Adının çəkilməsini hələlik istəməyən mənbəmizin verdiyi məlumata görə, uzun müddət Qəbələnin Vəndam qəsəbəsi üzrə meşə sahə müdiri işləmiş və hazırda təqaüddə olan Cabayev Sərxan Bulud oğlu öz ətrafına Əmək Məcəlləsinin 70 “Ç” bəndi üzrə ( işdə yol verdiyi ciddi qanunpozuntularına görə) işdən qovulmuş digər meşə işçilərini də toplayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsəsrrüfat Mərkəzinin meşələrində baş verən ağac kəsintiləri barədə nazirliyə və digər orqanlara fasiləsiz şikayətlər etməklə məşğuldurlar. Belə ki, bu ilin fevralın 9-da İsmayıllı şəhərində Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin rəsmi qəbulunda olarkən Sərxan Cabayev Oğuz rayonun Xaçmaz kəndindəki Cəbiyev Şahinin nəzarət etdiyi meşə dolayında, Qəbələ rayonun Vəndam meşəbəyliyi ərazisindəguya çoxsaylı ağacların qanunsuz kəsilməsi barədə şikayət vermişdir. Həmin müraciətlə bağlı ETSN rəhbərliyi şikayətdə qeyd edilən ərazilərin yerində yoxlanılması üçün fevralın 16-dan komissiya göndərmişdir. Ona görə də biz meşə işçiləri də qərara almışdıq ki, nazirliyin komissiası ilə bərabər yerli polisin, bələdiyyənin və icra nümayəndəliyinin də 1 nəfər rəsmisi iştirak etmişlər. Məlum olmuşdur ki, sözügedən ərazi sayılan Oğuzun Xaçmaz kəndi yaxınlığındakı Şahmarın meşə dolayındakı kəsilən ağacların əslində məşhur “EMBAVOOD” MMC ETSN-nin Meşələrin İnkişafı Depertamenti tərəfindən keçirilən növbəti tender zamanı qalib olmuş və dövlət büdcəsinə etdiyi ödənişlərdən sonra qanunamüvafiq olaraq ayrılmış sahədə kəsinti işi aparmışdır. Eləcə də, Vəndam meşəbəyliyi ərazisinin yoxlanması zamanı da heç bir ağac kəsintisinə rast gəlinməmişdir. Və bu barədə ETSN əməkdaşları ilə yerli qurumların əməkdaşları yoxlamanın nəticələrinə uyğun olaraq akt tərtib edib imzalamışlar. Yoxlamanın nəticələrindən narazı qalan S.B.Cabayev və hazırda qanunsuz ağac kəsimlərinə görə işləri yerli məhkəmədə araşdırılması davam edən və ƏM-nin 70 “Ç” bəndi üzrə işdən qovulmuş sabiq meşə işçiləri dünən, fevralın 20-də yenidən nazir cənab M.Babayevin adına teleqram vuraraq yoxlamanın nəticələrindən naraqzı qaldıqlarını bildirmişlər. Teleqram vurmamışdan əvvəl isə cənab təqüdçü Cabayev Sərxan öz tərəfdarları qarşısında “brifinq” keçirərək naziri yalançı adlandırmış, onu “Gədəbəy hadisələri” zamanı dövlət başçısını aldatdığını bəyan etmişdir.
Biz, mənbədən Cabayev Sərxanın nədən belə əl-ayağa düşdüyünün, fasiləsiz şikayətlər etməsinin səbəbi və motivinin nədən ibarət olmasını sual etdik. Cavab verildi ki, Sərxan indi aldığı təqaüdlə əvvəlki tək dolana bilmədiyindən o yerli meşə rəhbərliyindən Vəndam qəsəbəsi ərazisində yerləşən “Kakadu” kafesinin yanında bir restoran tikmək üçün ona da meşə fondundan torpaq sahəsi ayrılması, əgər bu mümkün olmadıqda isə külli-miqdarda pul istədiyini bildirmişdir. Məhz bu səbəbdən Sərxan bütün meşə işçilərinin zəhləsini töküb ard ardına göndərdiyi əsassız şikayətlərlə bizi işdən-gücdən qoyur. Başımızı Bakıdan gələbn yoxlamalarla mənasız yerə meşə dolaylarını qarış qarış gəzməyə vadar edir, vaxtımızı alır. Ona görə də xahiş edirik ki, Sərxanın belə qanunsuz əməllərini ictimailəşdirin ki, hamı bilsin ki, bu adamın əsas məqsədi təbiəti sevmək deyil, sadəcə qarın davasıdır.
P.S. Redaksiya olaraq hesab edirik ki, məsələnin dövlət və ictimai əhəmiyyətini nəzərə alaraq qeyd edilən faktlar əsasında hüquqi qiymət hüquq-mühafizə orqanları tərəfindən verilməli və məsələ tezliklə yekunlaşmalıdır. Yazıda adları çəkilən hər tərəfin söz haqqı tanınır.
İfadetv.com-un araşdırma qrupu
