Son günlər "Kristal Abşeron" şirkətinin bataqlıqları qurutmaq hesabına tikdiyi binalarla bağlı yazılanlara bir daha nəzərə salaq:
"Bu şirkət əvvəl “Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan tikinti firması indi də Yasamal rayonu ərazisində, MiDA evlərinin yaxınlığında bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Halbuki Azərbaycan bu ilin payızında möhtəşəm COP29 rədbiri həyata keçirməklə bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Dünyanın yüzlərlə, minlərlə nümayəndəsi və yaşıllığın müdafiəsində olan ölkələr paytaxtımızda beynəlxalq layihədə iştirak edəcəklər.
Bu tədbir dövlətin birbaşa nəzarətində olan və təşkilində olan hadisədir. Amma Azərbaycanda “Kristal Abşeron” adlı tikinti şirkəti üçün ölkə rəhbərliyinin hazırlşadığı beynəlxalq layihə COP29 tədbirinin təşkilinə heç bir məhəl qoyulmadan, bataqlıq bir ərazidə minlərlə vətəndaşın od qiymətinə, yuxarı faizlərlə alacağı mənzillərin tikintisi üçün yeni binalar inşa olunmaqdadır.
Tribunainfo.az saytı məlumat verir ki, bu ərazidə tikinti işlərinin aparılması ciddi müzakirələrə səbəb olub. Ekspertlər, müxtəlif tikinti mütəxəssisləri, eləcə də ayrı-ayrı sosial media fəalları sual edirlər ki, belə bir bataqlıq ərazinin qurudulub yerində mənzillər, binalar inşa edilməsi nə dərəcədə tikinti normativlərinə uyğundur. Amma “Kristal Abşeron” şirtkəti heçbir izahatlara cavab vermir və öz işinin başındadır.
Şirkət artıq işlərə start da verib. Gecə-gündüz bilmədən ərazidə iş aparılır ki, bataqlıq tez qurudulsun. Əraziyə torpaq daşınır, bataqlıq doldurulur. Bataqlıq doldurulduqdan sonra ərazidə hündürmərtəbəli binaların inşasına başlanılacaq. Artıq təxmin etmək olur ki, bataqlıq üzərində tikiləcək binada vəziyyət necə olacaq. “Kristal Abşeron”un indiyə qədər inşa etdiyi digər bütün binalarda sakinlərin ən çox şikayəti həmişə mənzillərin nəm olması, divarların kif olması ilə bağlı olub. Bataqlıq üzərində inşa ediləcək binadakı mənzillərdə indidən vəziyyəti təsəvvür etmək mümkündür.
Bəli, "Kristal Abşeronun" fəaliyyəti təkcə bataqlıqlarla bitmir. Son günlər apardığımız araşdırmalardan da belə nəticəyə gəlmişik ki, Bibiheybət tərəfdə 2017-ci ildə tikib istifadəyə verdiyi 3 korpusdan ibarət 14 mərtəbəli binalar ( el arasında YAP-ın binası kimi adlanan) və ona yaxın inşa edilmiş iki korpuslu jurnalistlərə və 2023-cü ilə yenicə şəhid ailələrinə verilmiş 14 mərtəbəli yaşayış binalarının gələcəyi tam acınacaqlı ola bilər desək, yəqin ki, yanılmarıq. "Kristal Abşeronun məhz bu yerdə, daha doğrusu 1848-ci ildən 1996-cı ilədək neft çıxarılan bu ərazilərdə hündürmərtəbəli binaların tikilməsinin inşaat-tikinti normalarına nə dərəcə də uyğun olub olmaması barədə SOCAR mütəxəsisinə ünvanladığımızı sorğuya cavab aldıqda məlum oldu ki, sözügedən ərazinin həqiqətən uzun müddət neft quyusu olması və 100 il boyunca həmin ərazidən neft çıxarılması prosesi baş vermişdir. Son 20 ildə həmin ərazidənxam neftin hasilatı dayansa da, ərazinin altında qaz toplanması mümkün olan bir məsələdir. Ən acınacaqlı hal isə budur ki, adətən özlərinə və işlrinə hörmətlə yanaşan tikinti şirkətləri bərk suxurlara malik yerlər üzərində binalar inşa etməyə üstünlük verirlər. Jurnalistlərin binası kimi tanınan ərazidə tikilən binaların altında isə heç bir bərk suxur yoxdur. Sadəcə sonradan kənardan gətirilib tökülən torpaq kütləsi üzərində bu binalar tikilmişdir. Amma bu gələcək üçün çox təhlükəlidir. Altı boşluq olan bir ərazidə anidən təbii fəlakət olarsa, məsələn 5.8 bal gücündə zəlzələ baş verərsə nə baş verəcək? Bu suala geoloqlar cavab versələr daha yaxşıdır.
Bəli, "Kristal Abşeron" şirkəti rəhbərliyi yalnız və yalnız qazanmaq haqqında düşünür. Bu şirkət üçün istər bataqlıq olsun, istərsə neft quyusu fərq etməz. Sakinərin isə gələcək taleyinə kimsə, o cümlədən "Kristal Abşeron " cavabdehlik daşımaq haqqında hələlik düşünmür. Daha doğrusu düşünməyə vaxt sərf etmir. Amma insan taleyini Allahın ümidinə də buraxmaq olmaz! Eyni məsuliyyəti təbii ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də daşıyır. Bir sözlə, bizdən demək, CƏNABLAR!
İfadetv.com-un araşdırma qrupu