Şəki rayonun Baş Göynük kənd sakinlərindən Məmmədov Aqil Sabir oğlu (Çernobıl veteranı) Məmməd Həmidov və digərlər 125 nəfər tərəfindən “Şin çayı” üzərindəki yararsız hala düşmüş körpünün yenidən qurulması və əsaslı təmiri” barədə yuxarı aidiyyatı orqanlara növbəti müraciətinin bir nüsxəsi də ifadetv.com-a daxil olduğuna görə olduğu kimi dəyərli oxucularımıza təqdim etməzdən qabaq bildirmək istəyirik ki, artıq sözügedən körpü dağılmaq və uçmaq təhlükəsində olsa da buradan avtomobillərin hərəkətini nədənsə dayandırmırlar. Gözləyirlər ki, hansısa sərnişin və ya yük avtomobili 17 m hündürlükdən çaya düşsün, faciə baş versinVə ondan sonra AAYDA-nın balansında olan körpü barədə qərar qəbul edilsin.Baxmayaraq ki, körpülərin və yolların saxlanması və təmiri üçün dövlət büdcəsindən illik bu dövlət qurumuna 300 milyon manat vəsait köçürülür. Belə yanaşmanı sadəcə məsuliyyətsizlik adlandırmaq olar.
Çoxhörmətli Prezident və Mehriban xanım!
Bir daha Sizlərə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, 2004-cü ildə şəxsi göstərişiniz sayəsində Azərbaycanın ən dağıdıcı dağ çayı hesab olunan “Şin çayı” üzərində uzunluğu 144 m olan körpü inşa etdirdiniz. Nəticədə 20000 insan bu körpüdən istifadə edir. Lakin çox təəssüf edirik ki, körpünün keyfiyyəti zəif olduğundan yarasız vəziyyətə düşmüşdür.
Doğrudur biz bu barədə 4 iyul 2019-cu ildə Sizlərə ünvanladığımız müraciətdən dərhal sonra AAYDA-NIN Şəki Yol İstismar İdarəsi əməkdaşları və yerli Bələdiyyə işçilərilə birlikdə gəlib yerində baxış keçirdilər. Və mütəxəssilər də təsdiq etdilər ki, körpü əsaslı təmir edilməlidvə ir.
2020-ci ildə Rayon Yol İstismar İdarəsi yalnız körpünün üst qatını asfaltlayıb, yerli bələdiyyə isə körpünün görünən hissəsinin dəmir konstruksiyasının rəngləbnməsini həyata keçirməklə işlərini bitmiş hesab etdilər. Bu gün 17 metr hüdürlüyü olan bu körpünün tikintisi zamanı nazik divarlı dəmir təbəqədən istifadə etmələri və keçən 19 il ərzində AAYDA tərəfindən heç bir əsaslı təmir işləri aparılmaması istənilən anda faciəyə səbəb ola bilər.
Ona görə də Sizdən bir daha çox xahiş edirik “Şin çayı” üzərindəki körpünün yenidən qurulması və əsaslı təmiri üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
QEYD: Xatırladaq ki, 04 iyul 2019-cu ildə Şəki RİH-də Prezident Administrasiyasının zona üzrə kuratoru ilə vətəndaşların keçirdiyi görüşdə “Şin çayı” üzərindəki körpünün yararsız olması və əsaslı təmir edilməsinin cənab Prezidentə çatdırılması da xahiş edilmişdir.
İmzalar: Məmməd Həmidov A.S.Məmmədov ( Çernobıl əlili )
Tarix: 12 mart 2023-cu il.
[spoiler][/spoiler]