Və yaxud, İbrahim Nehrəmli özünü cəzasızlıq mühitində hiss edəndə ...
Cari ilin 3 iyul tarixli sayımızda "PROKURORUN DİZLƏRİ ƏSƏNDƏ, CİNAYƏT CƏZASIZ QALAR" başlıqlı araşdırma yazısını ictimaiyyətə təqdim etdikdən sonra dövlət meşə fondunda baş vermiş ekoloji cinayətə hüquqi qiymətin verilməsi üçün əlimizdə olan video, foto və Oğuz rayon İcra Hakimiyyəti Aparatı tərəfindən təqdim edilmiş arayışa istinad etməklə aidiyyatı yuxarı orqanlararəsmən göndərmişdik. Aradan 65 gün keçməsinə baxmayaraq Oğuz rayon prokurorluğunda aparılan araşdırma hansısa bizə məlum olmayan səbəblərdən qəfil olaraq dayandırılmışdır. Qəbul edilən qərarla bağlı da redaksiyamıza heç bir məlumat daxil olmamışdır. Ona görə də biz mətbu orqan olaraq məsləni təkrar olaraq yenə yuxarı orqanların diqqətinə çatdırdıq. Bizdə olan məlumata görə Oğuz rayonun Mollalı kəndində kənd sakini Qabilin oğlu Rauf tərəfindən törədilən cinayət işinin istintaqının necə aparılması ilə yaxından tanış olmaq üçün Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir əməkdaşı iyulun axırlarında Oğuz rayon Prokurorluğuna və Mollalı kəndinə gələrək baş vermiş cinayət faktı ilə yerində tanış olmuşdur. Biz də öz növbəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekoloji Təhlükəsizlik İdarəsinin rəisi cənab Anar Süleymanovla avqustun 13-də görüşüb məsləni geniş müzakirə etdik. Anar müəllim idarəyə yenicə təyin olunduğunu və 6 ha meşə fondu ərazisində əkilmiş 16667 ədəd meşə cinsli ağac tinginlərin vəhşicəsinə şumlanaraq yerində qarşıdalı bitkisi əkilməsilə bağlı törədilən cinayət əməli ilə bağlı İdarənin inspektorları tərəfindən yazılmış 6060 manat cərimə aktının nə dərəcədə qanunvericiliyə uyğun olması barədə, həmin meşə ərazisinin kənarının özbaşına kanallanması və buna görə Nazirlər Kabinetinin qərarı əsasında hər metrə görə 89 manat cərimənin yazımaması və məsələyə səhlənkar yanaşılmasının dövlət maraqlarına xidmət edilməməsi, əksinə cinayətkar dəstənin məsuliyyətdən qurtarması üçün lazım olan dəstəyin verilməsi anlamına gəlinməsi müzakirə edilmişdir. Doğrudur, Anar Süleymanov baş vermiş hadisə ilə bağlı dərhal məlumat aldıqdan sonra bildirmişdir ki, tərəfimizdən bu məslə ilə bağlı Baş Prokurorluğa məktub və sənədlər göndərilmişdir. Lakin nədənsə araşdırmanın nəticəsi hələlik onlara məlum deyildir. O qeyd etdi ki, biz yenidən Baş prokurorluq qarşısında bu məsləni təkrar qaldırmaq üçün rəsmi müraciət edəcəyik. Biz də öz növbəmizdə tövsiyə etdik ki, dpövlət büdcəsi hesabına əkilmiş 16667 ədəd 3 illik tingləri əmələ gəlməsi, onların əkilməsi, suvarılması, aqrotexniki qulluğun edilməsi, mühafizəsi və s. işlər üçün ən azı 130000 manat xərc çəkilməsi nəzərər alınaraq bu barədə real aktlar tərtib olunmalı, meşə kənarının tamamilə özbaşına kanllanması işinə görə isə hər metr üçün 89 manat cərimə yazılmaqla ( qazılan xəndəklər doldurulmaq şərtilə) ümumilikdə 3000 m -ə görə də cərimə hesablanaraq prokurorluğa təqdim edilməlidir. Xahiş edirik ki, qanunvericiliyin tələbləri daxilində cinayətkar ünsürlər layıq olduqları cəzalarını almaları üçün tələb olunan addımları atın. Bəli biz, Anar müəllimlə razılaşdıq.
Çox təəssüflər olsun ki, Anar müəllim aradan keçən 23 gün ərzində görüləcək tədbirlər barəsində telefon əlaqəsi saxlayaraq məlumat verəcəyini söz versə də, hansısa bizə məlum olmayan səbəblərdən bunu etməmişdir. Bizə isə artıq məlum olmuşdur ki, Oğuz rayonun Mollalı kəndi ərazisindəki 10 ha meşə fondu ərazisində 16667 ədəd meşə cinsli ağacların məhv edilərək yerində qarğıdalı plantasiyası salmaq üçün investisiya ayıran Hacı İbrahim Nehrəmli adlı məşhur iş adamı Oğuz rayon Prokurorluğunda "məsələni həll" etmişdir. Doğryudur, bundan sonra həm əraziyə baxış keçirən və həm də Oğuz rayon Prokurorluğuna təşrif buyuran Korrupsiya idarəsinin idarə prokuroru hansı nəticəyə gəlməsi barədə məlumatlı olmasaq da, hələlik bizə o məlumdur ki, ETSN 7 saylıEkologiya İdarəsinin müdirinin də Oğuz rayon Prokuroru kimi Hacı İbrahim Nehrəmlinin adını eşidər eşitməz dizləri əsməyə başlayıb və qanunvericiliyin tələblərini həyata keçirməyə cürəti çatmamışdır. O zaman biz də nazir cənab Muxtar Babayevdən xahiş edirik ki, Moskvadanxüssusi dəvət edib gətirdiyi və nazirliyin daxili audit və nəzarət şöbəsinə müdir təyin etdiyi Elman adlı FSB polkovnikini Oğuz rayonun Mollalı kəndinə ezamiyyətə göndərsin ki, COP 29 tədbiri ərəfəsində baş vermiş total ekoloji cinayət faktını yerində araşdırıb Baş Prokurorluğa təqdimat məktubu hazırlasın.
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən də xahişimiz budur ki, Oğuz rayon Prokurorluğunda ört basdır edilmiş cinayət işinin istintaqının yenidən aparılması Şəki rayon Prokurorluğuna həvalə edilsin. Bəlkə peşəkar prokuror cənab Mehman Kişiyev baş vermiş cinayətə hüquqi qiymətin verilməsinə nail oldu.
Milyardı "Xəzər adaları"nda batıran Hacı İbrahim Nehrəmli
Bir daha xatırladaq ki, Aprelin 29-u və mayın 5-i tarixli saylarımızda aprelin Oğuz rayonun Mollalı kəndinin Bələdiyyə meşə fondundakı ərazinin 10 hektar sahəsində, payızda və cari ilin martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz, ağcaqayın, lapan tinglərinin hamısını traktorların köməyilə şum edilərək yerinə qarğıdalı səpilməsindən bəhs edilmişdir. O da məlum olmuşdur ki, aprelin 27-də, gecə yarisi baş vermiş bu hadisəni törədən elə həmin kəndin sakini, özünü sahibkar hesab edən Məmmədov Rauf Qabil oğlu olmuşdur. Verilən məlumatdan məlum olmuşdur ki, Rauf məşhur iş adamı olan Hacı İbrahim Nehrəmlinin oğlu ilə dostluq əlaqələrindən süi-istifadə edərək yaşadığı ərazidə geniş biznes işləri görmək üçün biznes layihələr həyata keçirməyə başlamışdır. Əvvəlcə 2022-ci və 2023-cü illərdə Mollalı kənd bələdiyyə meşə ərazisində 10 ha açıq meşə ərazisini maklerlər vasitəsilə zəbt edərək qarğadalı bitkisi yetişdirməklə məşğul olmuşdur.Yəni, qanunsuz olaraq bu ərazidə 2022 və 2023-cü illərdə qarğıdalı bitkisi əkmişdir.
2023-cü ilin payızında və cari ilin yazında həmin ərazidə Ekologiya Nazirliyinin göstərişi ilə qoz, lapan, ağcaqayın ting ağacları əkilərək meşəbərpa layihəsi həyata keçirilmişdir. Elə bu zaman Hacı İbrahim əraziyə gələrək meşə işçilərinə xəbərdarlıq edərək bildirmişdir ki, bu ərazidə ağac tingləri əkməsinlər. Lakin biznesmenin xəbərdarlığını ETSN işçiləri ciddiyə almamışlar. Cari ilin aprelin 27-də gecə saat 3-dən səhər saat 8-dək iki ədəd təkərli T-80 markalı traktorla ( dövlət nömrə nişanı 20 AB 576 və 48 TT171 olan ) 10 ha meşə sahəsini şum edərək əkilmiş ağacların hamısını məhv edərək dövlətə külli-miqdarda ( ən azı 150 min manat) ziyan vurmaqla ekoloji cinayət törətmişlər.
Mollalı kənd bələdiyyə meşəsini şumlayan 48TT 171 nömrəli T-80 markalı traktor
Oğuz Rayon İcra Hakimiyyətinin sosial şbəkə üzərindən baş vermiş hadisə ilə bağlı rəsmi arayışında qeyd edilir: ! “Qeyd olunan hadisə ilə əlaqədar olaraq 15 saylı RMTM məlumatına əsasən bildiririk ki, 15 saylı RMTM-nin Xaçmaz meşəbəyliyinin 11 saylı meşə dolayının kvartal 95 bölmə 5. 6 da plan proqnoza uyğun olaraq 2024-cu ilin yaz mövsümündə 10 hektar sahədə 3x1m sxemində 33330 ədəd ağcaqayın və göyrüc tingləri əkilmişdir.
Qeyd edilən 10 ha meşə əkininin 5 hektarını Oğuz rayon Mollalı kənd sakini Məmmədov Rauf Qalıb oğlu 27-28 aprel 2024-cü il tarixdə gecə vaxtlarında şumlamış nəticədə 16667 ədəd ağcaqayın cinsindən tingləri məhv etmiş və əraziyə qarğıdalı səpmişdir. Bu barədə 29.04.2024-cu il tarixdə Mərkəz tərəfindən 003395 nömrəli akt tərtib edilmiş, ərazinin şumlanması və 16665 ədəd tingin məhv edilməsinə görə Rauf Məmmədova 6071.45 manat ziyan hesablanmışdır.
Toplanılmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Oğuz Rayon Prokurorluğuna, Polis şöbəsinə və Meşələrin İnkişafı Xidmətinə göndərilmişdir.”
Mollalı kənd bələdiyyə meşəsini şumlayan 20 AB 576 nömrəli T-80 markalı traktor
Bəli, Oğuz İcra Hakimiyyətinin rəsmi arayışından da göründüyü kimi 10 ha meşə fondunda şumlanaraq məhv edilmiş 16665 ədəd ağac tinglərinin 5 ha-nı Məmmədov Rauf tərəfindən məhv edildiyi və cəmi ETSN-nin 7 saylı Ekologiya İdarəsi tərəfindən 6071 manat ziyan hesablanaraq cərimə aktı tərtib edildiyi bildirilir. Qalan 5 ha meşə tingliyinin kim tərəfindən məhv edilməsinə dair məsələ açıq qalır.( yəni faktiki olaraq H.Nehrəmliyə aid hissə araşdırılmır) Lakin R.Məmmədovun kənd sakinlərinə bildirdiyinə görə 10 ha-ın bir hissəsi ona, qalan hissəsi isə Hacı İbrahim Nehrəmliyə aid olduğu barədə məlumat vermişdir. Yəni, belə nəticəyə gəlirik ki, bu adamlar ortaq olaraq birlikdə qanunsuz olaraq dövlət meşə fondunu zəbt edərək qarğıdalı biznesi ilə məşğul olurlar.
Tinglik üzrə mütəxəssislərin verdiyi rəylərdən isə belə aydın olur ki, belə tingin 3 il ərzində ərsəyə gəlməsi üçün ən azı dövlətə 6-7 manata başa gəlir. Sonradan onun əraziyə köçürülməsi üçün şum və digər kultivasiya işlərinin görülməsi, gübrələnməsi, suvarılması, mühafizəsi, qulluq edilməsi, 3 m eni olan aralıqların ağac dibi üçün payız şumu edilməsi hamısı xərc tələb edir. Əgər 1 tingin hazırlanması və onun əkilməsi və qulluğu üçün ən azı dövlət büdcəsindən 8 manat sərf edilirsə bu elə təxminən ən azı 130000 manat xərc deməkdir. ETSN 7 saylı Ekologiya İdarəsi mütəxəssilərinin isə tərtib etdiyi akt əsasında R.Q.Məmmədov cəmi 60071 manat ziyan vuran kimi göstərilərək dövlət büdcəsinə dəymiş real zərərin ən azı 20 dəfə azaldılması kimi qeyd etmişlər. Bu da onu deməyə əsas verir ki, yerli işbazlarla 7 saylı Ekologiya idarəsi əməkdaşları və onlara ETSN səviyyəsində göstəriş verənlər əslində meşələrin məhvi hesabına qulluq mövqelərindən süi-istifadə edərək açıq aşkar cinayət törədərərk pul qazanmaqla məşğuldurlar. Dövlətin külli-miqdarda ziyana düşməsi isə məsuliyyətsiz işçilər üçün önəmli deyildir. Oğuz rayonundan verilən digər məlumatda isə qeyd edilir ki, Dövlət Əmlak Komitəsi yanında Oğuz rayon Torpaq və Kadastr İdarəsinin Rahim adlı işçisi sakinlərə bəyan etmişdir ki, mübahisələndirilən 10 ha ərazi pay torpağıdır və fiziki şəxslərə, az bir hissəsi də Bələdiyyə meşə fondu ərazisinə aiddir. O zaman təbii sual yaranır ki, madam ki, 10 ha ərazinin 90%-i pay torpaqlarıdırsa, o zaman Mollalı kənd camaatının son 28 ildə bundan niyə xəbəri olmayıb? Və niyə bircə nəfərə belə Torpağın Dövlət Aktı sənədi verilməyib? Yəni, Rahim müəllimin təcili surətdə ərazinin plan və ölçüsü haqında tələskənliklə bəyanat verməsi və sənəddə ənənəvi sürüşdürmə üsulu tətbiq edərək yeni sənəd ortalığa çıxarması onu təsdiq edir ki, torpaqşünas məmur da külli-miqdarda rüşvət alaraq belə bir iş görüb. Və bunun da açması budur ki, narazı qalan kənd sakinlərinin etirazlarının qarşısını almaq və işi rəsmi qaydada rüşvət hesabına öz məcrasına yönəltməkdir. Əksinə, br neçə ildir ki, H.Nehrəmli Mollalı və ətraf kəndlərdəki Qabilin oğlu kimilərdən istifadə edərək yerli camaatın pay torpaqlarını "su qiymətinə" almaqla özünə böyük bir plantasiya yaratmışdır. Sabiq nazir Əbülfəz Qarayev Qusar rayonunda etdiyi kimi Nehrəmli cənabları da bu metoddan istifadə etməklə kəndliləri öz əvvəlki torpağında günü 15 manat qul kimi işlətməklə onları təhkim edəcəkdir.
Hələ bu azmış kimi, son aldığımız məlumata görə Hacı Nehrəmlinin dəstəsi meşə fondunun 10 ha-lıq ərazisinin yolunu dəmir çəpərlə bərkitmiş, kimsənin əraziyə daxil olmasına imkan vermir, hətta ETSN işçilərini belə, digər tərəfdən isə 10 ha meşə ərazisi bütünlüklə kənarı mal-qaranın və digər kənar şəxslərin əraziyə daxil olmaması üçün 1.5 m dərinliyində kanal qazdırmışdır. ETSN Dövlət Ekoloji Təhlükəsizlik İdarəsinin rəisi cənab Hikmət Əlizadə də çox yaxşı bilir ki, əsasnaməyə və Nazirlər Kabinetinin meşələrin qorunması ilə bağlı məlum qərarına görə meşə fondu ərazisinin kənarını qazaraq kanal çəkmək olmaz. Bu meşə ağaclarının qurumasına səbəb olur. Bu səbəbdən də qanunsuz kanal çəkməyə görə əsasbnamədə hər metr üçün 89 manat cərimə nəzərdə tutulmuşdur. Belə olan halda bəs görəsən ETSN 7 saylı Ekologiya İdarəsi niyə 10 ha meşə ərazinin kənarnı qanunsuz kanal çəkən Hacı İbrahimlinin dəstəsini hər metrə görə 89 manatdan hesablayıb cərimə aktı yazmır. Çünki qorxur və qorxudan uydur. Ya da külli-miqdarda aldığı rüşvət hesabına göz yumur. Nəticədə dövlət mülkiyyətinə xəyanət edirlər. Necə ki, 16667 ədəd 3 illik ağac tinglərin məhv edilməsinə görə 90 dəfə aşağı qiymətlə yazdıqları formal AKTda göstərdikləri 6067 manat kimi.
Biz redaksiya olaraq soncu yazımızda qeyd etmişdik ki, dövlətə meydan oxuyan "meşə quldurları"nın aqibəti necə olacaq. Yəni, ETSN rəhbərliyi başda olmaqla, həm də Oğuz Rayon İcra Hakimiyyətinin rəsmi göstərişləri, həm də Baş Prokurorluğun birbaşa göstərişləri nəticəsində Oğuz rayonun Prokurorluğunun Oğuzun Mollalı kəndi yaxınlığında Bələdiyyə meşəsində əkilmiş 10 ha müxtəlif cinsli ağacların vəhşicəsinə məhv edilməsilə nəticələnən ekoloji cinayət hadisəsini necə araşdıracağı barədə ictimaiyyəti məlumatlandıracağımızı qeyd etmişdik.
Son aldığımız məlumatdan və son iki ayda redaksiyamıza Oğuz Rayon Prokurorluğundan qaldırdığımız dövlət və ictimai əhəmiyyət kəsb edən ekoloji cinayət hadisəsilə bağlı heç bir rəsmi arayış daxil olmamışdır. Və mənbəmizin verdiyi məlumata görə Oğuz Rayon Prokurorluğunda məslə araşdırmaya verilsə də hansısa bizə hələlik məlum olmayan səbəblərdən cinayət işinin başlanmasının rədd edilməsi barədə QƏRAR qəbul edilmişdir.
Bəli, təbii ki, biz də redaksiya olaraq Oğuz Rayon Prokurorluğunda Mollalı kəndi yaxınlığında dövlət meşə fondunda baş vrmiş və dövlət büdcəsinə 100000 manatdan artıq zərər dəymiş bir irimiqyaslı ekoloji cinayətin belə asanlıqla ört-basdır edilməsilə razılaşmırıq. Baş Prokuror cənab Kamran Əliyevə və ETSN naziri cənab Muxtar Babayevə müraciət edərək xahiş edirik ki, Oğuz rayonun Mollalı kəndi yaxınlığındakı meşə fondu torpağında əkilmiş 16667 ədəd ting ağacların məhv ediməsi və yerində qarğıdalı bitkisi əkilməsilə baş vermiş cinayət işinə Qəbələ rayon Prokurorluğunda yenidən araşdırlaraq hüquqi qiymət verilsin ki, hacı nehrəmlilərin bu əməlləri Azərbaycanın digər regionlarında davam etməsin. ETSN 7 saylı Ekologiya İdarəsinin mütəxəssiləri tərəfindən tərtib edilmiş saxta aktın ləğv edilərək qanuni əsaslarla dövlətə dəymiş real ziyanın hesablanması barədə peşəkar və vicdanlı mütəxəssilərə müraciət edilsin ki, cinayətlər ört-basdır edilməsin.
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu