Və yaxud Muxas kənd Bələdiyyəsi bir ailəyə niyə təhvil verilib?
Oğuz rayonun Muxas kəndində yaşayan Nadirov Dağlar Ələkbər oğlu tərəfindən dövlət başçısına və aidiyyatı dövlət qurumları rəhbərlərinə və bir nüsxəsi də İFADETV.COM saytına ünvanlanmış “Oğuz rayon Muxas kənd bələdiyyəsi tərəfindən mənim qonşularıma qanunsuz satılmış- uzunluğu 40 m və eni 8 m olan kənd yolunun dərhal azad edilərək açılması, işlədiyi uzun müdət ərzində törətdiyi qanunsuz cinayət əməllərinə hüquqi qiymət verilməsi" barədə M Ü R A C İ Ə T-i ictimai əhəmiyyət kəsb etdiyinə görə olduğu kimi dəyərli oxucularımıza təqdim edirik:
"Çoxhörmətli cənab Prezident İlham Əliyev, Mehriban xanım!
Sizin bölgələrimizin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər regionlarımıza göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Biz, pay torpaqlarında sahibkarlıqla məşğul olan sadə insanlar Oğuz rayonunun timsalında da bunun şahidi oluruq. Ölkədə ərzaq istehsaının artırılması ilə bağlı qəbul etiyiniz dövlət proqramlarının icrası üçün biz də əlimizdən gələn işləri görməyə çalışmışıq. Lakin çox təəssüflər olsun ki, ata-oğul və arvaddan ibarət yerli bələdiyyə dəstəsi və onlara himayəçilik edənlərin qanunsuz fəaliyyətləri nəticəsində son günlər ailəmizə qarşı təzyiqlər davam edir.
Əvvəlcə xatırladım ki, Oğuz rayonun "Muxas" kolxozunun 02.03.1992-ci il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışdan , Oğuz rayon XDS Torpaq Komissiyasının 02.04.1992-ci il tarixli, 1 nömrəli iclas protokolundan çıxarışa əsasən mənə də 12.05.1992-ci il tarixli akt əsasında hər bir kolxozçuya ayrılmış 24 pay ( hər biri 0,12 ha olmaqla) həyətyanı torpaq sahəsi kimi verilmişdir. Və hazırda həmin sahədə ev tikib yaşayırıq. 24 hissədən ibarət və hər birinin 0.12 ha olan həyətyanı sahələr arasında DVJ xəritəsinə və sənədlərə əsasən 8 m eni olan kəndarası yolları vardır. Bizim evin qarşısında - əsas kənd yolunun kənarında olan boş uzunsov sahə 2000-2015-ci illər ərzində bələdiyyə sədri olmuş Səmədov Mehrəli Cuma oğlu tərəfindən bələdiyyə torağı kimi Cumayev Arif Kazım oğluna arxa tarixlə düzəldilmiş saxta sənədlər əsasında satılmışdır. Belə ki, guya A.K.Cumayev kolxozçu olduğuna görə ona 1995-ci ilin kolxozun ümumi yığıncağın qərarı əsasında 0.12 ha torpaq sahəsi ayrılıbmış, halbuki, bu adam 18 yaşında, yəni 1995-ci ildə hərbi xidmətdə olmuşdur. Ona verilən yer də kolxoz tərəfindən rəsmən ayrılmamış, yol kənarı kimi, elektrik xəttinin altı kimi boş saxlanılmışdır. Arif Cumayev bununla kifayətlənməyərək hazırda ev tikdiyi 12 sotun aşağı hissəsindəki 6 sotu da yerli bələdiyyə sədri ilə gizli sövdələşərək 4500 manat müqabilində yenə saxta sənədləşmə apararaq yerini genişləndirmək istəyir. Arif Cumayev bizim qanuni həyətimizin qarşısında olan uzunluğu 40 m, eni 8 m olan yolun 4 m-ni də qanunsuz olaraq zəbt etmiş və həmin hissədə şəxsi ev tikmişdir. Çox təəəsüüflər olsun ki, bu adama arxa tarixli saxta sənədlər əsasında verilmiş qanunsuz torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək üçün 3 dəfə çıxarış və texniki pasport almış və yenidən düzəlişlər edilməklə sonuncu dəfə 05.08.2021-ci il tarixli 1921008734 saylı Çıxarışı DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən qanunsuz formada əldə etmişdir. Çünki bu idarə mütəxəssiləri Akif Cumayevə biz qonşuların ümumi istifadəsində olan 8 m eni olan yolun 4 m eni, uzunluğu 40 m olmaqla bu adama 12 sot döngə nöqtələrini sürüşdürməklə, aldıqları rüşvət müqabilində saxta və əsassız 3-cü dəfəyə çıxarış VERMİŞLƏR. Bir neçə il əvvəl isə Cumayev Arif və bizdən alt hissədə qonşum olan Lətifova Bahar Ələkbər qızı və yerli bələdiyyə sədri Mehralı ilə gizli sövdələşərək kəndimizin cənub hissəsinə çıxan, uzunluöu 40 m, eni 8 m olan yolu qanunsuz zəbt edərək tam bağlamışlar. Hazırda biz qonşular bu yoldan istifadə edə bilmirik. bu 8 m eni olan yolun da 5 m-ni Arif Cumayev və 3m-ni isə Bahar Lətifova birlikdə zəbt edib istifadə edirlər. Həmin bağlanmış və zəbt olunmuş yolun günbatan hissəsindəki 6 sot torpağı da Arif Cumayev zəbtində saxlayır.
Cumayev Arif 2021-ci ildə saxta sənədlər əsasında əldə etdiyi Çıxarışı əsas tutraq bizi məhkəməyə vermiş və 8 m eni olan yolun 1.5 m zəbt etdiyimiz hissənin boşaldılmasını və darvazanın götürülməsini tələb etmişdir. Hal hazırda iş icrata verilmiş və biz könüllü olaraq ədalətsiz və vicdansız hakimlərin qətnamələrini icra edirik. Çünki, məhkəmə tərəfindən iddiaçının zəbt etdiyi və ev tikdiyi yolun 4 m -lik hissəsinin boşaldıması barədə bizim sənədlər üzrə verdiyimiz qarşılıqlı iddiaya rüşvət müqabilində heç bir fikir bildirməmişdir.
Muxas kənd bələdiyyəsində baş verən qanunpozuntuları barədə:
Xatırladaq ki, 2000-2015-ci ilədək Muxas kənd bələdiyyəsinə əvvəlcə Səmədov Mehrəli Cuma oğlu sədrlik etmiş, 2015-2019-cu illərdə arvadı sədr seçilsə də faktiki olaraq yenə özü rəhbərlik etmiş və hazırda 2019-2022-ci illər ərzində Merəlinin oğlu Səmədzadə Gümşüd Mehrəli oğlu sədr müavini təyin edilmiş və 2022-ci ilin oktyabrınadək sədr əvəzi olmuşdur. Lakin Mehrəli bu gün bələdiyyə sədri tiyin edilən Ramiz müəllimi də faktiki olaraq əvəz edir. Möhür və ştampeli, bələdiyyənin rəsmi blanklarını özündə saxlayır, alverlə məşğul olur.
BƏS 22 İL MEHRƏLİ AİLƏSİNƏ XİDMƏT EDƏN MUXAS KƏND BƏLƏDİYYƏSİNDƏ NƏLƏR BAŞ VERİB?
Mehrəlinin ilk saxtakarlığı və maliyyə maxenasiyası ondan başlayıb ki, bu adam öz mülkiyyətində olan köhnə VOLQA QAZ 31 markalı avtomobili 2001-ci ildə şişirdilmiş qiymətə- 8000 manata yerli bələdiyyəyə satmışdır. Və sürücü olaraq tanışı olan Abdulxaliqov Yaşar Niyazi oğlunu rəsmi sürücü kimi işə qəbul etmişdir. Lakin Yaşar həmin dövrdə digər rəsmi yerdə işlədiyinə görə təbii ki, onun adına Muxas bələdiyyəsində formal yazılan sürücünün əmək haqqını da Mehrəli özü uzun müddət mənimsəmişdir. Avtomobili özü idarə etmiş, sürücünü isə "ölü can" kimi uzun müddət formal saxlamışdır. Bizim evin üst tərəfində bir kolxozçuya verilmiş 12 sot torpaq sahəsini zorakılıqla ələ keçirmiş və digər kənar fiziki şəxsə baha qiymətə satmışdır. Bələdiyyə büdcəsinə ayrılmış pulları sənəd üzərində ayrı-ayrı təyinatlar üzrə "xərcləmiş"dir ki, bundan biz kənd sakinlərinin bu gün də xəbəri olmamışdır. Külli miqdarda vergilərdən yayınmışdır. Vaxtilə kəndimizin sakinləri olan Manafov Mustafaya aid olan 24 sot, və Pakizə xanıma aid olan 32 sot torpaq sahələrinin hamısını guya mərhumların 1 övladı varmış kimi sənədləşdirərək İsmayıl İsmayılov adlı şəxslə saxtakarlıq edərək ayrı-ayrı şəxslərə satmışlar. Halbuki, bu mərhum şəxslərin hərəsinin 5 övladları olmuşdur. Ki, onların razılıqları olmadan Mehralı ata yurdu torpaqlarını qanunsuz satmışdır. Bu kimi çoxsaylı qanunpozuntuları törətdiyinə görə Mehrəli Səmədov bir neçə dəfə istintaqa cəlb edilmiş və özünün yaxınlarına etiraf etdiyinə görə 80000 manat ziyana düşmüşdür.
Mehralı Səmədov 2015-2019-cu illərdə arvadını da Muxas bələdiyyəsinə formal sədr təyin etdirmiş və bu gün olduğu kimi yenə də reallıqda bələdiyyəni özü öz bildiyi kimi idarə etmiş, qanunpozuntular törətmişdir.
Hesab edirəm ki, Mehrəli Səmədovlar ailəsinə satılmış yerli bələdiyyə qurumunda son 22 il ərzində törədilmiş çoxsaylı maliyyə və digər qanunpozuntuları araşdırılmalı və ailə dəstəsinin korrupsiya hərəkətlərinə hüquqi qiymət verilməlidir.
Çoxhörmətli, Prezident İ.Əliyev, nazir cənab Fikrət Məmmədov və baş prokuror cənab Kamran Əliyev. Sizlərdən çox xahiş edirəm ki, Muxas kənd Bələdiyyə sədri olmuş Mehrəli Səmədovun pula hədsiz hərisliyi nəticəsində biz qonşuların düşüdüyü indiki vəziyyəti - ümumi istifadədəmizdə olan kənd yolumuzun dərhal açılmasının və 80 m uzunluğunda olan hissəsinin 8 m enində əvvəlki vəziyyətinə qaytarılmasına, və bələdiyyə sədrinin digər qnunpozuntu hallarının araşdırılmasına göstəriş verəsiniz. Sağ olun.
Əlavə sənədlər: 13 vərəqdə.
İMZA: D.Ə.Nadirov
27 noyabr 2022-ci il.