YPX Alayinin eks komutanının adı dələduzluq qalmaqalında (video)
Zaman-zaman adı biznes imperiyası qurmaqda hallanan Azərbaycan Respublikası Dövlət Yol Polisi Idarəsi Yol Patrul Xidməti Alayının komandiri olmuş və hal-hazırda təqaüddə olan polkovnik Balakişi Əhmədovun adı bu dəfə bir vətəndaşın aldadılaraq,dələduzluq hərəkəti edilməsində hallanır. Belə ki, bu gün sizlərə təqdim edəcəyimiz video müraciətdəndə məlum olduğu kimi Cənab Polkovnikin qardaşı qızı polisə və sair işə düzəltmək adı altında vətəndaşın külli miqdarda vəsaitini etibardan sui-istifadə etməklə mənimsəmişdir. Reportyor.tv
Buradan belə bir ehtimal olaraq nəticəyə gəlinir ki, qardaşı qızı bu məbləği digər sahələr olmasa da polisə işə düzəltmək məsələsində polkovnik əmisinin vasitəsi ilə etməyi bildirməsi,bəlkədə bu barədə Cənab Polkovniklə danişması barədə də olan düşüncələri meydana çıxarır. Qeyd olunan mövzu sübuta yetirilərsə cinayət tərkibi yaradır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndlərinin təsiri altına düşür.
Inanırıq ki, həmin video müraciətdə əksini tapan xusussatlar hüquq-mühafizə orqanları tərəfindən əsaslı araşdırılaraq məsələyə hüquqi qiymət veriləcəkdir.
Eyni zamanda YPX Alayının keçmiş komutanı olmuş Cənab Əhmədovun da məsələyə münasibətini bildirməsi üçün mövqeyini öyrənməyə çalışsaq da cəhdlərimiz baş tutmadı.
Mövzu diqqətimizdədir...
Repprtyor.tv
(237) Keçmiş Polkovnikin qardaşı qızı əmisinin və qardaşlarının vəzifəsindən istifadə edərək çoxsayda - YouTube