VƏ YAXUD NAZİR MUXTAR BABAYEV TƏBİİ SƏRVƏTLƏRİMİZİ QORUMAQ İQTİDARINDA DEYİLDİR
Xəbər verdiyimiz kimi cari ilin aprelin əvvəlində Qəbələ rayonun Nic kəndinin Bələdiyyə meşə fondunda yenə kütləvi ağac kəsintilərilə müşayət olunan yaşıl soyqrımın törədildiyini bildirmişdik. Yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra, yəni martın 20-də ETSN-nin Audit şöbəsinin əməkdaşı Nic kəndinə gələrək ağac kəsintilərilə bağlı faktları yerində araşdırmaya başlamışdır. Yerli sakinlərin köməkliyilə kəsilən kütləvi ağacların yeri qonağa göstərilmişdir. Məlumatlı mənbə onu da bildirmişdir ki, hələlik kəsilən ağaclara görə auditin əməkdaşı 58000 manat cərimə aktı tərtib etsə də, ( yəni hər bir kəsilən ağaca görə 1000 manat cərimə nəzərdə tutlur)nədənsə o vaxtı üzə çıxarmaq istəməmişlər. Kütləvi kəsintini törədən Qəbələ rayon Qum qəsəbə sakini və Mıxlı Qovaq kənd sakini tapılaraq dindirilmiş və onlar etiraf etmişlər ki, çoxsaylı ağac kəsintilərinə görə ETSN 6 saylı Ekologiya İdarəsinin işçisi –nəzarətçisi olan Əfqana pul vermişlər. Onlar pul müqabilində bu kəsintiləri etdiklərini etiraf etmişlər. Bu gün yerli sakinləri narahat edən budur ki, niyə ETSN –dən gəlmiş audit əməkdaşı faktları gizlədərək nəticə barədə onlara heçnə deməmişdir. Elə ona görə də biz də Bakıdan mayın 15-də sakinlərin qeyd etdikləri yerə gəlib baxışkeçirdik və baş vermiş kütləvi ağac kəsintisini videoya alaraq youtube kanalımızda yerləşdirdik.
Bəli, aprelin 25-də yenə də Qəbələnin Nic kəndindəki mənbəmizin verdiyi məlumatdan aydın olur ki, 1 ay əvvəl, yəni martın 25-də (hadisədən 1 həftə sonra) ETSN-nin audit şöbəsindən bu kəndin bələdiyyə fonduna daxil olan meşə ərazisində kütləvi kəsilən ağaclarla bağlı aparılan yoxlamalar nəinki ört-basdır edilmiş, əksinə yenə də Qəbələnin Mıxklı-Qovaq və Bum kənd sakinləri olan iki “meşə qulduru” yerdə qalan ağacları da kəsməklə məşğul olmuş və həmin meşə ərazisindəki qalan ağacların da axırına çıxmışlar.
Sağ olsunlar yerli camaatı ki, vicdanları susmamış və baş verməkdə davam edən cinayətlə bağlı Daxili İşlər Nazirliyinə məlumatlar vermişlər. 2 gün öncə DİN-nin əməkdaşları da Bakıdan Nic kəndinə gələrək təkcə bir ərazi üzrə 58 ədəd müxtəlif diametrli meşə cinsli ağacların kəsintisini aşkarlamış və kəsintini icra edənləri yaxalamışlar. Və kənd sakinlərinə bir daha aydın olmuşdur ki, Ekologiya Nazirliyinin ən etibar edilən Audit şöbəsinin əməkdaşı 2 ay əvvəl həmin ərazidə qanunsuz kəsilən çoxsaylı ağaclara görə 58000 manat cərimə aktı yazıb tərtib etsə də, sonradan həmin sənədləşmə öz rəsmi statusunu necə olubsa ala bilməmişdir. Daha doğrusu, cinayət faktları hansısa maraqlardan gizlədilmiş- ört –basdır edilmişdir. Necə deyərlər, “Əl əli yuyar, əl də qayıdıb murdar üzü”.
Bəli, biz 6 aprel tarixli, “Cənab nazir, 6 saylı Ekologiya İdarəsinin “meşə quldurları” ilə gizli iş birliyinə son qoyulmalıdır! “ başlıqlı araşdırma məqaləmizdə də vurğulamışdıq ki, ağacları kəsən iki meşə qulduru etiraf etmişlər ki, ağac kəsintilərindən əvvəl yerli ekologiya İdarəsinin nəzarətçisi Əfqana pul vermişik. Bəli, 2 gün əvvəl də yenə həmin meşə quldurları tək bir ərazi üzrə bu dəfə 58 müxtəlif diametrli ağacları günün günorta vaxtı Yerli Ekologiya İdarəsinin “xüsusi razılığı” əsasında, sakinləri gözü qabağında məhv etmişlər. Deməli, 20 gün əvvəl yazdığımızdan bir daha nəticə çıxarır və əmin oluruq ki, ETSN 6 saylı Ekologiya İdarəsi rəhbərliyi “meşə quldurları” ilə gizli iş birliyinə gedərək regiondakı meşələrdəki təbii sərvətlərimizi tamamilə məhv etmək hesabına çoxlu pul qazanaraq evdə arvad-uşaq saxlamaq qərarına gəliblər.
Bəli, istər Azərbaycanın digər regionlarındakütləvi qırılan çoxsaylı ağaclarla bağlı, istərsə də hazırda Qəbələnin Nic kənd Bələdiyyəsinə məxsus meşə fondunda baş vermiş və hələ də cərimə aktı yazılıb icraata yönəlməyən və hüquqi qiymətini indiyədək almayan ekoloji terrorla bağlı cənab nazir Muxtar Babayevi dəfələrlə xəbərdar etmiş və təbii sərvətlərimizin qorunmasıilə bağlı tədbirlər görməsini xahiş etmişik. Budur, biz də zəhmət çəkib Nic kəndinə gəldik və faktların doğruluğunun bird aha şahidi olduq.
Cənab nazir Muxtar Babayev. Bu il Azərbaycan COP 29-a ev sahibliyi edir. Və Siz də bu beynəlxalq tədbirə rəhbər təyin olunmusunuz. Dünyanın 160-dan çox ölkə rəhbərləri bu tədbirə qatılacaqlar. Bu arada təbii sual yaranır. Axı Siz, cənab nazir öz “EVİNİZ!”də ekologiyanı etibar etdiyiniz işçilərinizlə qorumaq əvəzinə onu məhv edirsinizsə, tədbirlər zamanı mərasimə qatılan dövlət başçılarının gözlərinin içinə baxa baxa hansı ekologiyanın qorunmasının vacibliyi haqqında danışacaqsınız?
Odur ki, Biz bird aha Qəbələ rayonun azsaylı xalqlradan olan udin sakinlərinin yaşadığı Nic kəndinin içində törədilən ekoloji cinayətlərin – kütləvi meşə cinsli ağacların kəsintisi ilə müşayət edilən vəhşiliyin dərhal araşdırılmasını və üzə çıxarılaraq barələrində təxirəsalınmaz tədbirlər görülməsini və turistik zonada ağac kəsintisinə son qoyulmasını aidiyyatı üzrə yerli və respublika prokurorluğu rəhbərliyinin birbaşa ekoloji cinayətlərin dərhal dayandırılması və lazımi tədbirlərin görülməsini tələb edirik.
P.S. Maraqlı burasıdır ki, mart ayının ortalarında kütləvi məhv edilən meşə cinsli ağacların kəsilmiş kötüklərində bir dənə də olsun ki, ETSN əməkdaşları tərəfindən cərimə yazılması üçün qeydə alınan çəkic damğasının izinə rast gəlmədik. Əksinə, ETSN işçiləri bildirilər ki, biz ağcları kütləvi kəsən adamların kimliyini bilmirik ki, ona da cərimə yazaq. Biz də deyirik ki, bu iki adam Qəbələ rayonun Bum və Mıxlıqovaq kənd sakinləri olublar. Nic kəndinin sakinləri də onları görüblər.Bu da onu bir daha sübut edir ki, meşə quldurları ilə ETSN əməkdaşları gizli sövdələşəib bu cinayəti törədiblər və ortaqdırlar. İndi söz Qəbələ rayon Prokuroluğunundur. Bizi izləyin ki, nəticəsindən məlumatınız olsun.
İfadetv.com-un araşdırma qrupu