Qobustan rayonu, Ərəbşahverdi kəndində psport qeydiyyatında olan və yaşayan fermer Lətifov Becan Gülbala oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət olunub. Bir nüsxəsi də IFADETV/COM-a daxil olan müraciətdə deyilir:
"Cənab Prezident, yazıb Sizə bildrmək istəyiəm ki, biz aqrar təsəsrrüfat fermerləri həmişə çalışmışıq ki, ölkəmizdə ərzaq bolluğu yaratmaq üçün taxıl istehsalı ilə məşğul olaq. Mənim ailəmə torpaq islahatı zamanı kəndimizin ərazisindən 21 ha sənədlə pay torpaq mülkiyyətimizə verilmişdir. Və hər ili də burada taxıl əkmiş, dövlətdən subsidiya almışıq. Bu il, 2022-ci ilin yazında KTN-yi yanında Aqrar Sığorta Fondunun əməkdaşları sahəmizdə bizə yaxınlaşdılar ki, bəs əkdiyiniz taxılı məcburi sığorta etməlisiniz. Əks təqdirdə, sizə subsidiya yazılmayacaqdır. Biz razılaşdıq. Mən 15 ha əkdiyim taxıl üçün sığrtaya ödəniş etdim ( Kapital bank vasitəsilə) Lakin Aqrar Sığorta Fondu tərəfindən bizə sonra heç bir sığorta müqaviləsi təqdim etmədi.
Çox təəssüflər olsun ki, bu ilin martın axırı, aprelin əvvəlində ümumi sahəmizdə güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu aparmış, sahəni pis günə qoymuşdur. O cümlədən qonşuluqdakı bütün taxıl sahələrinə də təbii fəlakət nəticəsində ziyan dəymişdir. Aqrar Sığorta Fondunun komissiyasının 1-ci dəstəsi aprelin əvvəlində sahələrə baxış keçirdilər və fəlakəti olduğu kimi aktlaşdırdılar. Sonra nə fikirləşdilərsə, 2-ci dəstə komissiya bu ilin may ayında gəlib təzədən sahələrə baxış keçirdilər və yenidən aktlaşdırdılar. Lakin bu dəfə komissiya əvvəlki komisiyadan fərqli olaraq taxılımıza guya quraq nəticəsində ziyan dəyməsini aktlaşdırdılar. ASF-du qonşularımızın şikayətlərindən sonra onların sahələri üçün 100 % sığorta ödənişi etsə də bizə 15 ha-dan cəmi 2 ha ziyan dəyməsini sənədləşdirdilər. Qalan 13 ha bizlik deyil dedilər, quraq aparıb. Biz də 2 ha-ın sığortasını almaqdan imtina etdik. Halbuki, hamı blir ki, mən cəmi sahə olan 15 ha-ın biçilməsi üçün kombayn salmadım. Çünki əhəmiyyətsiz idi. Bunu komisiya da görmüşdü. Həmkəndlilərim isə narazı qalıb prokurorluğa şikayət edən kimi, dərhal sığorta onların hamısının pulunu ödədi. lakin mən məsləni soruşanda cavab verdilər ki, get məhkəməyə müraciət et. Guya fırtına mənim ortalıqda olan taxıl zəmimə hörmət əlaməti olaraq "DƏYMƏYİB" , yazığı gəlibmiş. Axı bu fermerlər arasında ayrısekçilikdir. Bununla ASF-rəhbərliyi bizə qarşı korrupsiya əməli törədir., süi-istifadə edib bizə qanunla düşən sığorta haqqını özləri mənimsəyirlər. Sahəmizə ikinci dəfə komissiya göndərib, əvvəl yazdıqları aktı dəyişib sənəd saxtakarlığı edirlər.
Cənab Prezident, cənab nazir İnam Kərimov və cənab Taleh Kazımov! Sizlərdən çox xahiş edirəm ki, biz müflis vəziyyətinə düşmüş fermerlərin haqqı olan sığorta ödənişinin həyata keçirilməsinə göstəriş verin ki, biz də indiki əkinimizi davam etdirək".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...