VƏ YAXUD, BU DƏFƏ OĞUZDA QARANQUŞLAR QALASIDI, SƏRÇƏLƏR GƏLDİ GEDƏRDİ
Oğuz rayonun Mollalı kənd sakinləri tərəfindən verilən məlumata görə 2 gün əvvəl, aprelin 27-də gecə saatlarında kəndin yaxınlığındakı açıq meşə ərazisinin 10 hektar sahəsində martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz tinglərinin hamısını traktor və digər texnikaların köməyilə şum edilərək yerinə qarğıdalı səpilmişdir. Gecə yarisi baş vermiş bu hadisə yerli sakinləri çox təəccübləndirmişdir. Baş vermiş cinayətlə bağlı yerli bələdiyyə və İcra hakimiyyəti nümayəndəliyinə müraciətlər edilsə də, onlar bildirmişlər ki, sözügedən ərazi Qəbvələ Regional Meşə Təsəsrrüfatı Mərkəzinə aiddir. Və tezliklə məlum olmuşdur ki, minlərlə yenicə əkilmiş qoz tinglərini şumladan şəxs elə Mollalı kənd sakini Məmmədov Rauf Qabil oğludur. O da öz növbəsində qoz bağını məhv edərək yerinə qarğıdalı əkdiyini onunla əsaslandırmışdır ki, mən bu yerdə əkin-biçin işləri aparmaq üçün 1-2 il əvvəl 14500 manat pul vermişəm. Doğrudan da, həmin mübahisəli ərazidə Raufun göstərişilə 10 ha sahədə 2022- və 2023-cü illərdə qarğıdalı becərilmişdir. Və maraqlıdır ki, heç bir icarə müqaviləsi, vergi ödəmədən, meşə idarəsindən soruşmadan öz dədə malı kimi bu torpaqladan istifadə etmişdi. Sakinlərin verdiyi məlumatdan məlum olmuşdur ki, keçən ilin payızında bu ərazidə qoz bağı salınması zamanı məşhur iş adamı Hacı İbrahım Nehrəmli kimi tanınan sahibkar əraziyə gələrək xəbərdar etmişdir ki, burada qoz bağı əkməyin. Sonra isə çıxıb getmişdir. Veilən məlumatdan o da aydın olmuşdur ki, İbrahim Nehrəmli Oğuz rayonunda fiziki şəxslərdən də pay torpaqlarını alıb bir sıra istehsal müəssisələri yaratmaq istəyir. Onun bu işinə bir söz demək olmaz.
Amma dövlətə məxsus 10 ha meşə fondu ərazisində özbaşnalıq edərək qarğıdalı əkməsi, sonradan isə ərazidə dövlətin ayırdığı on min manatlar hesabına vəsaitləri hesabına salınmış qoz tinglərinin hamısını ağır texnikaların altına salıb vəghşicəsinə məhv edilməsinə göstəriş verilməsi aksioma olaraq törədilmiş ağır cinayət hesab olunur. Yəqin ki, Rauf Məmmədov da onun adamıdır və onun göstərişləri əsasında özbaşnalıqlar edir. Özü də yerli camaatın qarşısına çıxaraq bəyan edir ki, bu əraziyə görə 14500 manat pul verib almışam. Kimə verib, nə vaxt verib, hansı müqaviləni imzalayıb onu demir. Sanki özünü bazardakı kimi hiss edərək özbaşnalıq edir və bütün kənd camaatına bəyan edir ki, biz heç kimdən qorxmuruq, yaxşı edirik, kimsə bizə mane ola bilməz. Bəli, əgər yerli və respublika səviyyəli hüquq-mühafizə orqanları 2 gün əvvəl gecə saatlarında baş vermiş cinayət hadisəsinə hüquqi qiymət vermək iqtidarında olmasa Rauf Qabil oğlu Məmmədovun çıxışlarına haqq qazandırmaq olar. İndi isə söz hüquq-mühafizə orqanlarınındır. Biz də media orqanı olaraq nəticələri izləyirik.
İndi də atını Oğuzda “çapmağa” başlayan Hacı İbrahim Nehrəmlinin fəaliyyətinə qısa nəzər salaq:
Hacı İbarhim Nehrəmli o adamdır ki, özü və qardaşlarının bu ölkənin başına gətirdikləri azmış kimi, bir də zaman-zaman xoruz banı eşitməmiş bəyanatlarla ictimaiyyəti ələ salmaları, sözün həqiqi mənasında, həmişə heyrət doğurmuşdur. Diaspora Mərkəzindən tutmuş, “Xəzər adaları”na qədər qədər genişşaxəli bir çox mənimsəmə, vergi öhdəliklərindən yayınma hallarında adları hallanan İbrahimovlar susmaq və borclarını qaytarmaq yerinə, allı-güllü bəyanatlarla özlərinə həmişə haqq qazandırmağa çalışmışlar.
Azərbaycan adlı məmləkətdə yaşayan hər kəs məsələn, Beynəlxalq Bankdan 2012-ci ildən “Xəzər adaları” layihəsini həyata keçirmək adı altında 650 milyon manata qədər kredit alıb lakin sonradan təyinatı üzrə xərcləməməyin arxasında böyük himayədarlıqların dayandığını bilməmiş deyil.Bəs necə oldu ki, 2015-ci ildə ölkəni silkələyən bu boyda “Beynəlxalq Bankişi” həngaməsində məhz Hacı İbrahim daha böyük maxinasiyalarda ittiham edilsə də sonda “sudan quru” çıxa bildi?. Onun heç bir səmərəsi olmayan, özünün etirafına görə, təyyarədə birdən-birə beyninə gələn “Xəzər adaları” layihəsi çərçivəsində 1 milyard dollardan çox vəsaiti sulara axıtdığı ortaya çıxmışdı. Dəfələrlə “Beynəlxalq bank” işinə görə bankdan götürdüyü 650 milyon manat maxinasiyaya görə hüquq mühafizə orqanlarına çağırılan və 2 dəfə qısamüddətli saxlanılan Hacı İbrahim daha sonra “Xəzər Adaları”nı götürdüyü yüksək məbləğdə olan kredit əvəzinə 5 mərtəbədən ibarət olan quru karkas divarları “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə sırıyaraq, məsuliyyətdən yaxa qurtarmışdı. Cahangir Hacıyev isə belə kreditləri Maliyyə Nazirliyinin razılığı əsasında H.İbrahimlinin “Xəzər adaları” layihəsinə verdiyinə, daha doğrusu Hacının yuxarıda oturan “qoruyucu mələk”lərinin sifarişi əsasında verdityinə görə 17 il həbs cəzasına məhkum edilmişdir. Halbuki, həmin layihənin tam səmərəsiz olduğu əvvəlcədn də orta məktəb şagirdlərinə də bəlli idi və bir çox ekspertlər tərəfindən bu fakt etiraf edilib. Məsələn, iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu layihənin yeri, məkanı ilk gündən doğru seçilməyibmiş: “Ona görə də ”Xəzər adaları”nın yaşayış yeri kimi götürülməsi problemlidir. Dənizdə daim rütubət var, sahildə sement və digər çoxsaylı zavodlar var. Yəni daimi yaşayış üçün o qədər də əlverişli deyil. Xəzər adaları” Bakının 25 kilometrliyindədir. Bu baxımdan əyləncə mərkəzi kimi fəaliyyəti effektiv ola bilər”.
650 milyon manat kreditin əvəzinə ASK-ya verilmiş“Xəzər adaları”nın yarımçıq tikilisi
“Xəzər adaları”nda inşa edilən 5 hündürmərtəbəli yaşayış binalarının əyləncə mərkəzinə çevrilməsinin çətinliyindən ona xərclənən pulların ölkə iqtisadiyyatı üçün itki olduğu sirr deyil. Deməli, bu mənasız layihənin səhmləri dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası”na verilməsi Hacı İbrahimə göstərilmiş ən böyük diqqətidir. Eynilə 10 il Diaspora Komitəsinə rəhbərlik etdiyi halda bu sahəyə ayrılan vəsaiti təyinatı üzrə xərcləməyən Nazim İbrahimov da məsuliyyətə cəlb olunmadığına görə qabaqgəlmişdik edərək “dövlət qayğısısızlığından” şikayətlənə bilməz.
Hacı İbrahimovun bir qardaşı Diaspora Mərkəzindən sırf dövlət əmlakını təyinatı üzrə xərcləməməkdə, dolayısıyla mənimsəməkdə ittiham olunaraq vəzifəsindən azad edilmişdi. Həm də bunu sıravi bir reket jurnalisti yox, Azərbaycan Prezidentinin Aparat rəhbəri Ramiz Mehdiyev irəli sürmüşdü. Xatırlayırsınızsa, Ramiz Mehdiyev 2018-ci il prezident seçkilərindən sonra Diaspora Komitəsinin sədri vəzifəsindən qovulan Nazim İbrahimovun “ixtisara düşməsinin” səbəbini bu cür əsaslandırmışdı:
“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
Daha sonra Ramiz Mehdiyev ittihamlarının ən xırda detallarına vararaq, qeyd etmişdi ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Bəli, biz İbrahimov qardaşlarından ikisinin cəmiyyətə məlum olan hərəkətləri barədə qısa arayış verməkdə məqsədimiz budur ki, indi Oğuz camaatı da yaxşı yaxşı düşünsün ki, belə bir xislətə malik olan və iş adamı kimi gəlib Oğuz rayonunda iş görmək adı altında qanunsuzluqlara, özbaşnalıqlara start verirsə, deməli, yerli insanların gələcəyinə ümid etmək çox çətin olacaqdır. Yəni əgər bu adam dövlət torpağında əkilmiş qoz bağını bir göstərişlə şumlatdırara məhv etməklə dövlətə açıq0-aşkar sayğısızlıq göstərirsə, vay sadə Oğuz sakinlərinin halına.
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu