Və yaxud, HACI İBRAHİM NEHRƏMLİ QANUNLARA NECƏ MEYDAN OXUYUR
Aprelin 29-u və mayın 5-i tarixli saylarımızda aprelin Oğuz rayonun Mollalı kəndinin Bələdiyyə meşə fondundakı ərazinin 10 hektar sahəsində, payızda və cari ilin martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz, ağcaqayın tinglərinin hamısını traktor və digər texnikaların köməyilə şum edilərək yerinə qarğıdalı səpilməsindən bəhs edilmişdir. O da məlum olmuşdur ki, aprelin 27-də, gecə yarisi baş vermiş bu hadisəni törədən elə həmin kəndin sakini, özünü sahibkar hesab edən Məmmədov Rauf Qabil oğlu olmuşdur. Verilən məlumatdan məlum olmuşdur ki, Rauf məşhur iş adamı olan Hacı İbrahim Nehrəmlinin oğlu ilə dostluq əlaqələrindən istifadə edərək yaşadığı ərazidə geniş biznes işləri görmək üçün biznes layihələr həyata keçirməyə başlamışdır. Əvvəlcə 2022-ci və 2023-cü illərdə Mollalı kənd bələdiyyə meşə ərazisində 10 ha açıq meşə ərazisini maklerlər vasitəsilə zəbt edərək qarğadalı bitkisi yetişdirməklə məşğul olmuşdur.
2023-cü ilin payızında və cari ilin yazında həmin ərazidə Ekologiya Nazirliyinin göstərişi ilə qoz, lapan, ağcaqayın ağacları əkilərək meşəbərpa layihəsi həyata keçirilmişdir. Elə bu zaman Hacı İbrahim əraziyə gələrək meşə işçilərinə xəbərdarlıq edərək bildirmişdir ki, bu ərazidə ağac tingləri əkməsinlər. Lakin biznesmenin xəbərdarlığını ETSN işçiləri ciddiyə almamışlar. Cari ilin aprelin 27-də gecə saat 3-dən səhər saat 8-dək iki ədəd təkərli T-80 markalı traktorla ( dövlət nömrə nişanı 20 AB 576 və 48 TT171 olan ) 10 ha meşə sahəsini şum edərək əkilmiş ağacların hamısını məhv edərək dövlətə külli-miqdarda ziyan vurmaqla ekoloji cinayət törətmişlər.
Mollalı kənd bələdiyyə meşəsini şumlayan 48TT 171 nömrəli T-80 markalı traktor
Biz mətbu orqan olaraq dövlət vəsaitləri hesabına sözügedən ərazidə salınmış qoz bağının şumlanaraq məhv edilməsi cinayətinə dərhal hüquqi qiymətin verilməsi üçün aidiyyatı yuxarı orqanlara müraciətlər etdik. Və xəbərdarlıq etdik ki, yaxın günlərdə əraziyə gələrək çəkiliş aparacağıq. Biz mayın 11-də Oğuz rayon Mollalı kəndinə gəldiyimiz zaman məlum oldu ki, H.İbrahimin meşəni məhv etdirərək qarğıdalı əkdiyi meşə sahəsinin giriş yolu dəmir hisələrlə bərkidilərək bağlanmışdır və heç kim əraziyə buraxılmır. Hətta ETSN işçiləri belə. Bəli qadağan olunmuş zonaya girə bilməsək də yerli sakinlərin cinayət baş verən zaman hadisəni lentə alan materialları əldə edib geri qayıtmağa məcbur olduq.
Son aldığımız məlumatda bildirlir ki, Hacı İbrahim mayın 12-də Molallı kəndi yaxınlığındakı əkdirdiyi əraziyə gələrək Raufla görüşmüş və gələcək planlarını müzakirə etmişlər. Hacı İbrahim bizim media vasitəsilə məsləni ictimailəşdirməyimizdən azacıq narahat olduğnu bildirmiş və Bakıya qayıtmışdır.
Mollalı kənd bələdiyyə meşəsini şumlayan 20 AB 576 nömrəli T-80 markalı traktor
Xatırlatmaq yerinə düşər ki, bu həmin Hacı İbrahim Nehrəmlidir ki, "Xəzər adaları” layihəsinin müəlli kimi 2012-ci ildə Beynəlxalq Bankdan bu layihənin icrası üçün götürdüyü 800 milyon manat krediti qaytarmaq əvəzinə özünün də 2019-cu ildə bəyan etmişdir ki, "Xəzər adaları” layihəsini Beynəlxalq Banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışlayıb. O, ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbacan Sənaye Korporasiyasına verildiyini təsdiqləyib. Hacı İbarhim Nehrəmli əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini rəsmən bildirmiçşdir.”
800 milyon manat kreditin əvəzinə ASK-ya verilmiş “Xəzər adaları”nın dəyəri heç 2 mil. manat olmayan yarımçıq tikilisi
Bəli, yazıdan da görünür ki, Hacı İbrahim ABB-dən aldığı 800 milyon manatı guya “Xəzər adaları” adlı bir nağıl layihəsinə bütövlüklə yatırıbmış və sonda borc əvəzi dövlətə məxsus Azərbaycan Sənaye Korporasiyası” ASC-yə təhvil veribmiş. Yəni, bu fikrin açması budur ki, ASC rəhbəri, spirtli içkiyə meyilli olan sabiq deputat Kamran Nəbizadə ilə yuxarıdan gələn göstərişdən sonra Hacı İbrahim gizli sövdələşməyə girmiş və dövlətə məxsus 800 milyon manat kredit borcunu batırmaq məqsədilə 5 mərtəbədən ibarət olan və real dəyəri 2 milyon manatı aşmayan quru karkas skeletindən ibarət bir yarımçıq tikilini dövlətə sırımağı BACARMIŞDIR.Elə bircə epizodla Hacı İbrahim Nehrəmlinin necə bir kombinator olması, əldə etdiyi milyonların indi də biznes adı altında meşələrin məhv edilməsinə yönəltdiyi ortalığa çıxmışdır.
P.S. Biz, redaksiya olaraq hazırda həm ETSN rəhbərliyinin, həm də Oğuz rayonun Prokurorluğunun Oğuzun Mollalı kəndi yaxınlığında Bələdiyyə meşəsində əkilmiş 10 ha qoz bağının vəhşicəsinə məhv edilməsilə nəticələnən cinayət işinin başlanamsı üçün özlərində bir qədər cürət taparaq araşdırmaya başlanması barədə rəsmi məlumatı gözləyirik. Amma inanmırıq ki, baş prokuror cənab Kamran Əliyev işə qarışmasa çətin ki, Hacı Nehrəmlinin adamları istər Oğuz Rayon Prokrurorluğunun, istərsə də ETSN-nin daxili nəzarət idarəsinin əməkdaşlarını dövlət meşə fondu hesab edilən 10 ha şumlanaraq ağacları məhv edilmiş əraziyə ( özlərinin təbirincə "QADAĞAN OLUNMUŞ" zonaya) buraxsınlar. Bir az gözləyək görək dövlətə meydan oxuyan "meşə quldurları"nın aqibəti necə olacaq.
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu