Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qışa hazırlıq prosesi davam edir. Bu, bütün infrastruktur sahələrinə, xüsusən də ölkənin qaz sənayesinə aiddir. Burada bir növ təhlükəsizlik yastığı rolunu oynayan yeraltı qaz anbarları xüsusi yer tutur.
Məlumat üçün deyək ki, qaz anbarları qeyri-bərabər (mövsümi, həftəlik, gündəlik) qaz istehlakının kompensasiyası, habelə qaz kəmərlərində qəzalar zamanı qazın ehtiyatı və strateji qaz ehtiyatlarının yaradılması üçün yaradılır və istifadə olunur.
Yeraltı qaz anbarlarının yüksək ehtiyatları və məhsuldarlığı temperaturun kəskin azalmasına və istehlakın artmasına tez reaksiya verməyə imkan verir.
Azərbaycanda iki yeraltı qaz anbarı (YQA) var - Qaradağ və Qalmaz. Hər iki qaz anbarının tutumu 3,34 mlrd. kubmetr təşkil edir ki, bunun 1,89 mlrd. kubmetri Qaradağ, 1,45 mlrd. kubmetri isə Qalmaq YQA-nın payına düşür.
Qeyd edək ki, Qaradağ və Qalmaz YQA-a qazın vurulması 02.04.2022-ci il tarixindən başlanılıb.
Verilən rəsmi məlumatlardan da göründüyü kimi qaz anbarlarında qaz ehtiyatının qorunması, hətta qəzalar zamanı belə ehtiyat çıxış yollarının hesablandığı bildirilir. Bəs görəsən hər hansı gözlənilməz fövqəladə halların qarşısının alınması üçün tədbirlər paketi hazırdırmı? Suala cavab verməmişdən öncə etibarlı mənbəmizin verdiyi məlumatı qeyd etmək istəyirik. Bleə ki, yanvarın 14-də Qaradağ YQA-da , əsas qazsaxlama quyusunda gözlənilmədən qapaq hissə açılmış və nəticədə 160 atmosfer təzyiqə malik saxlanılan qaz həcmi atmosferə çıxmağa başlamışdır. Peşəkar mütəxəssilərin gördüyü operativ tədbirlər sayəsində quyunun ağzını bağlamaq mümkün olmuşdur. Hadisə zamanı hər hansı xəsarət və ya yanğın hadisəsi baş verməmişdir. Verilən məlumata görə əsas mərkəzi quyuya 125 quyudan istehsal olunmuş qaz həcmi borular vasitəsilə idxal olunur. Hazırda SOCAR tərəfindən Qaradağ YQA-na vurulan qazın təzyiqinin 250 atmosferə qədər artırılması planlaşdırılır. Bəs bu qədər təzyiqə malik qaz ehtiyatını təhlükəsiz vəziyyətdə saxlamaq üçün texniki şərit mövcuddurmu? Yanvarın 14-də baş vermiş qəza hadisəsi sübut etdi ki, quyunun 160 atmosfer təzyiqə tab gətirməyən qapağa malik anbara yenidən əlavə təzyiqlə qaz verilməsi absurd plan imiş.
Hadisə ilə bağlı SOCAR prezidenti cənab Rövşən Nəcəfin göstərişilə hadisənin baş vermə səbəbləri araşdırılmağa başlanılmışdır. Hesab edirk ki, hadisənin baş vermə səbəbləri tam aydılaşdırıldıqdan sonra qəzanın təxribat, yoxsa səhlənkarlıq üzündən baş verməsinə aydınlıq gətiriləcəkdir. Biz də bu istiqamətdə araşdırmalarımızı davam etdiririk.
İFADETV.COM-un araşdırma qrupu