Bakının Nizami rayonu, NZS qəsəbəsi, Oktay Vəliyev küçəsi, 2360 saylı məhəllədə Rzayev Elçin Həsənbala adlı bir qoçu peyda olub. Sakinlərin məlumatı əsasında öyrəndik ki, bu qoçu NZS ərazisində harda yaxşı bir boş yer gördüsə nəyin bahasına olur olsun mənimsəməyə çalışır və son nəticədə məqsədinə nail olur. Belə ki, bu adam əvvəlcə qürrələnir ki, mənim 0.5 milyon manat dəyəri olan "Galik"im var və Ekologiya Nazirliyi işçiləri məni görəndə baş əyirlər və salamlaşırlar. Ona görə də kimsə mənə irad tuta bilməz ki, sən niyə bu ağacları kəsirsən. Yaxşı edirəm. Ekologiya ilə danışmışam və işimi görürəm. Sizə nə." Bəli, qoçu E.Rzayev bir tərəfdən düz deyir. Əgər dediyi kimi ETSN rəhbərliyilə danışıbsa deməli, şəhərin ortasındakı ağacları kəsib yerinə bir neçə mişar daşı qoymaqla işini bitmiş hesab edə bilər. Hadisə yerindən çəkdiyimiz fotolar bunu bir daha sübut etdi. Qaldı cənab nazir Muxtar Babayevin bu məsləyə necə aydınlıq gətirməsinə, bizcə buna ehtiyac belə yoxdur. Çünki, Ulu öndərin portretləri önündə xüsusi poz vrib şəkil çəkdirməklə nazir vəzifəsini sözdə yerinə yetirmək olmaz! Gərək Ulu öndərin ağaclarımıza divan tulması ilə bağlı dediyinə də sözdə əməl edəsən. Bu da M. Babayevlik deyil. Yəni, cənab nazir sadəcə sözdə Ulu öndərin sadiq adamı kimi təqdim edir, əməldə isə Elçin kimi qoçulara icazə verir ki, get NZS qəsəbəsindəki ağacları kəs, obyektini tik. Təki hər iki tərəfin maraqlarına uyğun olsun.
Bir sözlə, gördüklərimizdən və aldığımız məlumatlardan belə nəticəyə gəlirik ki, ETSN rəhbəri sözdə və əməldə fərqli düşüncənin sahibidir. Sonda əziyyət çəkənlər isə cəmiyyətimiz və paytaxtımıza nəfəs verən ağaclarımız olur.
İFADETV.COM-un Araşdırma Qrupu