış meşə cinsli ağacların daşınması üçün bir günü 250 manat olmaqla KON tipli ağır texnikanı və günü 100 manat olmaqla KAMAZ avtomobilini icarəyə götürməklə istifadə edir. Yəni idarənin balansındakı pulları hesaba köçürməklə 50 % "otkat" etdirir. Və sonra da Qəbələnin Vəndam kəndində ağzını köndələn qoyub lovğalanır ki, "Nə oldu, yazdılar, nə qələt edə bildilər ki? biz yenə iş başındayıq." Bəli, Qazan oğlu Elsevər düz deyir. ( Arxalı köpəkləri heç vaxt qurd basmadığı kimi, elsevər kimilər də arxalandığı Fizuli, Elxan kimilərə arxalanaraq dövlətin külli-miqdarda əmlaklarını mənimsəməkdə davam edəcəklər) Bizim buna şübhəmiz yoxdur.
ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktorunun rəsmi cavab məktubundan belə nəticəyə gəlirik ki, E.Bəşirov sələfi olan F.Babayevin törətdiyi maliyyə cinayətlərini ört-basdır etmək üçün bizə formal cavab verməklə, əslində özü də bilərəkdən, ya bilməyərkdən törədilmiş ağır cinayətlərə şərik olmuş və hazırda da Fizulinin yolunu davam etdirməkdədir.
Ümid edirk ki, nəhayət Baş Prokurorluqda təmsil olunan rəhbərlik məsələnin ciddiliyini nəzərə alaraq dövlət başçısına ciddi maliyyə pozuntusu barədə məruzə edəcəkdir Və peşəkar bir prokuror tapılacaq ki, qaldırdığımız faktların detallar üzrə vicdanla araşdırlmasına start verəcəkdir.
İfadetv.com-un araşdırma qrupu