Və yaxud, FETOçunun atası şəhid ailəsindən nə istəyir?
Oğuz rayonundan olan mənbənin verdiyi məlumatdan aydın olur ki, uzun müdət rayonda meşə sahə müdiri olmuş Umarov Bayram Əhməd oğlu işlədiyi müddətdə çoxsaylı ağacların kəsilib satılmasına görə dəfələrlə cərimələnmiş və çox təəsüflər olsun ki, bu günə qədər dövlətin nəfinə 1 qəpik də olsun təbiətə vurduğu zərəri ödəməmişdir. Doğrudur, bir dəfə kütləvi meşə kəsintisinə görə 3 il məhkumluq həyatı da yaşamışdır. Lakin bu ona dərs olmamış və törətdiyi qanunsuz hərəkətlərdən nəticə çıxarmamışdır. Bu adamın digər qanunpozuntusu ondan ibarətdir ki, Oğuz rayonunda 10 saylı meşə dolayında doğma qardaşı Umarov Asim Əhməd oğlu ilə birləşərək 5 ha meşə ərazisini zəbt edərək 4 ildir ki, taxıl əkib bizneslə məşğul olur. Zəbt etdiyi meşə ərazisinin kənarını isə 300 m uzunluğunda qanunsuz olaraq kanalladaraq buranı bağ kimi istifadə edir. Halbuki qanunvericiliyə görə meşəkənarını özbaşına kallatmaq yolverilməz hesab olunur və hər metr üçün 89 manat cərimə nəzərdə tutulur. Çox təəssüf ki, bu günədək ETSN 7 saylı Ekologiya İdarəsi meşəkənarının qanunsuz kanallanması ilə bağlı cərimə aktı tərtib edilməmişdir. Belə özbaşnalığa qarşı yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra meşə fondu ərazisinin boşaldılması Bayram Umarovdan tələb olunsa da o bu xəbərdarlıqlara məhəl qoymamışdır. Son məlumata görə isə ETSN Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 5 ha qanunsuz meşə ərazisinin zəbt edilərək istifadə edilməsinin qarşısının alınması barədə rayon Prokurorluğuna tədbir görülməsi üçün rəsmi məktub göndərilmişdir. Bu məsələdən sonra B.Umarov Oğuz meşələrində sanitar qırılma sahələrində nəzərdə tutulan xəstə və quru ağacların kəsintisi işləri aparmaq üçün tender qalibləri olmuş kiçik sahibkarlar tərəfindən qanuni şəkildə kəsintisini həyata keçirməyə maneçilik törədir. Belə ki, onun yuxarı orqanlara bu barədə günaşırı göndərdiyi teleqranmlardan sonra qırılma üçün nəzərdə tutulan sahələrdə iş dayandırılır və Bakıdan təşrif buyuran araşdırma komissiyaları gəlib vaxt itirməklə məşğul olur və hər bir hərəkətin qaydada olduğunu rəsmiləşdirərək geri qayıdırlar. Budur, sentyabrın 12-də Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Bayram Umarovun Daxili İşlər Nazirliyinə meşədə ağac kəsimi ilə bağlı göndərdiyi növbəti teleqramını yerində araşdırmışlar. Məlum olmuşdur ki, meşədən kəsilən 5 kub xəstə ağaclar doğranaraq şəhid ailəsinə verilmişdir. Araşdırma aparan polislər yalnız oduncağa yarayan ağac qırıntılarını görüb şəhid ailəsindən üzrxahlıq edərək geri qayıtmışlar. Bəs respublikanın direktiv orqanlarını özünün yersiz və əsassız teleqramlarıilə təngə gətirmiş Umarov Bayram şəhid ailəsinin məhləsinə göndərilən 5 kub oduncağa görə azca da olsa xəcalət hissi keçirdimi? Əsla, çünki bu adamın sağlam iki oğulu var. Və heç biri öz vətəndaşlıq borcunu yerinə yetirməmiş və hərbi xidmətə getməmişlər. Oğullarından biri isə Türkiyədə FETO təşkilatının xüsusi məktəbini oxuyub Azərbaycana geri qayıtmışdır. Ona görə ki, 2015- ci il FETO-nun Türkiyədə hərbi çevrilişi baş tutmamışdır. İndi belə bir oğlu olan adam utanmadan şəhid ailəsinə kömək məqsədilə verilən azacıq odun məsələsinə görə DİN-nə utanmadan teleqram vurur.
Digər etibarlı mənbənin verdiyi məlumata görə meşə təsərrüfatından işdən çıxarılandan sonra Umarovun psixikasında ciddi problemlər yaşanmaqdadır. Və o vaxtilə vəzifə səlahiyyətlərindən süi-istifadə edərək əldə etdiyi qazanc yolunu indi də rayonda onu bunu şantaj etməklə iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışır. Belə ki, Oğuz meşəbəyliyində meşə gözətçisi işləyən Şəfiyev Vüqara hər dəfə bir bəhanə ilə hədə-qorxu gələrək ondan vaxtı vaxtında pul qoparır. Mənbə onu da bildirdi ki, V.Şəfiyev bunu özü də istənilən yerdə təsdiq edə bilər. Yazıq demək olar ki, aldığı halal maaşını evinə çatdırmaq ona nəsib olmur. O da işini itirməmək xatirinə vaxtilə müdiri olduğu Bayramın şərindən uzaq olmaq üçün onunla hesablaşmaq zorunda qalır.
Hesab edirik ki, Oğuz rayon camaatının boğazında kal armud kimi ilişib qalmış Umarov Bayramla bağlı yerli hüquq-mühafizə orqanları nəhayət araşdırma aparmaqla ciddi tədbirlərini görməlidirlər.
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu