Son günlər hüquq-mühafizə orqanları tərəfindən İsmayıllı və Masallı rayon ərazilərində meşələri sifarişlə məhv edən dəstə üzvləri barədə cinayət işinin başlanması haqqında redaksiyamıza məlumat verilmişdir. Belə ki, İsmayıllı və bu rayonun şimal ərazisində yerləşən "Şahdağ" Milli Parkı ərazisindən çoxsaylı meşə cinsli ağacların kəsilib satılması barədə yerli mənbələrdən aldığımız məlumatlardan sonra polis tərəfindən 13 nəfərlik mütəşəkkil dəstə cinayət hadisəsini törədən zaman yaxalanaraq müvəqqəti saxlanılmışlar. Eləcə də Masallı rayon meşələrinə sərbəst surətdə divan tutan 15 nəfərlik "meşə quldurları" ifşa olunaraq məsuliyyətə cəlb edilmişlər. Hər iki dəstə barəsində Cinayət Məcəlləsinin müvafiq madələri üzrə cinayət işlərinin başlandığı bildirlir.
Hazırda aparılan istintaq zamanı ETSN 6 saylı Dövlət Ekologiya İdarəsinin müdiri Namiq Yusifov və İsmayıllı Regional Meşə Təsərrüfatının özündənrazı, və "pensioner komissar" müdiri Quliyev Rəsulun çox sərbəst surətdə meşələrimizi məhv edən mütəşəkkil dəstə olan "meşə quldurları" ilə əlaqələrinin olub olmaması araşdırılır. Son məlumata görə ETSN 11 saylı Ekologiya İdarəsi rəisi Nəsimi Nəsibov baş verən hadisələrdən pərişan olmuş və məsləni var gücü ilə ört-basdır edəcəyəini işçilərinə bildirməklə idarədə "ciddi rejim" elan etmişdir.
Bizi izləyin
İFADETV.COM