AZƏRBAYCAN EKOLOGİYASININ AXIRINA ÇIXAN NAZİRİMİZ VAR BİZİM
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir neçə gün əvvəl ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad etmiş və digər sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin etmişdir
19 ilin nazir müavini olmuş Firdövsi Əliyev son bir ilə qədər YAP siyasi Şurasının üzvü kimi də siyasi nüfuza malik idi. Dövlət başçısı tərəfindən qəfil olaraq belə bir addımın atılmasına səbəb olmuş incə detalları dəyərli oxucularımıza elə sərəncamlar verilən günü açıqlamalarını vermişdirk. Xatırlanmışdır ki, son illər onun kurasiyasında olan meşə fondu ərazilərində baş verən xoşagəlməz hallar, məsələn çoxsaylı müəmmalı meşə yanğınları, regionlarda olan 1000 ha-la sıx meşə ərazilərinin kürünərək məhv edilməsi və torpaqlarının ayrı ayrı işbazlara satılması, qiymıətli meşə cinsli ağacların saxta sənədlərlə sanitar zonaya aid edilərək kütləvi qırılması halları bütün Azərbaycan vətəndaşlarının haqlı narazılığına səbəb olmuşdur.
Elə sonuncu araşdırmalarımız zamanı o da məlum olmuşdur ki, Qusar rayonun Şudux kəndi yaxınlığında olan 210 ha meşə sahəsində olan qoz bağının, tingliyin və palıd, vələs və qovaq ağaclarından ibarət olan meşəliyin buldozerlə 2020-ci ildə kürünürərk ayrı ayrı işbazlara və nazir Muxtar Babayevin kürəkəni olan Elçinə 30 ha sahənin, xalası oğlu Fizuli Babayevin AAB-nin Quba filialında vəzifədə işləyən kürəkəni olan Murada da 30 ha-nın və qalan 150 ha isə pulla ayrıayrı işbazlara icarə adı altında satılması və meşəliyin peşkəş edilməsi məsələsi yuxarı dövlət orqanları qarşısında qaldırılması cənab nazirM.Babayevi çıxılmaz vəziyyətə salmışdır. Hazırda Baş Prokurorluq baş vermiş ekoloji cinayətlə bağlı araşdırmaya başlamışdır. Bu arada özünü xilas etmək istəyən nazir çıxış yolunu 19 ilin müavini olmuş Firdövsi Əliyevin "günah keçisi" kimi cəzalandırılmasını məcburən təşkil edib vəziyyətdən çıxmaq istəmiş və hələlik buna qismən də olsa nail olmuşdur.
Elə bu arada Quba rayonundan olan məlumatlı mənbəmiz nazir M.Babayevin Quba rayonun Vəlvələ kəndi yaxınlığında, Bakı-Quba yolunun Vəlvələ çaçından sonrakı hissəsindən 3.4 km sol tərəfində yerləşən və ərazisi 200 ha-dan çox olan qədim meşəliyin də Bakıda fəaliyyət göstərən oliqarxa peşkəş etməsi bildirlmişdir. Sıx meşə cinsli qiymətli ağacların olduğu ərazi nahamar olduğundan meyilli yerləri kürünərək düz hala gətirilmiş və düzən torpaq zonada başdan ayağa gilas tingləri əkilərək kənarları dəmir setkalarla bərkidilmişdir. Bir sözlə, məşhur oliqarx tərəfindən meşənin məhv edilməsi nəticəsində mənimsənilmişdir. Doğrudur, milli sərvətlərimizə qarşı törədilən genişmiqyasklı vəhşiliyə hətta Quba rayon İcra Hakimiyyəti səviyyəsində də səs çıxaran cürət sahibi tapılmamışdır. Yerli ictimaiyyət də susqunluğa üstünlük vermişdir. Və passiv tamaşaçılar kimi "dərə sahibsiz olanda, donuz başa dırmaşar" atalar məsəlinə riayət etmək məcburyyətində qalmışlar.
Bu arada onu da xatırlamaq yerinə düşərdi ki, İstər Qusar rayonun Şudux kəndi yaxınlığında olan 210 ha meşə ərazilərinin nazirin yaxın qohumlarına hər birinə 30 ha olmaqla peşkəş edilməsi faktlarını hazırda prokurorluq orqanları tərəfindən ciddi araşdırıldığından ETSN rəhbərliyi də bu araşdırmaları ictimayyətə təqdim etdiyimiz üçün bizimlə hər yerdə, hər vasitə ilə, hər bir kanallardan istifadə etməklə maraqlanırlar. Güman edirik ki, bu təqiblər ETSN xüsusi şöbəsinin müdiri olan Elman tərəfindən təşkil edilir. Xatırladaq ki, Elman bəy Rusiya Federasiyasında FTX-nın polkovniki rütbəsində fəaliyyət göstərsə də, cənab nazir onu Moskvadan Bakıya dəvət etmişdir. Qoy olsun .Kadr seçimi onun öz işidir.
Bizi isə əsas maraqlandıran detal budur ki, nazir postunda olduğu müddətdə cənab Babayevin təbii sərvətlərimizə qarşı törətdiyi irimiqyaslı qanunazidd hərəkətlər barəsində dövri mətbuatın, yerli sakinlərin yazdıqları çoxsaylı şikayətlərə rəğmən özünü toxunulmaz saxlamasının sirri haqqında yeni araşdırmalara baş vurmuşuq. Və bunun səbəblərini gələn sayımızda detalları ilə ictimaiyyətə təqdim edəcəyik.
Necə oldu ki, sabiq Müdafiə naziri Səfər Əbiyevdən fərqli olaraq ( hər iksi Quba rayonundandır) dövlət başçısı etimadı doğrultmayan belə bir dövlət məmurunu postunda saxlamaq məcburiyyətində qalmışdır?
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu