Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri olan təqaüddə olan keçmiş "voenkom" Rəsul Quliyev tezliklə tutduğu vəzifədən azad edilir.
Bu barədə İfadetv.com-a ETSN-dəki mənbə bildirib.
Növbəti həftə onun işdən azad olunması barədə əmri elan olunacaq.
Qeyd edək ki, əslən Ağcabədidən olan Rəsul Quliyev Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qaynıdır.
R. Quliyev ETSN-də İsmayıllı meşələrində yeyib içən şəxs kimi xatırlanır.
Qohumu Ali Məhkəmə sədri olduğu üçün bu adam nazir müavini Vüqar Kərimlinin köməkliyi sayəsində bu vəzifəyə təyinat alıb. Lakin Ramiz Rzayevə arxalanara Şamaxı, Ağsu və İsmayıllı meşələrində apardığı total ağac kəsimlərinə görə ondan artan şikayətlərin nəticəsi olaraq barəsində ciddi ölçü götürülməsi planlaşdırılır. Son məlumata görə R.Quliyev işdən sağ salamat azad ediləcəyi təqdirdə öküz qurbanı da kəsəcəyini söz veribmiş.
Xatırladaq ki, ifadetv.com-un bu yaxınlarda apardığı araşdırmalarda Rəsul Quliyevin üzdən göründüyü kimi, heç də aydan arı, sudan duru olduğu ortalığa çıxmayıb.
fadetv.com/4412-cenab-babayev-muavininiz-vuqar-kerimov-ne-qeder-pul-qarsiliginda-rusvetxor-voenkomu-ismayilliya-mese-mudiri-teyin-etdirib.html